Rusiyada baş verən hadisələr bu ölkədə diskriminasiya xarakterli siyasətin getdikcə daha da gücləndiyini göstərir AÇIQLAMA


Siyasət 29 İyn 2025 23:25:00 72 0

Rusiyada baş verən hadisələr bu ölkədə diskriminasiya xarakterli siyasətin getdikcə daha da gücləndiyini göstərir  AÇIQLAMA

Son illərdə Rusiyada baş verən ictimai-siyasi hadisələr, xüsusilə miqrantlara və milli azlıqlara qarşı atılan addımlar bu ölkədə diskriminasiya xarakterli siyasətin getdikcə daha da gücləndiyini göstərir. 

Bunu Son.az-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. 

S.Mikayılova bildirib ki, müxtəlif regionlarda, o cümlədən Yekaterinburqda baş verən son insidentlər bir daha sübut edir ki, proseslər təsadüfi deyil.

"Artıq Rusiya hakimiyyəti insan resursu çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif yollar axtarır və bu prosesdə miqrantlara qarşı təzyiq, şantaj və məcburiyyət üsullarından istifadə olunur. Miqrantların narkotik ittihamları, saxta cinayət işləri və ailə üzvləri ilə şantaj edilməsi geniş yayılmış üsullardandır.".

Onun sözlərinə görə, bu siyasət yalnız miqrantlara deyil, eyni zamanda milli azlıqlar arasında Rusiya vətəndaşlarına da yönəlib. Hadisələrin yalnız Yekaterinburqla məhdudlaşmadığı, ölkənin digər bölgələrində də sistemli şəkildə həyata keçirildiyi görünür. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin son etirafları və rəsmi statistika da bu tendensiyanın miqyasını ortaya qoyur.

"Azərbaycanla bağlı münasibətlər kontekstində də ciddi siqnallar mövcuddur. Azərbaycan hələ də öz mülki təyyarəsinin vurulması faktını unutmamışdır. Moskvanın bu məsələdə sərgilədiyi laqeydlik və passiv mövqe Azərbaycanda haqlı narazılıq doğurur. Rəsmi Bakı bu hadisəni beynəlxalq müstəviyə çıxararaq günahkarların cəzalandırılmasına və ədalətli kompensasiyaların təmin olunmasına nail olmaq niyyətindədir".

Deputat qeyd edib ki, Azərbaycan parlamentinin deputatının Həştərxanda keçirilən tədbirə buraxılmaması, ölkəmizin informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumlar və Milli Məclisin komissiya hesabatında yer alan faktlar Rusiyanın Azərbaycana qarşı münasibətində qərəzli mövqeyin mövcudluğunu açıq şəkildə göstərir.

"Kremlə yaxın media nümayəndələri, xüsusilə Solovyov kimi təbliğatçılar açıq anti-Azərbaycan ritorikası ilə çıxış edərək cəmiyyət arasında düşmən obrazı formalaşdırmağa çalışırlar. Bu da onu göstərir ki, proses təkcə spontan reaksiyalar yox, mərkəzləşdirilmiş ideoloji kampaniyanın nəticəsidir".

S.Mikayılova əlavə edib ki, eyni zamanda Ermənistanda revanşist qüvvələrin fəallaşması, Koçaryan və Sarkisyan kimi fiqurların yenidən səhnəyə çıxması da Moskvadan idarə olunan daha geniş planın tərkib hissəsidir. Məqsəd Cənubi Qafqazda gərginliyi yenidən alovlandırmaq, regionu müharibə və xaos içərisində saxlamaqdır.

Bütün bu proseslər bir daha sübut edir ki, Rusiyanın mövcud milli siyasəti yalnız region üçün deyil, ümumilikdə beynəlxalq sabitlik üçün də ciddi təhdidlər yaradır. Azərbaycan isə qarşı tərəfin bütün təzyiqlərinə baxmayaraq öz mövqeyini qoruyacaq, milli maraqlarını müdafiə etməkdə davam edəcəkdir".  

15 yaşa qədər qız uşaqları peyvəndlənsin – Həkimlərdan ÇAĞIRIŞ like
  • 29 İyn 23:21  
Digərləri 15 yaşa qədər qız uşaqları peyvəndlənsin – Həkimlərdan ÇAĞIRIŞ

Dünyada qadınlar arasında uşaqlıq boynu xərçəngi artır... Eləcə də �

arrow Ətraflı
“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” like
  • 29 İyn 22:58  
Digərləri “Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb”

"Rusiya Federal təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən

arrow Ətraflı
Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI like
  • 29 İyn 22:27  
Kriminal Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıql

arrow Ətraflı
Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdı like
  • 29 İyn 22:05  
Digərləri Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdı

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri �

arrow Ətraflı
Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir like
  • 29 İyn 21:48  
Siyasət Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir

Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir.

arrow Ətraflı
Ən yaxşı yuxu pozası hansıdır? like
  • 29 İyn 21:18  
Digərləri Ən yaxşı yuxu pozası hansıdır?

Ən yaxşı yuxu pozası insanın sağlamlıq vəziyyətinə, yaşına və ehtiy

arrow Ətraflı
"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur" like
  • 29 İyn 21:00  
Şou-biznes "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq? like
  • 29 İyn 20:28  
Digərləri Sağlamlıq üçün daha pis hansıdır: aşağı, yoxsa yüksək təzyiq?

Aşağı qan təzyiqi olan insanlar çox vaxt özlərini sağlam hesab edirlər.

arrow Ətraflı
Aparıcının qızı xəstəxanalıq oldu like
  • 29 İyn 20:13  
Şou-biznes Aparıcının qızı xəstəxanalıq oldu

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub. 

arrow Ətraflı
Tramp: "İran ərazisində gizli nüvə obyekti ola bilər" like
  • 29 İyn 20:05  
Digərləri Tramp: "İran ərazisində gizli nüvə obyekti ola bilər"

"İran ərazisində gizli nüvə obyekti ola bilər".

arrow Ətraflı
Çimərliklərdəki istirahət məkanlarında QİYMƏTLƏR like
  • 29 İyn 19:52  
Digərləri Çimərliklərdəki istirahət məkanlarında QİYMƏTLƏR

Son zamanlar dənizkənarı məkanlara üz tutanların sayında artım müşahid

arrow Ətraflı
Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi like
  • 29 İyn 19:31  
Şou-biznes Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göyd�

arrow Ətraflı