Azərbaycanda kazino fəaliyyətinin rəsmiləşməsindən sonra nələr dəyişəcək?


Digərləri 31 İyl 2025 00:11:00 121 0

Azərbaycanda kazino fəaliyyətinin rəsmiləşməsindən sonra nələr dəyişəcək?

Müasir dövrdə turizm təkcə tarixi və coğrafi gözəlliklərə deyil, həm də turistlərə təqdim olunan əyləncə və seçim azadlığına əsaslanır. Qlobal tendensiyalar göstərir ki, turistlər daha çox liberal imkanlar təqdim edən ölkələrə üstünlük verirlər. Bu kontekstdə dünyada kazino infrastrukturu aparıcı turizm komponentlərindən birinə çevrilib.

Dünyada kazino biznesi

Dövrümüzdə ABŞ kazino biznesi üzrə lider ölkədir. Təkcə 2023-cü ildə Las Veqasda fəaliyyət göstərən kommersiya kazinolarının gəliri 60 milyard ABŞ dollarını ötüb. Çinin Makao bölgəsi isə 2023-cü ildə 22,7 milyard dollar ümumi oyun gəliri ilə dünya kazino sənayesində ikinci böyük mərkəz kimi tanınır.

Gürcüstan Cənubi Qafqazda ən liberallaşmış kazino sektoruna sahibdir. 2024-cü ildə bu ölkədə kazino dövriyyəsi 28 milyard dollar, bu sahədə çalışan işçilərin sayı isə 20 min nəfər olub. Orta aylıq əməkhaqqı 1182 dollar təşkil edib. Gürcüstan artıq regional "kazino klasteri" kimi qiymətləndirilir.

Rusiya da bu sahədə güclü oyunçudur: 2023-cü ildə ölkənin əsas dörd kazino zonasının (Soçi, Vladivostok, Altay, Kalininqrad) ümumi gəliri 2,1 milyard avro, dövlət büdcəsinə vergi ödənişləri isə 2 milyard rubl olub.

Bu reallıqlar göstərir ki, kazino sektoru artıq qlobal turizmin tamamlayıcı elementi olmaqdan çıxaraq, bir çox ölkələrin iqtisadi strategiyalarında əsas gəlir mənbələrindən birinə çevrilib. Əyləncə və oyun sənayesi təkcə vergi və lisenziya gəlirləri baxımından deyil, həm də hotelçilik, iaşə, nəqliyyat və xidmət sahələrinin canlanmasına verdiyi töhfə ilə makroiqtisadi təsir gücünə malikdir. Bu səbəbdən də bir çox dövlətlər bu sektoru hüquqi çərçivəyə salaraq tənzimlənən şəkildə iqtisadi dövriyyəyə cəlb edirlər.

Azərbaycanda hüquqi addımlar

Bu beynəlxalq və regional mənzərə fonunda Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi istiqamətində ilk ciddi hüquqi addım atılıb. Ölkədə kazino biznesinin leqallaşdırılması üçün qanunvericiliyə dəyişikliklər təsdiqlənib. Belə ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 240-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Bununla da Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları keçirilməsi rəsmiləşdirilib.

Kazino fəaliyyəti Azərbaycan iqtisadiyyatına nə vəd edir?

