"Sülh prosesi Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir"
Siyasət 06 İyl 2025 12:35:00 74 0
Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında aparılmalıdır.
Bu xəbəri də oxu: XİN ABŞyə başsağlığı verdi
Son.az Trend-ə istinadən bildirir ki, bunu "Mundo Internacional" jurnalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.
"Biz Ermənistanla sülh müqaviləsi bağlamağa heç vaxt bu qədər yaxın olmamışıq. Azərbaycan davamlı və dönməz sülhə nail olmağa tam sadiqdir. Prezident İlham Əliyev bu tarixi fürsətdən istifadə etmək üçün güclü əzm nümayiş etdirir", - deyə o bildirib.
E.Əmirbəyov qeyd edib ki, Vətən Müharibəsi başa çatdıqdan sonra biz mühüm irəliləyişlərə nail ola bilmişik.
"Azərbaycan öz əraziləri üzərində nəzarəti bərpa edib və bu, regionun geosiyasi mənzərəsini dəyişib. Bu gün torpağımızda artıq xarici qoşunlar yoxdur və bu, dialoq üçün əlverişli şərait yaradıb.
Sülh müqaviləsinin əsasını təşkil etməli olan beş əsas prinsipi məhz biz təklif etdik. Ermənistan bu prinsipləri qəbul etdi və iki ildən artıqdır ki, hər iki ölkənin xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərimiz mətnin hazırlanması üzərində işlədilər. Bu ilin martında biz elan etmişdik ki, müqavilə layihəsi son variantda razılaşdırılıb", - deyə o bildirib.
E.Əmirbəyov vurğulayıb ki, saziş tərəflərin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı olaraq tanımaq, mövcud və ya gələcək ərazi iddialarından imtina etmək öhdəliyini öz üzərinə götürdüyünü nəzərdə tutur.
"Ermənistan siyasi hazırlığına baxmayaraq, hüquqi maneə ilə üzləşir: onun Konstitusiyasında hələ də Azərbaycanın Qarabağ bölgəsinin birləşdirilməsinə dair müddəa var ki, bu da müqavilənin müddəaları ilə uyğun deyil. Biz Ermənistan hakimiyyətinə izah edirik ki, bu konstitusiya normasına dəyişiklik edilməlidir ki, ölkədə gələcək hakimiyyət dəyişikliyi onun əsasında münaqişənin yenidən başlanmasına səbəb olmasın. Biz gələcək nəsillərin yenidən müharibə ilə üzləşməsinə icazə verə bilmərik.
İkincisi, biz təkid edirik ki, bu proses müstəsna olaraq Ermənistan və Azərbaycanın rəhbərliyi altında aparılmalıdır. Beynəlxalq vasitəçilik artıq tələb olunmur. Bu baxımdan, biz ATƏT-in Minsk Qrupu kimi köhnəlmiş strukturları və 1990-cı illərdə yaradılmış və nəzərəçarpacaq nəticə verməyən digər platformaları ləğv etməyə çağırırıq. 2020-ci ildən sonra bu formatlar öz aktuallığını itirib və faktiki olaraq fəaliyyətsizdir", - deyə o bildirib.
E.Əmirbəyov qeyd edib ki, bu iki maneə aradan qaldırılarsa, tərəflər sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyə biləcəklər.
"İndi top Ermənistan hökumətinin tərəfindədir. Davamlı və dönməz sülh mümkündür, lakin bunun üçün cəsarətli və uzaqgörən qərarlar tələb olunur", - deyə o əlavə edib.
Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya siyasi səhnəsində ön

Antalyada aparılan rüşvət təhqiqatı çərçivəsində saxlanılan Antalya

Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı maraq etiraf edib.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA evləri yaxınlığın

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ Prezidenti Donald Tramp

O, bu ilin bəşəriyyətin məhvinə səbəb olacaq hadisələrin başlayacağ�

"İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilat�

Ancelina Colidən boşanma Bred Pittin həyatında dərin iz buraxıb. Belə gö

ABŞ-nin Texas ştatında güclü yağışların və Qvadalupe çayının daşma

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının sabiq müavini Kamal Aşurov

İyulun 5-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri p

Siyəzən rayonunun Yenikənd kəndində 2019-cu ildən bəri maraqlı və fayda
