FHN polkovnikinə BMMTdə yüksək VƏZİFƏ VERİLDİ


Digərləri 10 İyl 2025 16:20:00 95 0

FHN polkovnikinə BMMTdə yüksək VƏZİFƏ VERİLDİ

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Əvvəlcə, BMMT-nin himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oxuyub.

Müraciətdə insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq ifadə olunub. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Müraciətdə Bakıda keçirilən sessiyanın təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf etdiyi, bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu qeyd edilib.

Prezident İlham Əliyevin müraciətində Azərbaycanın mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyi, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmizin insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak etdiyi vurğulanıb. Bu kontekstdə, Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumunun bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan BMMT-nin beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsinin strateji əhəmiyyət daşıdığı, müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü BMMT-nin olmasının vacibliyi vurğulanıb, sessiyanın uğurla keçəcəyinə əminlik ifadə olunub.

Sonra çıxış edən Təşkilatın İcraiyyə Şurasının vitse-prezidenti Vinisio Feliks Çavarria Bayez və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin sessiyanın qarşısında duran məsələlərdən bəhs ediblər.

Daha sonra Təşkilatın Etimad Komitəsinin hesabatı dinlənilib, sessiyanın gündəliyi təsdiq olunub. BMMT-nin Baş katibi vəzifəsinə namizədlərin təqdimatından sonra səsvermə keçirilib.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib. Qeyd edək ki, Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə - Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparırdı.

Səsvermənin hesabatı dinlənildikdən sonra BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tədbirdə yekun nitq söyləyib.

Nazir BMMT-nin Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının bütün iştirakçılarına məhsuldar və konstruktiv fəaliyyətlərinə görə səmimi təşəkkürünü bildirib. K.Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə göstərdiyi hərtərəfli dəstəyə, strateji baxışına və davamlı diqqətinə görə dərin minnətdarlığını çatdırıb.

Nazir BMMT-nin Bakıda keçirilən sessiyalarının fövqəladə hallarla mübarizə məsələlərində real və müsbət nəticələrin yalnız birgə və əlaqəli fəaliyyət sayəsində əldə edilməsinin mümkünlüyünü bir daha göstərdiyini vurğulayıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın fəal və məsuliyyətli iştirakçısı kimi ölkəmizin bundan sonra da BMMT-nin fəaliyyətini dəstəkləməkdə və onun inkişafına əməli töhfə verməkdə davam edəcəyini bildirib.

BMMT-nin himninin səsləndirilməsi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasının işinə yekun vurulub.

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN like
  • 10 İyl 16:19  
Şou-biznes “Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN

"Xəzər" telekanalının yüksək reytinqli layihələrindən olan &q

arrow Ətraflı
100 qadını öldürmüşdü like
  • 10 İyl 15:45  
Kriminal 100 qadını öldürmüşdü

Rusiyada "Orsk manyakı" kimi tanınan, tutulması mümkün olmayan se

arrow Ətraflı
Xarici səyyahların Ağdama səfəri başladı  FOTO like
  • 10 İyl 15:44  
Digərləri Xarici səyyahların Ağdama səfəri başladı FOTO

Xarici səyyahların Ağdama səfəri başladı.

arrow Ətraflı
Zelenski Rusiyanı hədələdi like
  • 10 İyl 15:30  
Dünya Zelenski Rusiyanı hədələdi

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata k

arrow Ətraflı
Telli Pənahqızına yüksək vəzifə verildi like
  • 10 İyl 15:20  
Digərləri Telli Pənahqızına yüksək vəzifə verildi

Tanınmış telejurnalist Telli Pənahqızına yeni vəzifə verildi.

arrow Ətraflı
"Balaəlinin mənə 300 manat borcu var, VERMİR" like
  • 10 İyl 15:15  
Şou-biznes "Balaəlinin mənə 300 manat borcu var, VERMİR"

Meyxanaçı Yaşar Qafanlı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
“Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda keçiriləcək like
  • 10 İyl 15:13  
Kriminal “Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

arrow Ətraflı
Azərbaycan və Ermənistan bu barədə razılığa gəldi like
  • 10 İyl 15:08  
Siyasət Azərbaycan və Ermənistan bu barədə razılığa gəldi

10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi ş�

arrow Ətraflı
40 vəzifəli şəxs işdən çıxarıldı, 100dən çoxuna like
  • 10 İyl 15:00  
Digərləri 40 vəzifəli şəxs işdən çıxarıldı, 100dən çoxuna

Bakı şəhərində uşaq bağçalarına növbədə olan valideynlərin sayı 20

arrow Ətraflı
Məhkəmə Tolik barədə QƏRAR VERDİ like
  • 10 İyl 14:46  
Şou-biznes Məhkəmə Tolik barədə QƏRAR VERDİ

Bu gün Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (To

arrow Ətraflı
Putin Trampın çağırışına məhəl qoymadı – Rusiya yeni mərhələyə keçir like
  • 10 İyl 14:45  
Dünya Putin Trampın çağırışına məhəl qoymadı – Rusiya yeni mərhələyə keçir

Rusiya prezidenti Vladimir Putin Ukraynanın müdafiəsinin yaxın aylarda iflas

arrow Ətraflı
12 iyulla bağlı vacib MƏLUMAT like
  • 10 İyl 14:28  
Digərləri 12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir.  Belə ki, Avropada kəskin istilər nəti

arrow Ətraflı
İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri açıqlandı like
  • 10 İyl 14:26  
Siyasət İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşin

arrow Ətraflı
Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR  Yeni imkanlar... like
  • 10 İyl 14:15  
Digərləri Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR Yeni imkanlar...

Ulduzlar bəzi bürclərin həyatında mühüm dönüş nöqtəsi vəd edir. İy

arrow Ətraflı
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi  Keçid balı like
  • 10 İyl 14:07  
Digərləri Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi Keçid balı

"Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə

arrow Ətraflı