Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
Digərləri 30 İyn 2025 11:30:00 71 0
30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.
Bu xəbəri də oxu: Qara pişik Bədbəxtlik, yoxsa uğursuzluq?
Son.az xəbər verir ki, bu gün - 30 iyun həm də sevgi və şəhidliyin simvoluna çevrilmiş İlham və Fərizənin toy günüdür.
Onların taleyi bir sevda dastanı, bir vətən dərdi kimi yaddaşlara həkk olunub. 1990-cı ilin 20 Yanvar faciəsində şəhid olan İlham Allahverdiyev və onun ardınca öz canına qəsd edən həyat yoldaşı Fərizə Allahverdiyeva həm sevgiləri, həm də fədakarlıqları ilə tarixə düşüblər.
İlham Allahverdiyev 1962-ci ildə Ağdamda dünyaya göz açıb. Uşaqlıq illəri Ağdamda - nənəsinin yanında keçib. Sonra ailəsi ilə birlikdə Bakıya köçüb. Burada 54 saylı orta məktəbdə təhsilini davam etdirib. Hərbi xidmətdən sonra Bakıya qayıdaraq Gəmi Təmiri Zavodunda işə başlayıb. Məhz bu zavod bu gün onun adını daşıyır.
1989-cu ilin 30 iyununda İlham və Fərizə ailə həyatı qurublar. Toy günündə vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. Qısa müddətdə birgə xoşbəxt həyat yaşasalar da, 1990-cı ilin yanvarında baş verən qanlı hadisələr bu sevgini yarımçıq qoydu. Yanvarın 19-da İlham həyat yoldaşının təhlükəsizliyini təmin etmək üçün onu valideynlərinin yanına aparır. Ardınca isə qara geyimlərini geyinib evdən çıxır və bir daha geri qayıtmır...
Həmin gecə İlham "20 Yanvar" dairəsi yaxınlığında sovet qoşunları tərəfindən açılan atəş nəticəsində şəhid olur. Onu ailəsi ertəsi gün xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn olunur, lakin daha sonra Şəhidlər Xiyabanında dəfn edilmək üçün oradan çıxarılır.
Bu acıya dözmək Fərizə üçün mümkünsüz olur. Əvvəlcə özünü yandırmağa cəhd edir, lakin qarşısı alınır. Ancaq qəti qərar vermişdi, İlhamı tək buraxmayacaqdı. Gecə hamı yuxuya getdikdən sonra bir qab sirkə içərək canına qəsd edir. Son məktubunu yazmağa çalışır, lakin göz yaşları içində yalnız bir-iki cümlə yazmağa gücü çatır.
Fərizə bətnindəki körpə ilə birgə İlhamın yanına - torpağa qovuşur...
Bu hekayə yalnız bir sevgi hekayəsi deyil, bu, Vətən uğrunda şəhid olmuş bir insanın və onu sonsuz məhəbbətlə sevən həyat yoldaşının əbədi məhəbbət salnaməsidir. Onlar Azərbaycan xalqının yaddaşında əbədiyaşar sevgilər kimi qalacaqlar.
Asya Son.az
İyunun 29-da saat 21:30 radələrində 2 nəfər (qadın cinsli) xəsarət səb

25 ildir həbsdə saxlanılan "Gəncəli Mübariz" kimi tanınan Müba

Amerikada yaşayan azərbaycanlı aparıcı Günel Musəvinin başına iş gəli

30.06.2025-ci il tarixində saat 01:50 radələrində Ağdam rayonunda baş ver�

"Google", kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hü

2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin

İzmirdə baş verən meşə yanğını zamanı təhlükə altında qalan bir ne

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali N

Tanınmış xanəndə Ülviyyə Sədaqət açıqlaması ilə diqqət çəkib.

Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi

2025-ci ildə Türkiyə öz müdafiə arxitekturasını kökündən dəyişəcə

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay ol

"İranın daha bir gizli nüvə obyekti ola bilər".

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.
