Trendin informasiya dəstəyi ilə UNESCOda İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib –


Digərləri 14 İyl 2025 15:47:00 78 0

Trendin informasiya dəstəyi ilə UNESCOda İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib –

Fransada UNESCO-nun baş qərargahında Azərbaycanın təşkilatdakı Daimi Nümayəndəliyinin, "İçərişəhər" Dövlət Qoruğunun təşkilatçılığı və "Trend" informasiya agentliyinin media dəstəyi ilə mötəbər tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Baku Network" analitik mərkəzinin proqram direktoru Sahil Kərimli UNESCO Dünya İrs Siyahısı Komitəsinin 47-ci sessiyası çərçivəsində bildirib.

Sessiya çərçivəsində, eyni zamanda, İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Proqram direktoru "Baku Network" təşkilatçılığı ilə tədbirdə erməni təcavüzü zamanı həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlərin paylanıldığını bildirib.

"Bu bukletlər UNESCO-nun qərargahında tədbir iştirakçılarına təqdim olundu. Biz Ermənistanın təcavüzü nəticəsində həlak olan jurnalistlərin xatirəsini beynəlxalq ictimaiyyətə bir daha çatdırmaq və Azərbaycanın ədalətli mövqeyini növbəti dəfə nümayiş etdirmək istədik", - deyə S.Kərimli vurğulayıb.

Onun sözlərinə görə, panel müzakirələrində məzmunlu çıxışlar səsləndirilib.

"Xüsusilə UNESCO-nun 47-ci sessiyası və İçərişəhərin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir çərçivəsində çoxsaylı çıxışlar edilib. Tədbirdə, həmçinin, "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network"un rəhbəri Elçin Ağacanov çıxış edib", - deyə S.Kərimli bildirib.

Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu - "Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri" olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

"İsrailin Qəzzada etdikləri qəbuledilməzdir" like
  • 14 İyl 15:39  
Dünya "İsrailin Qəzzada etdikləri qəbuledilməzdir"

Almaniya kansleri Fridrix Merz ARD televiziyasına müsahibə zamanı Qəzza zo

arrow Ətraflı
PKKnın tərksilah edilməsi bu tarixdə başa çatacaq like
  • 14 İyl 15:25  
Digərləri PKKnın tərksilah edilməsi bu tarixdə başa çatacaq

PKK terror təşkilatının tərksilah edilməsi prosesi ən gec sentyabr ayın

arrow Ətraflı
Ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi like
  • 14 İyl 15:16  
Kriminal Ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıv

arrow Ətraflı
"Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi"  VİDEO like
  • 14 İyl 14:56  
Şou-biznes "Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi" VİDEO

Narkotik qalmaqalı ilə medianın gündəminə düşən müğənni Arzuxanım H

arrow Ətraflı
Sintetizator və gitara seçimi: üslubunuza uygun ən yaxşı alət necə tapılır?  FOTO like
  • 14 İyl 14:55  
Digərləri Sintetizator və gitara seçimi: üslubunuza uygun ən yaxşı alət necə tapılır? FOTO

Sintetizatorların aləmi: fərqli növləri və onların imkanları

arrow Ətraflı
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək?  Deputat AÇIQLADI like
  • 14 İyl 14:50  
Digərləri Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? Deputat AÇIQLADI

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlər

arrow Ətraflı
"O balla inəyi öldürəcəklər"  Məleykə Abbaszadə iradı maraqlı formada cavablandırdı like
  • 14 İyl 14:46  
Digərləri "O balla inəyi öldürəcəklər" Məleykə Abbaszadə iradı maraqlı formada cavablandırdı

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin

arrow Ətraflı
“Onların ən azı bir valideyni müəllimdir” like
  • 14 İyl 14:31  
Digərləri “Onların ən azı bir valideyni müəllimdir”

"Biz uzun illər müşahidə edirik ki, yüksək nəticə göstərən abitu

arrow Ətraflı
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ like
  • 14 İyl 14:20  
Digərləri Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə

arrow Ətraflı
ABŞdə yaşayan azərbaycanlı aparıcı: "Həyat çox qısadır..."  FOTO like
  • 14 İyl 14:06  
Şou-biznes ABŞdə yaşayan azərbaycanlı aparıcı: "Həyat çox qısadır..." FOTO

ABŞ-də yaşayan keçmiş aparıcı Günel Musəvi artıq çəkisi olmasını t

arrow Ətraflı
Əmlak bu qaydada rəsmiləşdiriləcək like
  • 14 İyl 13:53  
Digərləri Əmlak bu qaydada rəsmiləşdiriləcək

Daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alı

arrow Ətraflı
Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün “KOBların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib  FOTO like
  • 14 İyl 13:37  
Digərləri

Məqsəd COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü və KOB-ların ya

arrow Ətraflı
Bu ərazilərdə kassaların fəaliyyəti dayandırılacaq like
  • 14 İyl 13:27  
Digərləri Bu ərazilərdə kassaların fəaliyyəti dayandırılacaq

Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini

arrow Ətraflı