İqtisadçı ekspert Xalid Kərimli "APA-Economics"ə açıqlamasında kazino fəaliyyətinin Azərbaycanda turizmin inkişafına dəstək verəcəyini vurğulayıb: "Turistlər səyahət edəcəkləri ölkəni seçəndə orada həm təbii, coğrafi və tarixi gözəlliklərin, həm də turistlər üçün azadlıqların miqyasının geniş olmasını nəzərə alırlar. Ölkəmiz turizm iqtisadiyyatını genişləndirmək üçün qonşu ölkələrin təcrübəsindən faydalanmalı və turizm azadlıqlarını daha da genişləndirməlidir. Məsələn, Gürcüstan təbii coğrafi gözəlliyinə və ya tarixi abidələrinin zənginliyinə görə Azərbaycandan heç də öndə deyil. Eyni zamanda turizm sektoruna yatırılan investisiyalar baxımından da Azərbaycandan geridədir. Amma ölkəyə gələn turistlərin sayına görə Azərbaycanı bəzən 3-4 dəfə qabaqlayır. Bu, Gürcüstanın həm turistlər üçün yaratdığı azadlıqların genişliyi, həm də ölkəyə giriş-çıxışın daha ucuz olması ilə əlaqədardır. Bu baxımdan Azərbaycan turizm sahəsində uğurlu olan ölkələrin təcrübəsindən faydalanmalıdır. Kazino fəaliyyətinin rəsmiləşdirilməsi turistlərə verilən növbəti azadlıqdır. Biz bununla kifayətlənməməli, turizmin inkişafına dəstək verən addımlar atmalı və bu istiqamətdə digər əyləncə növlərini də leqallaşdırmalıyıq".

Zəncirvari iqtisadi inkişaf

X. Kərimli hesab edir ki, Azərbaycanda kazino fəaliyyətinə icazə verilməsi ölkənin hotel sənayesinin inkişafına, iaşə sektorunun daha da canlanmasına dəstək verəcək: "Eyni zamanda xaricdən gələn kazino həvəskarları digər sahələrə də xərcləmələr edəcəklər. Turizm kompleks iqtisadi artıma dəstək verir. Turizmin ən böyük üstünlüklərindən biri tək özünün deyil, yan sahələrin də inkişafına dəstək verməsi və burda yaranan gəlirin əhali təbəqəsi arasında daha sürətlə yayılmasıdır. Yəni burada inklüzivlik çoxdur. Turizm sektorunda çox sayda insan işləyir. Kazino fəaliyyətinə icazə verilməsi həm də ölkədə məşğulluğun artmasına gətirib çıxaracaq. Ölkəyə gələn turistlərin xərcləmələri kənd təsərrüfatı, aqrar sənaye, pərakəndə ticarət üçün də əlavə təsir yaradacaq. Digər tərəfdən, Azərbaycandakı kazino həvəskarları da əylənmək üçün başqa ölkələrə üz tutmayacaqlar.

Turizmin inkişafı qeyri-neft sektorunun inkişafı istiqamətində ölkəmizin əsas prioritetlərindən biridir. Bu istiqamətdə zəruri azadlıqların verilməsi, rahatlıqların yaradılması, turistlər üçün ölkəmizin cəlbediciliyini artıran amillərin daha da yaxşılaşdırılması və problemlərin aradan qaldırılması xüsusi vacibdir. Bu, ölkənin qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir".

X. Kərimli dünyada kazino biznesi üzrə böyük həcmdə valyuta dövriyyəsinin olmasına da toxunub: "Gürcüstan bu sahədə xüsusi uğurludur. Bu ölkədə kazino biznesindəki dövriyyə 16-18 milyard avro ilə qiymətləndirilir. Rəsmi rəqəmlərə görə, Qazaxıstanda kazino dövriyyəsi təqribən 3 milyard avrodur. Rusiyada kazino biznesinin dövriyyəsi 2 milyard avrodan çoxdur. Özbəkistan da artıq bu sahədə fəaliyyətə azadlıq verib. Bu ölkədə kazino sahəsindəki dövriyyənin 1 milyard avro olacağı gözlənilir. Qeyri-rəsmi formada isə Özbəkistanda bu sahədə dövriyyələr 7-8 milyard avro həcmində qiymətləndirilir. Yəni burda həm də böyük maliyyə resurslarının dövr etməsi var".

