Kişilər illərlə dözüb heç kimə demirlər ki, ayıbdır – Həkim gerçəkləri açıqladı
Digərləri 12 İyl 2025 21:36:00 80 0
Cəmiyyət arasında formalaşmış ümumi qənaətə görə, psixi pozuntular daha çox qadınlarda müşahidə olunur. Lakin bir sıra statistik araşdırmalar bu fikri şübhə altına alır və bildirir ki, əslində bu cür pozuntulara kişilər arasında daha çox rast gəlinir.
Bu xəbəri də oxu: Qadınlar bu hədiyyələri alsalar,
Bununla belə, bəzi mənbələr bu yanaşmanı qəbul etmir və qadınların depressiya, təşviş pozuntusu kimi problemlərlə daha çox qarşılaşdığını qeyd edir. Bəs bu mövzuda həqiqət haradadır - psixi pozuntular doğrudan da kişilərdəmi daha çox müşahidə olunur, yoxsa qadınlardamı?
Son.az bildirir ki, yeni sabah-a açıqlama verən psixiatr Azad İsazadə məsələ ilə bağlı vacib nüanslara aydınlıq gətirib:
"Əvvəlcə biz öz aramızda terminləri dəqiqləşdirməliyik ki, nəyi nəzərdə tuturuq. Psixoloji pozuntu və psixi pozuntu arasında fərq var. Psixi pozuntu el dilində desək dəlilikdir. Dəlilik çox da cins fərqi olmayaraq, dünya statistikasına əsasən 10-15 faiz insanlarda rast gəlinir.
Bu baxımdan kişi və qadınlar arasında gözəçarpan fərq yoxdur. Sadəcə ölkəmizə nəzərən götürsək, psixiatriyada kişi şöbələrinin sayı daha çoxdur. Biz nəzərə almalıyıq ki, alkoqol və narkotik vasitələrin təsiri altında kişilərdə psixi pozuntular yaranır. Həmçinin, xanımlarda psixi problemlər ortaya çıxanda kişilər bunu özləri həll edir. Ancaq xanımlar bu cəhətdən əlacsız qalırlar deyə onları xəstəxanaya yerləşdirirlər. Eyni zamanda kişilərdə psixi pozuntular zamanı bu özünü qarşı tərəfə şiddət tətbiq edərkən göstərir.
Depressiya, təşviş, həyəcan kimi problemlər psixoloji sıraya aiddir. Bu istiqamətdə isə fərq sadəcə ondadır ki, qadınlar kişilərə nisbətən psixoloqa daha rahat müraciət edə bilirlər. Kişilər bu kimi məsələlərdə əziyyət çəksələr də dözməyi seçirlər".
A.İsazadə qeyd edib ki, Azərbaycanda, ümumilikdə isə post-sovet məkanında kişilər psixoloqa daha az müraciət edirlər:
"Ona görə də statistikada qadınlar çoxluq təşkil edir. Amma reallıqda problemlərə baxanda kişilərin daha ağır formada bunlarla rastlaşdığından əmin ola bilərik. Kişilər illərlə dözürlər, heç kimə demirlər ki, ayıbdır. Adətən belə düşünürlər: mən boyda kişi xeylağı problemi həll edə bilmirəm deyə kiməsə müraciət edirəm. Müraciət etmək fikrinə gələndə isə vəziyyət olduğundan daha ağırlaşır və həll yolları da bir o qədər azalır.
Xanımlar daha emosional olduqları üçün duyğularını tez büruzə verir və içlərində boğmurlar. Hansısa stressli vəziyyətdən sonra ağlamaq insana müsbət təsir edir və rahatlaşdırır. Ağlamaq kişilər arasında ayıb sayılır. Evdə yas düşəndə belə onlar öz gözyaşlarını nümayiş etdirmirlər".
Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, ölk

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə

"Putin bizə nüvə sazişi ilə bağlı heç nə deməyib"

İyulun 11-nə keçən gecə saat 01:54-də (Bakı vaxtı ilə 00:54 - red.) Rus

Dünyaca məşhur fransız lüks brendi Louis Vuitton Böyük Britaniyadakı m�

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafi�

Çiyələyin acılaşmaması və uzun müddət təzə qalması üçün saxlama q

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildir

ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı ixtisar edilib.

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

ABŞ Ordusu hərbi hava limanlarında quşlar və digər vəhşi heyvanların ya

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarələrin Ermənist

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın

Tehranda dünən baş vermiş partlayışın əsas hədəfinin nə olduğu həl�
