KOBİAnın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib FOTO
Digərləri 08 İyl 2025 16:10:00 68 0
Neftçalada biznes imkanları və bu potensialın reallaşdırılması üçün dövlət dəstəyi müzakirə edilib.
Bu xəbəri də oxu: Sabah hava yağışlı olacaq
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Neftçala rayonunda keçirilib. Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, sənaye, balıqçılıq, pambıqçılıq sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Neftçala təbii resursları, sənaye potensialı və kənd təsərrüfatı imkanları ilə istehsal, emal və ixraca yönəlik fəaliyyət üçün əlverişli imkanlar təklif edən rayondur. Burada müxtəlif güzəştlər təklif edən Neftçala Sənaye Məhəlləsinin imkanlarından istifadə etməklə istehsalın qurulması, müasir texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlığa nail olmaq, balıqçılıq və dəniz məhsulları üzrə yerli brendlər yaradaraq ixracyönlü fəaliyyət üçün imkanlar genişdir. Neftçalada kənd təsərrüfatı məhsullarının yerində emalı əlavə dəyər yaratmaq üçün geniş potensiala malikdir.
Diqqətə çatdırılıb ki, dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlı olmaqla sahibkarlar rayondakı biznes imkanlarını daha sürətli və səmərəli reallaşdıra bilərlər. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər.
Tədbir çərçivəsində sahibkarların torpaq təyinatının dəyişdirilməsi, balıqçılıq təsərrüfatının genişləndirilməsi, biznes fəaliyyətinin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.
Həmçinin, KOBİA nümayəndələri Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "AzProduct" MMC-nin balıq emalı və "KƏHF" MMC-nin balıq yemi istehsalı müəssisələrində olub, istehsal prosesi və gələcək planları ilə bağlı sahibkarlarla fikir mübadiləsi aparıblar.
Xəbər verdiyimiz kimi, Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayə

Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında həyata keçirdiyi

Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.

"Google"un süni intellekt əsasında hazırladığı yeni nəsil vide

ABŞ prezidenti Donald Tramp bildirib ki, uyğun zaman gəldikdə, İrana qarş�

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veri

Rusiyanın hava məkanında artan təhlükəsizlik tədbirləri və pilotsuz uç

Cadenza orkestri 15 iyul saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət A

Amerikada yaşayan jurnalist Qənirə Ataşova daha bir həkimlə bağlı payla�

Ulduzlar sükutda deyil - göylər hərəkətdədir. Astroloqlar bu günlərdə

Bakıda qadın narkotik alverində şübhəli bilinir.
