Evdə interneti zəif olanlar bunları edin Ekspertdən açıqlama


Digərləri 31 İyl 2025 14:02:00 107 0

Evdə interneti zəif olanlar bunları edin  Ekspertdən açıqlama

İstifadəçilərin böyük əksəriyyəti TP-Link, Nokia, Huawei və ZTE markalı modemlərə üstünlük verir. Bu cihazlar əsasən provayderlər tərəfindən təklif edilir və bazarda əlçatanlıq baxımından populyardır.

Bunu Son.az-a açıqlamasında texno-ekspert İlqar Şabanov Azərbaycanda geniş istifadə olunan modem modelləri və onların fərqləri barədə deyib.

Onun sözlərinə görə, anten sayı və siqnal gücü nəzərə alınmalıdır:

"Modem alarkən ilk növbədə istifadəçinin texniki ehtiyacları nəzərə alınmalıdır. Evdə çoxlu cihaz varsa və yüksək sürətli bağlantıya ehtiyac duyulursa, Wi-Fi 6 texnologiyasını (802.11ax) dəstəkləyən modellərə üstünlük verilməlidir".

İ.Şabanovun sözlərinə görə, dual-band (2.4GHz və 5GHz) texnologiyasını dəstəkləyən modellər həm daha geniş əhatə dairəsi, həm də daha stabil internet bağlantısı təqdim edir. Bununla yanaşı, anten sayı və siqnal gücü də nəzərə alınmalıdır:

"2-4 antenli modellər geniş evlər və açıq məkanlarda daha effektivdir".

Ekspert əlavə edib ki, siqnal zəif olan evlərdə və ya ofislərdə Mesh texnologiyasını dəstəkləyən modemlər və repeaterlər (gücləndiricilər) istifadə edilməlidir:

"Mesh sistemləri siqnalın evin hər yerində bərabər paylanmasına kömək edir".

İlqar Şabanov həmçinin modem markaları arasında performans fərqlərinə də toxunub:

TP-Link - geniş model seçimi və istifadəçi dostu interfeysi ilə seçilir.

Huawei - həm mobil, həm də fiber internet üçün effektivdir.

ZTE və Nokia - daha çox provayderlər tərəfindən təklif olunur və bazarda sabit performansla tanınır.

"Ən önəmlisi isə odur ki, modem seçimi internetin keyfiyyətinə birbaşa təsir göstərir. Bu, yalnız texniki məsələ deyil, həm də gündəlik həyatımızın sürətini müəyyənləşdirən faktordur". - deyə ekspert fikrini yekunlaşdırıb.

Azərbaycanlı şoumenin 2 övladı vəfat etdi like
  • 31 İyl 14:00  
Şou-biznes Azərbaycanlı şoumenin 2 övladı vəfat etdi

Azərbaycanlı şoumen Həmid Sultana ağır itki üz verib.

arrow Ətraflı
Kəlbəcər faciəsi məhkəmədə  AzTV əməkdaşı ifadə verdi like
  • 31 İyl 13:54  
Siyasət Kəlbəcər faciəsi məhkəmədə AzTV əməkdaşı ifadə verdi

İyulun 31-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçək

arrow Ətraflı
Sürücü dövrü tarixə qovuşur  Süni intellekt əsaslı avtopilot gəlir like
  • 31 İyl 13:52  
Digərləri Sürücü dövrü tarixə qovuşur Süni intellekt əsaslı avtopilot gəlir

ABŞ-li alimlər hesab edir ki, Tesla-nın rəhbəri İlon Maskın siyasi fəal

arrow Ətraflı
Haqq və həqiqət şəhidləri: Qarabağdan qayıtmayan jurnalistlər like
  • 31 İyl 13:40  
Digərləri Haqq və həqiqət şəhidləri: Qarabağdan qayıtmayan jurnalistlər

Dünya müharibəni statistik rəqəmlərlə tanıyır: itkilər, generallar, ə

arrow Ətraflı
Kürdəmirdə avtomobil yollarının təmirinə 1,5 milyon manat ayrıldı like
  • 31 İyl 13:25  
Siyasət Kürdəmirdə avtomobil yollarının təmirinə 1,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi mag

arrow Ətraflı
56 yaşlı şou ulduzuna xərçəng diaqnozu qoyuldu like
  • 31 İyl 13:24  
Şou-biznes 56 yaşlı şou ulduzuna xərçəng diaqnozu qoyuldu

Amerikanın "Dallasın Gerçək Evdar Qadınları" realiti şousunun

arrow Ətraflı
Təhsil Tələbə Kreditini almaq niyə imkansız oldu?  ŞİKAYƏT   AÇIQLAMA like
  • 31 İyl 13:22  
Digərləri Təhsil Tələbə Kreditini almaq niyə imkansız oldu? ŞİKAYƏT AÇIQLAMA

Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını t

arrow Ətraflı
QHTlərin göstərdiyi xidmət və işlərə dair tələblərin təkmilləşdirilməsi təsdiqləndi like
  • 31 İyl 13:19  
Siyasət QHTlərin göstərdiyi xidmət və işlərə dair tələblərin təkmilləşdirilməsi təsdiqləndi

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və

arrow Ətraflı
Bu nazirliyə yeni vəzifələr verildi like
  • 31 İyl 13:17  
Siyasət Bu nazirliyə yeni vəzifələr verildi

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni

arrow Ətraflı
Azərbaycanda bu iki dərman geri çağırılır like
  • 31 İyl 13:14  
Digərləri Azərbaycanda bu iki dərman geri çağırılır

"Zeytun Pharmaceuticals" MMC şirkəti 23 iyul tarixli məktubunda iki

arrow Ətraflı
Litvanın Baş naziri istefa verdi like
  • 31 İyl 13:12  
Dünya Litvanın Baş naziri istefa verdi

Litva Baş naziri Gintautas Paluckas istefa verib.

arrow Ətraflı
İstilərlə bağlı əhaliyə müraciət like
  • 31 İyl 13:05  
Digərləri İstilərlə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhal

arrow Ətraflı
Bu halda bütün növ işlər dayandırılmalıdır  RƏSMİ like
  • 31 İyl 13:00  
Digərləri Bu halda bütün növ işlər dayandırılmalıdır RƏSMİ

"41 dərəcədən çox olan hava şəraitində işçilərin həyat və sağ

arrow Ətraflı