Gömrükdə rüşvət qalmaqalı Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?


Digərləri 30 İyn 2025 15:52:00 75 0

Gömrükdə rüşvət qalmaqalı  Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?

Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məlumat Anar Aslanovun cinayət işində yer alıb. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. A.Aslanov da Baş İdarənin əməliyyatçıları tərəfindən həbs edilib.

İstintaq materiallarından görünür ki, Aslanov ölkəyə avtomobil idxal edən şəxslə gizli sövdələşmə yaradıb. O, çoxu "Nissan" və "Toyota" olan avtomobillərin gömrükdən keçirilməsi üçün ümumilikdə 55 min manat rüşvət alıb.

Külli miqdarda rüşvət ittihamı ilə məhkəməyə çıxarılan Aslanov özünü təqsirli bilməyib. O, idxal müddəti 10 ildən çox olan avtomobilləri ölkəyə icazəsiz keçirmədiyini deyib: "Sözügedən avtomobilləri ölkəyə keçirən Ramil özü də əvvəllər gömrükçü olub. Nazirlər Kabinetinin qərarına əsasən, 29 mart 2023-cü ildən istehsal yaşı 10 ili keçmiş avtomobillərin ölkə ərazisinə idxalı məhdudlaşdırıldı. Həmin qərar 1 ay ərzində qüvvəyə minməli idi. Həmin avtomobillər Amerika, Yaponiya, Koreya və digər uzaq ölkələrdə olduğundan onların daşınması 3-7 ay vaxt tələb edirdi. 

Qərar çıxarılarkən kifayət qədər vətəndaşın avtomobili yolda gəlməkdə idi. Dövlət Gömrük Komitəsi rəhbərliyi məsələyə obyektiv yanaşmaq və vətəndaşların məmnuniyyətini qaldırmaq məqsədilə müəyyən sənədlər formalaşdırdı. İçərisində invoys, gəmi daşımaları ilə bağlı sənədlər var idi. Avtomobilin həmin qərarın qəbul olunmasından əvvəl alındığını təsdiq edən müəyyən sənəd mövcud olduqda ölkə ərazisinə buraxılmasına icazə verilirdi. Digər vətəndaşlar kimi Ramil də avtomobil idxalı ilə məşğul idi və onun avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı sənədləri Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən tələb olunan formaya uyğun idi. Mən Ramildən pul götürmüşəm, amma bu hal avtomobillər ölkə ərazisinə gətirildikdən sonra baş verib. O, dəfələrlə mənə pul təklif edib, amma imtina etmişəm. Avtomobillər ölkə ərazisinə gətirildikdən, rəsmiləşdirildikdən və sahiblərinə təhvil verildikdən sonra isə Ramil pul qazandığını, mənə şirinlik vermək istədiyini dedi. Bundan sonra onun təklif etdiyi pulu qəbul etmişəm. Mənə ümumilikdə 55 000 manat pul verib".

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, o, bütün işləri Dövlət Gömrük Komitəsi rəhbərliyinin göstərişinə uyğun həyata keçirib. Əsas probləmlərdən biri də yerli bankla ödəniş etməyən vətəndaşların ölkəyə avtomobil keçirməsində yaranıb: "Yerli banklardan ödəniş etməyən şəxslərin postlarda problem yaşadıqları ilə bağlı rəhbərliyə məruzə etdikdə əvvəl ancaq yerli bank köçürmələri olduğu təqdirdə avtomobillərin buraxılmasını tapşırdı. Bir həftədən sonra əksər vətəndaşların avtomobilləri yerli bankdan ödəniş etmədikləri üçün yolda qaldı. Bu da komitəyə ünvanlanan şikayətlərin sayını artırdı.

Duyğusal yükdən necə azad olaq?  Psixoloqdan praktiki məsləhətlər like
  • 30 İyn 15:43  
Digərləri Duyğusal yükdən necə azad olaq? Psixoloqdan praktiki məsləhətlər

"Emosional tükənmə klinik psixologiyada və psixiatriyada emosional, el�

arrow Ətraflı
FHNə işə düzəltmək adı ilə daha bir dələduzluq like
  • 30 İyn 15:36  
Digərləri FHNə işə düzəltmək adı ilə daha bir dələduzluq

Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə daha bir dəl

arrow Ətraflı
Moskvada güclü partlayış baş verdi like
  • 30 İyn 15:33  
Digərləri Moskvada güclü partlayış baş verdi

Moskvanın Plexanov küçəsində baş verən partlayışın görüntüləri sos

arrow Ətraflı
Rusiya FTXnın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb like
  • 30 İyn 15:30  
Digərləri Rusiya FTXnın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "

arrow Ətraflı
ABŞdə təyyarə qəzası: "Sağ qalan olmayıb" like
  • 30 İyn 15:22  
Dünya ABŞdə təyyarə qəzası: "Sağ qalan olmayıb"

Bazar günü səhər ABŞ-ın Ohayo ştatının şimal-şərqində, Howland qəs

arrow Ətraflı
KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib like
  • 30 İyn 15:14  
Digərləri KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB

arrow Ətraflı
"Daha ağlamaq istəmirəm" like
  • 30 İyn 15:12  
Şou-biznes "Daha ağlamaq istəmirəm"

Əməkdar artist Mətanət İsgəndərli maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Qohumu ilə evlənmək istəyənlərin DİQQƏTİNƏ  Nazirlik açıqladı like
  • 30 İyn 15:06  
Digərləri Qohumu ilə evlənmək istəyənlərin DİQQƏTİNƏ Nazirlik açıqladı

Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydın

arrow Ətraflı
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı like
  • 30 İyn 15:02  
Digərləri Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindən vətəndaşla

arrow Ətraflı
Məşhur şirkətin kərə yağından sellofan çıxdı like
  • 30 İyn 14:52  
Digərləri Məşhur şirkətin kərə yağından sellofan çıxdı

"QayMaq Premium Qida" şirkətinin istehsal etdiyi kərə yağından s

arrow Ətraflı
"Ermənistan bununla bağlı Azərbaycanla müzakirələrə hazırdır" like
  • 30 İyn 14:45  
Digərləri "Ermənistan bununla bağlı Azərbaycanla müzakirələrə hazırdır"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh saziş

arrow Ətraflı
Səfərov qardaşlarının nəşi təhvil verildi like
  • 30 İyn 14:40  
Digərləri Səfərov qardaşlarının nəşi təhvil verildi

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürül�

arrow Ətraflı
Con Kennedi sevgilisini abort etdirməyə məcbur edib like
  • 30 İyn 14:37  
Dünya Con Kennedi sevgilisini abort etdirməyə məcbur edib

ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin şəxsi həyatı ilə bağlı yen

arrow Ətraflı
"Paltarlarıma 2 evin pulunu xərcləmişəm" like
  • 30 İyn 14:26  
Şou-biznes "Paltarlarıma 2 evin pulunu xərcləmişəm"

Rəqqasə Rəna Ağamuradova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
İstanbulda dənizdə çimmək qadağan edildi like
  • 30 İyn 14:13  
Digərləri İstanbulda dənizdə çimmək qadağan edildi

Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşmas�

arrow Ətraflı