Ali Məhkəmədən saxta pul hazırlayan şəxsə ağır cəza


Digərləri 04 İyl 2025 13:00:00 92 0

Ali Məhkəmədən saxta pul hazırlayan şəxsə ağır cəza

Azərbaycan Respublikasının Ali Məhkəməsi daha bir əhəmiyyətli qərar qəbul edib.

İşin hallarına görə, vətəndaş Bərdə şəhərində yerləşən evində beş ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasının təsviri olan, lakin üzərində "Etibarsızdır" yazısı olan, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamış, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən saxta pul hazırlayıb.

O, "Etibarsızdır" yazısını mətbəx bıçağı ilə pozaraq, həmin saxta pulları satış məqsədilə hazırlayıb və sonradan İmişli rayonunda yerləşən "Mal bazarı"nda bu pulları satıcıya verərək, ondan 500 manat dəyərində iki baş quzu alıb.

Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb.

Aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi qiymətləndirilib, lakin zərər çəkmiş şəxsə vurulmuş zərərin 500 manatdan çox olmaması səbəbilə, Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində dələduzluq cinayət tərkibinin olmamasına görə ona bəraət verilib.

Sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Ali Məhkəmənin mövqeyinə görə, birinci instansiya məhkəməsi şəxsin əməlində saxta pul hazırlamaqla bağlı cinayət tərkibinin olmaması qənaətinə gəlib və bu, işin faktiki hallarına uyğun olmayan səhv qərardır. Apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı sayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə şahidin ifadəsinin alınması və ona veriləcək suallar əsasında ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəməyə dəvət edilməsi barədə apellyasiya məhkəməsində vəsatətlər verilsə də, bu vəsatətlər təmin olunmayıb və müvafiq hal araşdırılmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün istinad etməyib.

Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, şəxsin bıçaqla 5 əskinas üzərində "etibarsızdır" yazısını silməsi iş materialları ilə sübut olunub. Ali Məhkəmənin Plenum Qərarında da qeyd edildiyi kimi, saxta pul yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, bu pul aşkar şəkildə əslindən fərqlənsin. 

Aparılmış ekspert rəyində təqdim olunan pul əskinaslarının həqiqi əskinaslardan açıq-aşkar fərqləndiyi göstərilməyib və bu məsələnin ekspert tərəfindən deyil, məhkəmə tərəfindən hüquqi məsələ kimi həll edilməli olduğu vurğulanıb.

Cinayət işinin materiallarından və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallardan göründüyü kimi, təqsirləndirilən şəxsin saxta pul hazırlamaq niyyəti məhz məhdud şəxsləri aldatmaq məqsədi daşımayıb. Belə ki, o, bu əməllə ümumi satış niyyəti güdüb və qəsdini istənilən şəxsə yönəldə biləcəyi ehtimalı istisna olunmur. Yəni, işin hallarından şəxsin qəsdinin konkret olaraq məhdud şəxslər dairəsinə yönəlməsi müəyyən edilməyib. Bu cəhətlər isə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymətləndirilməyib.

Məhkəmə kollegiyası hesab edib ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq araşdırılmalı, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmalı, zərurət yarandıqda əlavə sübutlar da toplanmalı və bütün sübutlar mənsubiyyət, mötəbərlik və mümkünlük baxımından qiymətləndirilməklə iş üzrə qanuni və ədalətli qərar qəbul olunmalıdır.

Qeyd olunanlara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya protestini təmin edib. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına qaytarılıb.

Hökumənin bibisi oğlunun öldüyü qəzadan görüntülər like
  • 04 İyl 12:55  
Digərləri Hökumənin bibisi oğlunun öldüyü qəzadan görüntülər

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru avtomobil qəzasında

arrow Ətraflı
Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb  FOTO like
  • 04 İyl 12:51  
Siyasət Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

arrow Ətraflı
Bu yoldakı çökmə də ölümə səbəb olan həmin xəttə bağlıdır like
  • 04 İyl 12:41  
Digərləri Bu yoldakı çökmə də ölümə səbəb olan həmin xəttə bağlıdır

Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində

arrow Ətraflı
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17ci Zirvə görüşü keçirilir  CANLI YAYIM like
  • 04 İyl 12:36  
Siyasət Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17ci Zirvə görüşü keçirilir CANLI YAYIM

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqti

arrow Ətraflı
Əminə məşhur aparıcının "ağzını əydi"  VİDEO like
  • 04 İyl 12:30  
Şou-biznes Əminə məşhur aparıcının "ağzını əydi" VİDEO

Müğənni Əminə Şirin efirlərin birində qonaq olub.

arrow Ətraflı
Romada dəhşətli partlayış oldu  ANBAAN VİDEO like
  • 04 İyl 12:29  
Dünya Romada dəhşətli partlayış oldu ANBAAN VİDEO

İtaliyanın paytaxtı Romada yanacaqdoldurma məntəqəsində güclü partlayı

arrow Ətraflı
Prezidenti Xankəndidə Sultan Əhməd ƏlCabiri qəbul edib  FOTO like
  • 04 İyl 12:18  
Siyasət Prezidenti Xankəndidə Sultan Əhməd ƏlCabiri qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndid�

arrow Ətraflı
İmamoğlunun 8 illik həbsi tələb edilir like
  • 04 İyl 12:15  
Digərləri İmamoğlunun 8 illik həbsi tələb edilir

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılan və h

arrow Ətraflı
Ərdoğan Azərbaycana səfərə gəlib  FOTO like
  • 04 İyl 12:06  
Siyasət Ərdoğan Azərbaycana səfərə gəlib FOTO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əmək

arrow Ətraflı
Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir? like
  • 04 İyl 11:48  
Siyasət Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir?

Müasir beynəlxalq təhlükəsizlik arxitekturası qlobal miqyasda gedən dəri

arrow Ətraflı
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur like
  • 04 İyl 11:41  
Digərləri Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur

Son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölk

arrow Ətraflı
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub like
  • 04 İyl 11:35  
Digərləri Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub

Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasın�

arrow Ətraflı
Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı like
  • 04 İyl 11:30  
Şou-biznes Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı

Xalq artisti Mələkxanım Eyubovanın dəbdəbəli bağ evindən görüntü ya

arrow Ətraflı
Bakıda küçələrdə "kahinlər" peyda olub  İnsanları terapiya edirlər  VİDEO like
  • 04 İyl 11:28  
Digərləri Bakıda küçələrdə "kahinlər" peyda olub İnsanları terapiya edirlər VİDEO

Bakının mərkəzi küçələrində xüsusi geyimli "kahinlər" peyda

arrow Ətraflı
Türkiyənin bu təklifi erməniləri dəli elədi like
  • 04 İyl 11:20  
Digərləri Türkiyənin bu təklifi erməniləri dəli elədi

Türkiyənin İYİ Partiyasının sədri və millət vəkili Müsavat Dərvişo�

arrow Ətraflı