İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır
Siyasət 19 İyl 2025 21:26:00 79 0
Buraya (Azad olunan torpaqlara - red.) qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə artıq təmin edilib. Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub.
Bu xəbəri də oxu: İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib ki, infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb.
"Böyük Qayıdış" Proqramının artıq reallaşdırıldığını xatırladan Prezident bildirib ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq. Qarabağ, Şərqi Zəngəzur dirçələcək. "Böyük Qayıdış"ın əvvəlində mən demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Burada öz gözlərimizlə görürük", - deyə dövlətimizin başçısı vurğulayıb. Son.az
Düşünürəm ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə bir

Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planlar

Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu g�

Yalnız bir neçə avtomobil modeli qiymət, keyfiyyət və funksionallıq balan

Aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var. Onların bir

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki

Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğı

Amazon-un qurucusu və dünyanın ən varlı insanlarından biri olan Jeff Bezos

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkl

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Suriya separatçı layihələr üçün meydan deyil.

Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etm�

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları il�

Yay fəslinin ən isti ayları olan iyul və avqust, bəzi bürclər üçün yal

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları il�
