İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib FOTO


Siyasət 07 İyl 2025 11:12:00 57 0

İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.

Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd etdi, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğuladı.

Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri ölkəmizə səfərdən və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini vurğuladı. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək, vurğuladı ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.

Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğuladı.

Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxundu. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd etdi.

Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirildi, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Bu istiqamətdə olan qatar like
  • 07 İyl 10:55  
Digərləri Bu istiqamətdə olan qatar

Bu gün Sumqayıtdan Bakıya hərəkət edən qatarda problem yaranıb. 

arrow Ətraflı
Məclisdən çıxmışdı  faciəvi şəkildə öldü like
  • 07 İyl 10:50  
Digərləri Məclisdən çıxmışdı faciəvi şəkildə öldü

Kürdəmirdə qatarın altında qalan 45 yaşlı kişi ölüb.

arrow Ətraflı
"Sən mənim səsimlə nəfəs alırdın" like
  • 07 İyl 10:39  
Şou-biznes "Sən mənim səsimlə nəfəs alırdın"

Müğənni Xatirə İslam vəfat edən bəstəkar Ruslan Əhmədoğludan yazıb

arrow Ətraflı
Partlayış səsləri olacaq like
  • 07 İyl 10:38  
Digərləri Partlayış səsləri olacaq

Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifad

arrow Ətraflı
Istanbulda parkda əxlaqsızlıq edən cütlük saxlanıldı  FOTO like
  • 07 İyl 10:20  
Dünya Istanbulda parkda əxlaqsızlıq edən cütlük saxlanıldı FOTO

İstanbulda meşəlik ərazidə qeyri-etik hərəkət edən iki gənc saxlanıl�

arrow Ətraflı
Qızının qatilini öz əlləri ilə cəzalandıran ana – Onun ölümünə nə səbəb oldu? like
  • 07 İyl 10:19  
Dünya Qızının qatilini öz əlləri ilə cəzalandıran ana – Onun ölümünə nə səbəb oldu?

Almaniyada 1980-ci illərin əvvəllərində baş verən və uzun illər cəmiyy

arrow Ətraflı
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır  VİDEO like
  • 07 İyl 09:58  
Digərləri Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır VİDEO

Bakının Xəzər rayonundakı Buzovna çimərliyində kanalizasiya suları birb

arrow Ətraflı
Hansı bürclər bütün həftəni “qara zolaq”da olacaq? like
  • 07 İyl 09:48  
Digərləri Hansı bürclər bütün həftəni “qara zolaq”da olacaq?

Yeni həftə bəzi bürclər üçün gərginlik, emosional dalğalanmalar və g�

arrow Ətraflı
Həmin qəzada ölən ərarvadın like
  • 07 İyl 09:38  
Digərləri Həmin qəzada ölən ərarvadın

Xəbər verdiyimiz kimi, iyulun 5-i Zaqatalada avtomobil qəzasında ər-arvad

arrow Ətraflı
Əməkdar artist: "Fransada Üzeyir Mehdizadəyə görə FƏXR ETDİM"  VİDEO like
  • 07 İyl 09:20  
Şou-biznes Əməkdar artist: "Fransada Üzeyir Mehdizadəyə görə FƏXR ETDİM" VİDEO

Azərbaycanın Əməkdar artisti Qoçaq Əsgərov açıqlaması ilə diqqət ç�

arrow Ətraflı
İsrail Livanı BOMBALADI like
  • 07 İyl 09:13  
Dünya İsrail Livanı BOMBALADI

İsrail ordusu Livanda "Hizbullah"a məxsus obyektlərə hava zərbəl

arrow Ətraflı
Məşhur şadlıq sarayında FACİƏ: like
  • 07 İyl 09:03  
Digərləri Məşhur şadlıq sarayında FACİƏ:

Beyləqanda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan b

arrow Ətraflı
Xatirə dəyişib belə oldu like
  • 07 İyl 08:08  
Şou-biznes Xatirə dəyişib belə oldu

Müğənni Xatirə İslam görünüşündə dəyişiklə diqqət çəkib.

arrow Ətraflı
Tələbə qızdan inanılmaz like
  • 07 İyl 07:07  
Dünya Tələbə qızdan inanılmaz

Çində tələbə qız tanışlıq saytından tapdığı oğlandan onun yerinə

arrow Ətraflı
"Çoxu deyir ki, anamın cavan vaxtlarının 2025 versiyasıyam"  VİDEO like
  • 07 İyl 06:06  
Şou-biznes "Çoxu deyir ki, anamın cavan vaxtlarının 2025 versiyasıyam" VİDEO

Rəqsanə İsmayılovanın özü kimi müğənni qızı Yana (Yağmur) açıqlam

arrow Ətraflı