Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub
Siyasət 26 İyn 2025 11:29:00 77 0
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.
Bu xəbəri də oxu: "Ermənistanda Konstitusiya dəyişiklikləri sülh müqaviləsinin bağlanması üçün açardır"
Son.az xəbər verir ki, Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.
Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.
Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.
Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.
Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hə

Türkiyəli məşhur müğənni Gülşən İzmirdə konsert məkanlarının biri

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

İranda İsrailə casusluq etməkdə təqsirləndirilən 26 nəfər həbs olunub

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci

Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat

2025-ci ilin yayı bəzi bürclər üçün əsl möcüzə dolu olacaq!

Bu gecə Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ö

Müğənni Nazim Pişyari həmkarı Elariz Məmmədoğlu ilə əlbəyaxa davası

Bu ilin yanvar-may aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 1
