Prezident İlham Əliyevin dediyi kimi, Bakıda yəhudi özünü Parisdən daha təhlükəsiz hiss edir Corc Dik
Siyasət 25 İyl 2025 15:42:00 275 0
2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı o demişdi ki, Bakıda bir yəhudinin küçələrdə Parisdən daha təhlükəsiz şəkildə gəzə bilməsi ilə fəxr edir. O, o zaman da haqlı idi - xüsusilə bu gün də haqlıdır.
Bu xəbəri də oxu: Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Özbəkistana səfərə dəvət edib
Trend xəbər verir ki, bunu diplomatik missiyasının başa çatması münasibətilə keçirilən brifinqdə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
"Azərbaycan öz tolerantlıq və multikulturalizm modeli ilə haqlı olaraq fəxr edir", - deyə diplomat brifinqdə bildirib.
O qeyd edib ki, son illərdə Azərbaycan nifrət və antisemitizmə qarşı mübarizə sahəsində konkret addımlar atıb:
"Ölkədə məktəb dərslikləri yenidən nəzərdən keçirilib, sovet dövrünün antisemitizmi dərsliklərdən çıxarılıb. "Impact-se" adlı qeyri-hökumət təşkilatı Azərbaycanı hətta Avropa ölkələri üçün nümunə kimi tanıyıb".
Corc Dik həmçinin Azərbaycanın yəhudi tarixinə göstərdiyi hörməti və ölkənin təhsil, eləcə də xatirələrin qorunması sahəsindəki səylərini vurğulayıb: "Azərbaycan Holokost qurbanlarının Beynəlxalq Anım Gününü dinlərarası və hökumətlərarası iştirakı ilə qeyd edir".
O, təhsil sahəsində əməkdaşlığın vacibliyini də xüsusi qeyd edib: "Azərbaycan tələbələrin İsraildə təhsil almasını təşviq edir, bunun üçün təqaüdlər təqdim edir və hərtərəfli dəstək göstərir".
Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Ayşat Kadırova dənizdən payl
Azərbaycanlı gənc müğənni və aktyor Şahin İmaməliyev "Yetenek Siz
Azərbaycanda son illərdə rəsmi boşanma statistikasında müşahidə olunan
Əməkdar mədəniyyət işçisi Elmi Mirzəliyev 78 yaşında dünyasını dəy
İstanbul Böyükşəhər Bələdiyyə sədri və Cümhuriyyət Xalq Partiyasın
Prezident İlham Əliyevin Sərəncamına əsasən, doktorantlara, ali təhsil,
Sankt-Peterburqda çimərlikdə istirahət edənlərin üzərindən təhlükəli
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vət�
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşl
İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində
Türkiyənin Yozgat vilayətinin Yenifakılı rayonunun bələdiyyə başçısı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan &q
Süni intellekt platformalarında daha dəqiq və istifadəçiyə xas cavablar a
