Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair BƏYANATI


Siyasət 25 İyl 2025 19:12:00 98 0

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair BƏYANATI

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.

Son.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu günlərdə Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin kimliyi artıq həmin layihənin mahiyyətini açıq şəkildə ortaya qoyur. Regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan ittihamlar ortaya atılır.

Belə görünür ki, Azərbaycanla Ermənistan arasında xüsusən Abu Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir.

Digər tərəfdən, qeyd etməliyik ki, Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar artıq Yeni Kaledoniyanın bir dövlət kimi formalaşma istiqamətində inamla irəlilədiyini göstərir. Belə bir vəziyyətdə vətəndaş cəmiyyəti təsisatı və qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyaya göstərdiyi dəstək Fransanı olduqca qıcıqlandırır. Əminliklə demək olar ki, Fransa tərəfi Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə özünəməxsus üslubda - həmin qətnamə layihəsi ilə cavab verməyə çalışır".

Bildirilir ki, bütövlükdə, bu kimi addımların - istər Valeri Pekres, Ann İdalqo kimilərinin anti-Azərbaycan fəaliyyətinin, istərsə də Milli Assambleyada indiyədək ölkəmiz əleyhinə qəbul edilmiş qətnamələrin mahiyyəti bundan ibarətdir ki, Fransa Cənubi Qafqazda sülh gündəliyindən tamamilə kənarda qalmasını həzm edə bilmir. Bu səbəbdən də bütün vasitələrdən istifadə edərək regionda vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bütün bunlara ən böyük dəstəyi də erməni lobbisi və ermənipərəst dairələr verir.

"Daha vacib bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir. Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə parlamentində, Fransa parlamentində, ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar.

Lakin onlar bilməlidir ki, bu kimi təxribatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasətə zərrə qədər də təsir göstərə bilməz və Cənubi Qafqaz regionunda baş verən proseslərə xarici müdaxilələrə heç bir halda icazə verilməyəcək", - bəyanatda qeyd olunub.  

Azərbaycan incəsənətinə ağır itki like
  • 25 İyl 19:10  
Kriminal Azərbaycan incəsənətinə ağır itki

Rəssam Tofiq Qaziyev vəfat edib.

arrow Ətraflı
20 yaşlı oğlan kanalda batdı like
  • 25 İyl 19:09  
Digərləri 20 yaşlı oğlan kanalda batdı

Sabirabadda 20 yaşlı oğlan kanalda batıb.

arrow Ətraflı
Tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı like
  • 25 İyl 18:59  
Digərləri Tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiye

arrow Ətraflı
Oleq Bakinski işində hökm oxundu like
  • 25 İyl 18:52  
Digərləri Oleq Bakinski işində hökm oxundu

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstan

arrow Ətraflı
ABŞ Suriyada İŞİD lideri və iki oğlunu öldürdü like
  • 25 İyl 18:41  
Dünya ABŞ Suriyada İŞİD lideri və iki oğlunu öldürdü

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞ�

arrow Ətraflı
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda like
  • 25 İyl 18:20  
Digərləri “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

İnnovasiya və sürət lideri "Bakcell"in dəstəyi və "YAŞAT&

arrow Ətraflı
Sürücülərin nəzərinə  Bu yollar bağlı olacaq like
  • 25 İyl 17:56  
Digərləri Sürücülərin nəzərinə Bu yollar bağlı olacaq

Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər

arrow Ətraflı
Hərbi pilotlarımız təlimməşq uçuşları keçiriblər like
  • 25 İyl 17:46  
Digərləri Hərbi pilotlarımız təlimməşq uçuşları keçiriblər

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hel

arrow Ətraflı
Mustafa Sandal illərlə gizli saxladığı xəstəliyini AÇIQLADI like
  • 25 İyl 17:22  
Şou-biznes Mustafa Sandal illərlə gizli saxladığı xəstəliyini AÇIQLADI

Türkiyə pop musiqisinin tanınmış siması Mustafa Sandal uzun illərdir müb

arrow Ətraflı
Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR like
  • 25 İyl 17:06  
Digərləri Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatla

arrow Ətraflı
Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi like
  • 25 İyl 16:55  
Digərləri Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi

Moskvada Azərbaycan əsilli sahibkara məxsus şirkətdə axtarış aparılıb

arrow Ətraflı
İstehlak kreditləri üzrə orta faiz dərəcələri nə qədərdir? like
  • 25 İyl 16:54  
Digərləri İstehlak kreditləri üzrə orta faiz dərəcələri nə qədərdir?

Bu ilin I yarısında Azərbaycanda mənzil təmiri ilə bağlı olan istehlak k

arrow Ətraflı