"ChatGPT ilə yazışmalarınız məhkəmədə sübut kimi istifadə oluna bilər"
Digərləri 28 İyl 2025 01:17:00 66 0
İstifadəçilərin ChatGPT ilə apardığı söhbətlər məhkəmə işlərində sübut kimi istifadə oluna bilər.
Bu xəbəri də oxu: Kondisioner niyə bəzi insanlara pis təsir edir?
Son.az bildirir ki, bu barədə OpenAI-nin baş direktoru Sam Altman xəbərdarlıq edib.
O bu barədə amerikalı komediyaçı Theo Von-un "This Past Weekend" adlı podkastında danışıb.
Altman deyib ki, istifadəçilər ChatGPT-yə çox şəxsi və həssas məsələlərini danışır, xüsusən də gənc nəsil onu bəzən psixoloq və ya həyat məsləhətçisi kimi istifadə edir.
"Xüsusilə gənclər sevgili problemləri, şəxsi narahatlıqlar barədə ChatGPT-yə yazır və 'Nə edim?' deyə soruşurlar."
Amma o izah edir ki, həkim, vəkil və ya psixoloqla danışdıqda, bu danışıq hüquqi cəhətdən məxfi sayılır və heç kim onu icazəsiz əldə edə bilməz. Lakin ChatGPT ilə belə bir qanuni qoruma yoxdur.
"Əgər kimsə ChatGPT-yə çox şəxsi şeylərini danışsa və sonradan hüquqi araşdırma olsa, biz bu yazışmaları təqdim etməyə məcbur qala bilərik. Bu isə ciddi problemdir."
O bildirib ki, bu məsələ çox təhlükəlidir və təcili olaraq bu sahədə hüquqi qaydaların yaradılmasına ehtiyac var:
"Düşünürəm ki, AI ilə söhbətlər də psixoloq və ya vəkillə danışmaq kimi eyni gizlilik hüququ ilə qorunmalıdır."
Bəxtiyar Umarlı Son.az
Yay aylarında xüsusilə geniş yayılmış xiyar-pomidor salatı düzgün saxl

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının qonaqları sırasında Gürcüst

Uğurla davam edən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsind�

Alimlər müəyyənləşdirib ki, yaxınının ölümünə həddən çox pis ola

İran ciddi zərbə aldı və bu, tamamilə ədalətlidir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Rusiyada "WhatsApp" və "VPN"in bloklanacağı ilə bağlı

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Olqa Tsarenko saqqallı kişilərd�

Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonunda zəlzələ

Məşhur "South Park" animasiya serialının yaradıcısı Trey Parker

İsti havalarda kondisioner rahatlıq və sərinlik versə də, bəzi insanlar �

Türkiyəli müğənni Sərdar Ortaç yaxın günlərdə həmkarı Tarkanla bağ

Almaniyanın Bavariya əyalətində sərnişin qatarı relsdən çıxıb.

1970-ci illərdə Rusiya Prezidenti Vladimir Putin dostları ilə kaskadyor kimi