Turizm sektoru canlanacaq

Turizm eksperti Rəhman Quliyev də "APA-Economcs"ə bildirib ki, Azərbaycanda kazino biznesinin yaradılması ölkəmizi turistlər ucun daha da cəlbedici edəcək: "Bununla ölkəyə üst seqment turist axını artacaq. Xüsusilə Qazaxıstan, Rusiya, Yaxın Şərq, Çin və Türkiyədən olan zəngin səyahətçilər kazino olan ölkələri daha çox üstün tuturlar . Bu tip turistlər yalnız kazinoya deyil, lüks hotellər, restoranlar, spa və premium alış-verişə də böyük məbləğdə pul xərcləyirlər. Kazinolar vasitəsilə vergi daxilolmaları və turizmlə vəhdət təşkil edən sahələrin gəlirləri artacaq. Beynəlxalq təcrübə göstərir ki , kazinoların fəaliyyətdə olduğu iri şəhərlər dünyanın ən zəngin şəhərləri sırasındadır. Gürcüstanda Batumi modeli buna misal ola bilər. 2012-2019 illər arasında turizm və oyun sənayesi sayəsində Batumidə iqtisadi sıçrayış olub".

Ölkəyə zəngin turistlər gələcək

R. Quliyev Azərbaycandan kənara gedən turistlərin içində də kazinolara maraqlı insanların olduğunu deyib: "Azərbaycandan Gürcüstan və Kiprə kazino üçün daha çox gedirlər. Bakıda kazinoların açılması həm yerli turistlərin daxili turizmə maraq göstərməsi, həm də xaricdən üst kateqoriya turistin Azərbaycana gəlməsinə münbit şərait yaradacaq. Ərəb ölkələrindən də Azərbaycana gələn turistlərin içində kazinoya böyük maraq var. Həmin ölkələrdən üst seqment turistlər kazino fəaliyyəti olan şəhərlərə daha çox axın edirlər. Odur ki, kazinoların fəaliyyətə başlaması ilə Azərbaycanın turizm sektorunda canlanma artacaq. Bu da ölkəmizdə hava nəqliyyatı, yerüstü nəqliyyat, ictimai iaşə, turizm xidmətləri və digər bütün əlaqəli sahələrdə iş yerlərinin 2-3 qat artmasına səbəb olacaq. Nəticədə irili-xırdalı müxtəlif növ iqtisadi sektorda fəaliyyət göstərən şəxslərin gəlirləri artacaq. Kazinoların fəaliyyətə başlaması iqtisadiyyatın güclənməsinə fayda verəcək və ölkəyə valyuta axınını təmin edəcək. Vətəndaşlar ölkəyə gələn turistlərə xidmət göstərməklə öz qazanclarını artıracaqlar. Kazinoya gələn bir turist normalda başqa ölkələrdən gələn 100 turist qədər pul xərcləyəcək ki, bu da turizmin inkişafı üçün böyük fürsətdir".

Nəticə

Kazino biznesinin hüquqi əsaslarla tənzimlənməsi Azərbaycanda iqtisadi idarəetmə və turizm siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar yalnız əyləncə sektorunun liberallaşdırılması deyil, həm də qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin formalaşdırılması və xidmət sahələrinin canlandırılması baxımından strateji əhəmiyyət daşıyır. Qlobal və regional təcrübə göstərir ki, kazino biznesi turizm axınını artırmaqla yanaşı, hotelçilik, iaşə, nəqliyyat, kənd təsərrüfatı və pərakəndə ticarət kimi sahələrdə də inklüziv iqtisadi artıma təkan verir. Azərbaycanın bu sahədə atdığı addım, düzgün tənzimləmə və şəffaf lisenziyalaşdırma mexanizmləri ilə müşayiət olunduğu təqdirdə, həm daxili bazarın dirçəlməsinə, həm də ölkənin beynəlxalq turizm cəlbediciliyinin artmasına mühüm töhfə verə bilər.  

