Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilir
Digərləri 24 İyl 2025 17:57:00 125 0
Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilir.
Bu xəbəri də oxu: Bakıda ləğv edilmiş məşhur bankın baş direktoru vəfat etdi FOTO
Son.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, iyulun 25-də saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər.
2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir. Əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
Məlumat üçün bildiririk ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.
Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalovanın əmisi dünyasını də

Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması barədə fər

Estoniya hökuməti Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla üm

Tanınmış hərbi ekspert Azər Bayramov Müdafiə Nazirliyində vəzifəyə t�

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan a

Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticə

Xəbər verdiyimiz kimi, Əskişəhərin Seyitqazi rayonunda meşə yanğınınd

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

Amur vilayətində təyyarə qəzası qurbanlarının xatirəsinə üç günlük

Türkiyəli müğənni Pınar Yıldız yeni mahnısının klip çəkilişləri z

"İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə bu ölkəyə ye

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayı əhəmiyyətli də
