“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”


Digərləri 10 İyl 2025 00:15:00 72 0

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

"Biz lap əvvəldən təklif etdik ki, qeysəriyyə əməliyyatı ilə uşağı götürün. Amma həkimlər razılaşmadılar. Bildirdilər ki, təbii doğuş olacaq. Bunun üçün də yoldaşıma nəsə dərman veriblər. Axırı da belə".

Son.az xəbər verir ki, bunu teleqraf-a Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəznində olan Perinatal Mərkəzdə doğuş zamanı ölən 33 yaşlı Şəbnəm Kərimovanın həyat yoldaşı İsmayıl Kazımov deyib.

O, hadisəyə görə həkimləri günahlandırıb: "Yoldaşımı apardım xəstəxanaya. Günorta saat 12-də əlimlə ötürdüm içəri. İki saat sonra gəldilər ki, övladınız sağ-salamat doğulub, təbrik elədilər, gözaydınlığı verdilər, muştuluq alıb getdilər. Mən də sevinc içində oturub gözlədim.

Bu arada gəlib dedilər ki, gedin, uşağı, ananı sonra görərsiniz. Razılaşmadıq, oturub gözlədik. Dedik, icazə verin, görək sonra gedək. Başladı vaxt uzanmağa, beş dəqiqə sonra, 10 dəqiqədə gözləyin, indi içəri keçəcəksiniz və sair. Bir də gördük qan gətizdirirlər. Mən də elə bildim başqasına lazımdır. Sən demə mənim yoldaşıma görə gətirirlərmiş qanı. Qanaxmanı kəsə bilməyiblər, yoldaşım da dünyasını dəyişib. Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər".

İ.Kazımov həyat yoldaşının ölümündə Perinatal Mərkəzin həkimləri Gültac Vidadi və ginekologiya şöbəsinin baş "mamaça"nı və xəstəxananın baş tibb bacısını əvəz edən Sevinc Hüseynovanı ittiham edir: "Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir. Həkimlərdən şikayətçiyəm. Yazılı olaraq hələ heç bir yerə müraciət etməmişəm. Dünən hüquq-mühafizə orqanlarının nümayəndələri orada olub. Orada iki həkimi olub - Sevinc və Gültac, ikisindən də şikayətim var. Bu gün yoldaşımı aparıb dəfn edib gəlmişəm. Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?"

Ailə başçısının ittihamları ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının, həkimlər Gültac Vidadi və Sevinc Hüseynovanın mövqeyini öyrənmək isə mümkün olmayıb. Belə ki, adıçəkilən şəxslər agentliyin telefon zənglərinə cavab verməyiblər.

TƏBİB-in rəsmi məlumatına görə, 1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub: "Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb".

Xatırladaq ki, 2024-cü ildə də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınmışdı. Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova oktyabrın 26-da uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib. Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. O, ertəsi gün xəstəxanada vəfat edib. Yaxınları Zəhranın ölümündə Gültac Vidadini günahlandırıb.


Xəbərə aid video

Günün qoroskopu: Yeni gəlir yeri var like
  • 10 İyl 00:01  
Digərləri Günün qoroskopu: Yeni gəlir yeri var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bir qrup müəllimə əlavə ödənişlər ediləcək  ADLAR like
  • 09 İyl 23:48  
Digərləri Bir qrup müəllimə əlavə ödənişlər ediləcək ADLAR

Azərbaycanda ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətl�

arrow Ətraflı
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana hədiyyə təqdim edib  FOTO like
  • 09 İyl 23:45  
Siyasət İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana hədiyyə təqdim edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabid

arrow Ətraflı
Zaurun verilişində dava  Əməkdar artist qadına hücum etdi  FOTO like
  • 09 İyl 23:36  
Şou-biznes Zaurun verilişində dava Əməkdar artist qadına hücum etdi FOTO

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində gərgin anl

arrow Ətraflı
“X”in baş direktoru istefa verdi like
  • 09 İyl 23:24  
Digərləri “X”in baş direktoru istefa verdi

"X" şirkətinin baş direktoru Linda Yaccarino istefa verib.

arrow Ətraflı
Aleksandr Kurenkov Bakıdan nə ilə döndü? like
  • 09 İyl 23:00  
Digərləri Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən ciddi

arrow Ətraflı
ABŞyə girişin qiyməti qaldırılır like
  • 09 İyl 22:45  
Dünya ABŞyə girişin qiyməti qaldırılır

ABŞ-yə giriş vizalarının qiyməti artırılır.

arrow Ətraflı
Azərbaycanlı professor vəfat etdi  FOTO like
  • 09 İyl 22:38  
Kriminal Azərbaycanlı professor vəfat etdi FOTO

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

arrow Ətraflı
Putin Boqdanovu işdən çıxardı like
  • 09 İyl 22:30  
Dünya Putin Boqdanovu işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin müavini Mi

arrow Ətraflı
Kanalizasiya içməli suya qarışdı  274 nəfər zəhərləndi like
  • 09 İyl 22:14  
Dünya Kanalizasiya içməli suya qarışdı 274 nəfər zəhərləndi

Dağıstanda 270-dən çox uşaq içməli sudan zəhərlənib.

arrow Ətraflı
Azərbaycanda oğul anasını yandırdı like
  • 09 İyl 21:55  
Digərləri Azərbaycanda oğul anasını yandırdı

Abşeron rayonunda oğul anasını yandıraraq öldürüb.

arrow Ətraflı
Nanənin verilişi bu tarixdən yayımlanmayacaq like
  • 09 İyl 21:48  
Şou-biznes Nanənin verilişi bu tarixdən yayımlanmayacaq

ATV-də yayımlanan "7 Tamam" verilişi mövsüm finalına hazırlaş�

arrow Ətraflı
Sabah bu ərazilər 4 saat işıqsız qalacaq like
  • 09 İyl 21:36  
Digərləri Sabah bu ərazilər 4 saat işıqsız qalacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

arrow Ətraflı
Pantomima Teatrının yeni direktoru kimdir? like
  • 09 İyl 21:24  
Kriminal Pantomima Teatrının yeni direktoru kimdir?

Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum

arrow Ətraflı