Günvurmadan necə qorunmaq lazımdır? Həkimdən vacib xəbərdarlıq
Digərləri 03 İyl 2025 06:06:00 76 0
Yay aylarında temperaturun yüksəlməsi ilə bağlı günvurma hallarına tez-tez rast gəlinir. Həkimlər bildirir ki, xüsusilə günorta saatlarında birbaşa günəş altında qalmaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu xəbəri də oxu: Bakıda məşhur istirahət mərkəzində faciə: Ölən var
Son.az xəbər verir ki, günvurma insan orqanizminin həddindən artıq qızması nəticəsində beynin istilik tənzimləyici mərkəzinin pozulması ilə baş verir. Bu vəziyyətin ilkin əlamətləri başgicəllənmə, ürəkbulanma, halsızlıq, tərləmənin azalması və bədən temperaturunun artması ilə özünü göstərir.
Risk qrupunda kimlərdir?
Həkimlər qeyd edir ki, uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, ürək və qan təzyiqi problemi olanlar günvurma riski baxımından daha həssas sayılır. Xüsusilə açıq havada çalışan işçilər bu vəziyyətdən qorunmaq üçün əlavə tədbirlər görməlidirlər.
Günvurmadan necə qorunmaq lazımdır?
Günorta saatlarında (11:00-dan 17:00-a qədər) birbaşa günəş şüaları altında qalmaqdan çəkinin. Yüngül, açıq rəngli və hava keçirən geyimlərə üstünlük verin. Geniş kənarlı papaq və gün eynəkləri istifadə edərək baş və gözlərinizi qoruyun. Bol miqdarda su qəbul edin, qazlı və şəkərli içkilərdən uzaq durun. Günəş altında ağır fiziki fəaliyyəti minimuma endirin. Əgər mümkündürsə, günorta saatlarını kölgəli və ya sərin məkanlarda keçirin.
Bəzi dərmanların və tibbi prosedurların böyrəklərə "zəhərli"

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıql

Gecə boyunca yuxu alsanız belə, gün ərzində davamlı güc çatışmazlığ

Nəhərd asteroid Yerə doğru sürətlə irəliləyir. Əgər dəysə, həyatı

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Kremlə bağlı media resurslar Azərbaycanın Yekaterinburq hadisələrinə ver

Azərbaycan Prezidenti İlham Əliyev "X"dəki hesabında ölkəmizdə

Rusiyanın E1.ru nəşri Yekaterinbuqrda ötən illərdə törədilmiş qətllə

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Babək&qu

2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus &

Müğənni Natavan Həbibi Əməkdar artist Könül Kərimovanın ondan istəyin

Türkiyədə Bayburt ilə Erzurum sərhədində, dünya turuna çıxan Mehmet De
