Türkiyəli aktrisa 23 milyonluq dələduzluqda ittiham olunur
Şou-biznes 26 İyl 2025 20:06:00 77 0
Türkiyənin məşhur aktrisası Meral Kaplan, Arnavutköy bölgəsində yerləşən bir torpaq sahəsini saxta sənədlərlə satacaqları vədi ilə 23 milyon lirəlik dələduzluğa görə saxlanılıb.
Bu xəbəri də oxu: "Leyla" izləyicilərinə pis xəbər
Dələduzluq Bürosuna ərizə ilə müraciət edən zərərçəkən E.Y., özünü bir fondun rəhbəri kimi təqdim edən S.Ö. adlı şəxsə Arnavutköydəki torpaq sahəsinin satışı üçün fərqli vaxtlarda ümumilikdə 23 milyon lirə ödədiyini bildirib.
Ancaq zaman keçdikcə satışın həyata keçirilmədiyini görən E.Y., aldadıldığını anlayaraq S.Ö. və onunla birlikdə hərəkət edən şəxslərdən şikayətçi olub.
Dələduzluq Bürosu tərəfindən aparılan araşdırmalar nəticəsində S.Ö. və onunla birlikdə hərəkət edən D.Ö. (28), A.Ş. (38), N.T. (45) və M.D. (26) adlı şəxslər saxlanılıb. Onlarla birlikdə 2 ədəd qeydiyyatsız tapança və çoxlu sayda güllə də ələ keçirilib.
Asayiş Şöbəsində ifadələri alınan şübhəlilərin əvvəllər də müxtəlif cinayət hadisələri ilə əlaqəli olduqları müəyyən olunub. Araşdırmalar zamanı, zərərçəkmiş E.Y. tərəfindən ödənilən 23 milyon lirəlik vəsaitin bir hissəsinin köçürüldüyü bank hesabının aktrisa Meral Kaplana aid olduğu ortaya çıxıb.
Kaplan polis tərəfindən saxlanılıb. Lakin ifadəsində ittihamları qəbul etməyərək, pulun hesabına bir dostu tərəfindən göndərildiyini bildirib. Daha sonra o, məhkəməyə çıxarılıb.
Məhkəməyə təqdim edilən şübhəlilərdən S.Ö., D.Ö. və A.Ş. barəsində həbs qərarı verilib və onlar həbsxanaya göndərilib. Meral Kaplan və digər şübhəlilər isə məhkəmə nəzarəti (adli kontrol) şərti ilə sərbəst buraxılıb. Lalə Qüdrətova Son.az
Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyu

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya

Mərhum meyxanaçı Aydın Xırdalanlının anası (Aydın Quliyev) Bikəxanım

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsin

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta q

2025-ci ilin iyul ayının 1-dən etibarən Azərbaycanda sosial müavinətlər

ANAMA işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı v

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhk�

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş ve

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

Regionlarda cari tədris ilində 68 mindən çox, alternativ təlim modelləri v

Bu gün səhər saatlarından yağan yağış bir sıra ərazilərdə problemlə

Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçün diplomatik sə
