Şəxsiyyət vəsiqələrinin forması DƏYİŞİR:
Digərləri 14 İyl 2025 11:58:00 79 0
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.
Bu xəbəri də oxu: HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı FOTO
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.
Rusiyanın xalq artisti Aleksandr Mitta 92 yaşında vəfat edib

Dünyanın siyasi xəritəsində geosiyasi plitələr tərpənəndə, bu titrəy

Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifa

Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş veri

Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu həyat yoldaşından ayrılır.

Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı b

Xəbər verdiyimiz kimi, Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov t

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Buxarestd

Azərbaycanlı jurnalistlər Qarabağda erməni təcavüzünün qurbanı olub v�

Rusiya Dövlət Duması miqrantların ölkəyə daxil olarkən tibbi arayış t�

Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin q

Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var.

Masallı rayonunda qaz təchizatının verilişində fasilə yaranacaq.

Prodüser Təranə Səmədovanın qızı Suelin atası Abbas Səfərov onunla ba