Neft qoxulu Bakıdan gülüstanlığa çevrilən, yaşıllıqlar şəhəri like
  • 31 İyl 00:03  
Digərləri Neft qoxulu Bakıdan gülüstanlığa çevrilən, yaşıllıqlar şəhəri

Bakı dəyişir. Neftin qoxusu ilə tanınan bu şəhər indi gül ətirli cığ

arrow Ətraflı
Günün qoroskopu: Duyğular bu gün səni bir az sıxa bilər like
  • 31 İyl 00:01  
Digərləri Günün qoroskopu: Duyğular bu gün səni bir az sıxa bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri var? like
  • 30 İyl 23:40  
Digərləri Qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri var?

Rusiyanın Kamçatka yarımadasının sahillərində 8,8 bal gücündə , eləc�

arrow Ətraflı
Zəhmətiniz bəhrəsini verəcək  İl sonuna qədər pullanacaq 3 bürc like
  • 30 İyl 23:16  
Digərləri Zəhmətiniz bəhrəsini verəcək İl sonuna qədər pullanacaq 3 bürc

2025-ci ilin sonuna qədər vəzifə yüksəlişi baxımından xüsusilə diqqə

arrow Ətraflı
Doğum ayınıza görə hansı ağacsınız? like
  • 30 İyl 22:53  
Digərləri Doğum ayınıza görə hansı ağacsınız?

Kelt təqviminə görə, hər doğum tarixinin özünəməxsus bir ağacı var.

arrow Ətraflı
"Bığıma rəng qoyuram, əcəb edirəm" like
  • 30 İyl 22:39  
Şou-biznes "Bığıma rəng qoyuram, əcəb edirəm"

Əməkdar artist Qorxmaz Əlilicanzadə saçına boya qoyması ilə bağlı sual

arrow Ətraflı
Keçmişdən bu günə fəlakətin xəritəsi: Tarixdə qeydə alınmış ən böyük 10 zəlzələ like
  • 30 İyl 22:23  
Dünya Keçmişdən bu günə fəlakətin xəritəsi: Tarixdə qeydə alınmış ən böyük 10 zəlzələ

Rusiya Federasiyasının şərqində yerləşən Kamçatka yarımadası sahillə

arrow Ətraflı
Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin getdiyi ölkələr  SİYAHI like
  • 30 İyl 21:53  
Digərləri Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin getdiyi ölkələr SİYAHI

Azərbaycanlı tələbələrin dövlət proqramı ilə xarici ölkələrdə təh

arrow Ətraflı
19 il sonra "Arka sokaklar"a vida etdi like
  • 30 İyl 21:39  
Şou-biznes 19 il sonra "Arka sokaklar"a vida etdi

"Kanal D"də yayımlanan "Arka sokaklar" serialında ayrıl�

arrow Ətraflı
Torpağın altından elə maddə tapdı ki...  Qızıldan daha dəyərlidir like
  • 30 İyl 21:19  
Digərləri Torpağın altından elə maddə tapdı ki... Qızıldan daha dəyərlidir

Avstraliyada tapılan daşın içindən qızıl yox, daha dəyərli bir xəzinə

arrow Ətraflı
Bakıda ucuz maşın fırıldağı  Diqqətli olun! like
  • 30 İyl 21:04  
Digərləri Bakıda ucuz maşın fırıldağı Diqqətli olun!

Bakıda ucuz qiymətə satışa çıxarılan maşın "tələ" imiş.

arrow Ətraflı
Ölümünü xəstəxanın gizlətdiyi deyilən Ayazın like
  • 30 İyl 21:00  
Digərləri Ölümünü xəstəxanın gizlətdiyi deyilən Ayazın

Bir neçə gün əvvəl Gəncədə "DNK Hospital"da müalicə üçün

arrow Ətraflı
Azərbaycanda bu xəstələrə verilən dərmanların like
  • 30 İyl 20:58  
Digərləri Azərbaycanda bu xəstələrə verilən dərmanların

Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli

arrow Ətraflı