İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı VİDEO
Digərləri 23 İyl 2025 14:35:00 69 0
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kibertəhlükəsizliyin qorunması və kibercinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu xəbəri də oxu: Azərbaycanda bu siqaretlər BAHALAŞDI
DİN-dən Son.az-a verilən xəbərə görə, bu istiqamətdə Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib. Tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H.Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb onlar vasitəsi ilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub. Daha sonra isə o, "Telegram" və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb. H.Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib. Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.
Bakıda "Defacto" mağazalar şəbəkəsi külli miqdarda cərimələn

Honkonq - Dehli reysi ilə uçan "Air İndia" aviaşirkətinə məxsus

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət

Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı g

Oktyabr ayının sonunadək bütün banklar Az-QR standarta keçəcək.

Rəsmi Ankara regionun nəqliyyat infrastrukturunu gücləndirmək və ekoloji b

Sumqayıt şəhərində fəhlənin torpağın altında qalaraq ölməsi ilə ba�

Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq v

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti art

ABŞ Prezidenti Donald Tramp Yaponiya, Filippin və İndoneziya ilə əhatəli t

Suriyanın mürəkkəb dini və etno-konfessional mənzərəsində hər bir icma

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazi

Bu ilin oktyabr ayının sonunadək bütün banklarda QR-la ödəniş tətbiq ed

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təq

Bakıda və Abşeron yarımadasında İyulun 24-də hava şətaitinin əsasən y
