Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR


Digərləri 21 İyl 2025 14:00:00 73 0

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" fərmana dəyişiklik edilib.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.

Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.

Son.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna müəyyən dəyişiklilər edilib:

"Dəyişikliklərə əsasən sovetlər vaxtı vətəndaşlara verilmiş torpaq sahələri üzrə mülkiyyət hüququ tanınacaq. Məlum olduğu kimi sovetlər dövründə Xalq Deputatları Soveti tərəfindən müəyyən qrup insanlara müvəqqəti istifadə üçün torpaq sahələri ayrılırdı. Sonrakı dönəmdə ictimai-siyasi formasiyanın dəyişməsi səbəbilə həmin torpaqların taleyi açıq qaldı. Halbuki ötən 35-40 ildə həmin torpaq sahələrində müəyyən tikinti işləri aparılıb. Lakin istifadəçilər müəyyən səbəblərə görə həmin torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış ala bilməyiblər. Yeni düzəliş məhz bu problemi aradan qaldıracaq. Təqdir ediləsi haldır ki, Fərmana əsasən 2001-ci ilə qədər vətəndaşların istifadəsində olan və ilkin sənədləri olan torpaqlara da müvafiq qaydada çıxarışlar veriləcək. 

Müsahibimiz əlavə edib ki, təkcə Abşeron yarımadasında 500 mindən artıq sənədsiz ev var:

"Onların bir qismi bələdiyyələrdən müəyyən sənəd alsalar da, digər qismin heç bir sənədi yoxdur. Yeni dəyişikliklər həmin torpaq sahələrinə şamil edilmir.Yalnız sovetlər vaxtından istifadədə olan torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış veriləcək".

Bəs, proses nə zaman başlayacaq?

Bu sualla Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, artıq fərmanın icrasına başlanılıb:

"Fərmanda göstərilən sənədləri olan vətəndaşlar ölkə üzrə ASAN Xidmətin yerli şöbələrinə eləcə də, daşınmaz əmlakın Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər".  

Cəlilabadda göldə balıqlar kütləvi tələf oldu  FOTO like
  • 21 İyl 13:48  
Digərləri Cəlilabadda göldə balıqlar kütləvi tələf oldu FOTO

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şək

arrow Ətraflı
Ukraynada nazirliklər ləğv edildi like
  • 21 İyl 13:44  
Dünya Ukraynada nazirliklər ləğv edildi

Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Str

arrow Ətraflı
Bakıda hənbəlilik məzhəbini yaymaq istədi like
  • 21 İyl 13:42  
Digərləri Bakıda hənbəlilik məzhəbini yaymaq istədi

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş

arrow Ətraflı
Azərbaycanda bu ekspertlərə yüksək məbləğdə pul veriləcək  SİYAHI like
  • 21 İyl 13:29  
Digərləri Azərbaycanda bu ekspertlərə yüksək məbləğdə pul veriləcək SİYAHI

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğun qiymətləndirilməsi sa

arrow Ətraflı
Moskva Gəncə reysi ləğv edildi: Sərnişinlər AEROPORTDA QALDILAR like
  • 21 İyl 13:26  
Digərləri Moskva Gəncə reysi ləğv edildi: Sərnişinlər AEROPORTDA QALDILAR

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəh

arrow Ətraflı
Qarabağ Universitetində YENİLİK like
  • 21 İyl 13:19  
Digərləri Qarabağ Universitetində YENİLİK

Qarabağ Universiteti ilə bağladığımız əməkdaşlıq barədə razılaşma

arrow Ətraflı
Baş nazir qərar imzaladı  Xarici dövlətlərin yük avtomobilləri... like
  • 21 İyl 13:07  
Digərləri Baş nazir qərar imzaladı Xarici dövlətlərin yük avtomobilləri...

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avton�

arrow Ətraflı
Nadir Rüstəmliyə ağır itki  FOTO like
  • 21 İyl 12:59  
Şou-biznes Nadir Rüstəmliyə ağır itki FOTO

Avroviziya təmsilçimiz Nadir Rüstəmliyə ağır itki üz verib.

arrow Ətraflı
Füzulidə qanunsuz tikililər söküldü  VİDEO like
  • 21 İyl 12:49  
Digərləri Füzulidə qanunsuz tikililər söküldü VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikililər sökülüb

arrow Ətraflı
Sabahın havası açıqlandı  şiddətli isti... like
  • 21 İyl 12:43  
Digərləri Sabahın havası açıqlandı şiddətli isti...

İyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Peşə təhsili almaq istəyənlərin nəzərinə: təhsil haqları dəyişdi like
  • 21 İyl 12:35  
Digərləri Peşə təhsili almaq istəyənlərin nəzərinə: təhsil haqları dəyişdi

"Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib&qu

arrow Ətraflı
Bakıda sökülən məşhur hotelin yerində görün nə tikilir like
  • 21 İyl 12:31  
Digərləri Bakıda sökülən məşhur hotelin yerində görün nə tikilir

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində

arrow Ətraflı
Azərbaycan bayrağı Ermənistanda trend oldu  FOTO like
  • 21 İyl 12:29  
Dünya Azərbaycan bayrağı Ermənistanda trend oldu FOTO

Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Pərdəşünas sosial şəbək

arrow Ətraflı
Kamal Kılıçdaroğluna AĞIR İTKİ  FOTO like
  • 21 İyl 12:19  
Digərləri Kamal Kılıçdaroğluna AĞIR İTKİ FOTO

Keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaro�

arrow Ətraflı