“Veteran pulu” artırılacaq? "Yeni təşəbbüslərin şahidi olacağıq”


Digərləri 26 İyl 2025 18:45:00 80 0

“Veteran pulu” artırılacaq?  "Yeni təşəbbüslərin şahidi olacağıq”

2025-ci ilin iyul ayının 1-dən etibarən Azərbaycanda sosial müavinətlər və müxtəlif təqaüd növlərinin məbləğləri artırılıb. Hökumətin sosial dəstək tədbirləri çərçivəsində həyata keçirilən bu artımlar, əhalinin müxtəlif təbəqələrinin rifah halının yaxşılaşdırılmasına yönəlib.

Eyni zamanda, 2025-ci il sentyabrın 1-dən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin aldıqları təqaüdlərin məbləğləri də artırılması nəzərdə tutulub.

Bu tədbirlər çərçivəsində yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüdlərin (90 manat) də artırılması ilə bağlı ictimaiyyətdə müəyyən gözləntilər formalaşıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Modern.az-a açıqlamasında deyib ki, son illər dövlət büdcəsinin gəlirlərinin artması fonunda hökumətin əsas prioritetlərindən biri olan sosial tədbirlər daha da genişləndirilir:

"Növbəti mərhələlərdə də sosial sahədə yeni təşəbbüslərin şahidi olacağıq. Bu tədbirlər sırasında müxtəlif kateqoriyadan olan vətəndaşların, o cümlədən müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması xüsusi yer tutur".

Millət vəkilinin sözlərinə görə, təqaüdlərin və pensiyaların davamlı şəkildə artırılması, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, dövlətin vətəndaşlara yönəlik sosial siyasətinin davamlı və ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

İqtisadçı-ekspert Xalid Kərimli isə saytımıza açıqlamasında vurğulayıb ki, müharibə veteranlarının təqaüdlərinin artırılması gözlənilmir:

"Bu tip təqaüdlər son vaxtlar artıq artırılıb və əgər yenidən artırılma nəzərdə tutulsaydı, indiyədək həyata keçirilərdi. Bir neçə ay əvvəl nazir müavini də bu məsələ ilə bağlı mətbuata açıqlama verərək, hökumətin mövqeyini izah edib".

İqtisadçı əlavə edib ki, veteran təqaüdü yəni müharibə iştirakçılarına verilən vəsait daha çox təşəkkür xarakterli ödənişdir.

ANAMA işğaldan azad edilmiş ərazilərdəki yanğınla bağlı vətəndaşlara çağırış etdi like
  • 26 İyl 18:43  
Digərləri ANAMA işğaldan azad edilmiş ərazilərdəki yanğınla bağlı vətəndaşlara çağırış etdi

ANAMA işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı v

arrow Ətraflı
“Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş... like
  • 26 İyl 18:33  
Kriminal “Oba market”in kassiri 50 qəpiyə görə öldürülübmüş...

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhk�

arrow Ətraflı
Şuşada baş verən yanğının səbəbi müəyyən olunub (FOTO) like
  • 26 İyl 18:21  
Digərləri Şuşada baş verən yanğının səbəbi müəyyən olunub (FOTO)

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş ve

arrow Ətraflı
Kanalda boğulan gəncin meyiti tapıldı like
  • 26 İyl 18:16  
Digərləri Kanalda boğulan gəncin meyiti tapıldı

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

arrow Ətraflı
Dövlət qurumunun əməkdaşı iş başında öldü like
  • 26 İyl 18:12  
Digərləri Dövlət qurumunun əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

arrow Ətraflı
Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu like
  • 26 İyl 17:52  
Digərləri Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu

Regionlarda cari tədris ilində 68 mindən çox, alternativ təlim modelləri v

arrow Ətraflı
Cəmi bir neçə dəqiqə kifayət etdi... like
  • 26 İyl 17:38  
Digərləri Cəmi bir neçə dəqiqə kifayət etdi...

Bu gün səhər saatlarından yağan yağış bir sıra ərazilərdə problemlə

arrow Ətraflı
Ermənipərəst konqresmenlərin Trampa məktubu onların sonunun çatdığını göstərir  Azər Qarayev like
  • 26 İyl 17:24  
Siyasət Ermənipərəst konqresmenlərin Trampa məktubu onların sonunun çatdığını göstərir Azər Qarayev

Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçün diplomatik sə

arrow Ətraflı
Şuşanı zibilləyənlərə qarşı tədbirlər görüldü like
  • 26 İyl 17:10  
Digərləri Şuşanı zibilləyənlərə qarşı tədbirlər görüldü

Şuşa şəhərində ictimai qaydanın qorunması, ərazidə təmizliyin və san

arrow Ətraflı
Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA like
  • 26 İyl 16:42  
Digərləri Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölg�

arrow Ətraflı
İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ!  Bu qaydalara əməl edin like
  • 26 İyl 16:26  
Digərləri İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi riskl�

arrow Ətraflı
Sabah bu istiqamətdə avtobuslar pulsuz olacaq like
  • 26 İyl 16:12  
Digərləri Sabah bu istiqamətdə avtobuslar pulsuz olacaq

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil

arrow Ətraflı
Türkiyə öz mesajlaşma tətbiqini təqdim edəcək like
  • 26 İyl 16:09  
Digərləri Türkiyə öz mesajlaşma tətbiqini təqdim edəcək

"Baykar"ın İdarə Heyətinin sədri Selçuk Bayraktar NEXT Teknofest

arrow Ətraflı