Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası...
Digərləri 25 İyn 2025 19:12:00 86 0
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Vaçikovna Akopyanın ötən həftə sonu Antalyanın ən məşhur otellərindən birində etdiyi tətilə 100 min avrodan (təxminən 5 milyon türk lirəsi) çox pul xərclədiyi iddia olunur.
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anna Akopyanın 19-22 iyun tarixləri arasında "Titanic Mardan Palace Oteli"ndə keçirdiyi cəmi üç günlük istirahətin bu qədər astronomik məbləğə başa gəlməsi təbii olaraq bir çox sual doğurub. Məlumata görə, Ermənistanın birinci xanımı ilk olaraq gecəsi 6 min avrodan başlayan lüks prezident nömrəsi "King Suite"də yerləşib.
Sözügedən lüks nömrədə qalmaqla yanaşı, xanım Akopyanın əsas xərclərinin şampan vannası, şəxsi yoqa məşqçisi, xüsusi xidmətçi, yaxtanın icarəsi və minibar kimi həddən artıq bahalı xidmətlərə yönəldiyi ortaya çıxıb.
180 min kvadratmetrlik sahədə yerləşən bu dəbdəbəli tətil kompleksi - Mardan Palace - azərbaycanlı əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov tərəfindən inşa edilib və 2009-cu ildə istifadəyə verilib.
Açılış mərasimində Riçard Gir, Peris Hilton, Monika Belluççi, Şeron Stoun və Mariya Keri kimi bir çox məşhur amerikalı sima iştirak edib. Tesis zamanla "Avropanın Ən Lüks Oteli", "Avropanın Ən Yaxşı SPA-sı", "Aralıq dənizinin Ən Böyük Üzgüçülük Hovuzu" kimi müxtəlif turizm mükafatlarına layiq görülüb. Mardan Palace bu gün də bir çox mənbələr tərəfindən "Avropa və Aralıq dənizinin ən bahalı və lüks oteli" kimi tanınır.
Bu arada Ermənistanın Baş naziri Paşinyan da 20 iyun tarixində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Bu görüş, Paşinyanın Türkiyəyə ilk işgüzar səfəri kimi qeydə alınıb. Ermənistan və Türkiyə arasında hələ də rəsmi diplomatik əlaqə mövcud deyil, iki ölkə arasında sərhəd isə 1993-cü ildən bəri bağlı qalır. Təxminən 3 milyon əhalisi olan Ermənistan hazırda dünyada ÜDM üzrə 117-ci, İnsan İnkişafı İndeksi üzrə isə 85-ci yerdə qərarlaşıb. Lalə Qüdrətova Son.az
ABŞ Prezidenti Co Baydenin adından sənədlərin avtomatik imzalanması proses

"Ona ev aldım,səhv etdim, gərək öz adıma alardım"

Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan av

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Mərkəzi Xəstəxanası Publi

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində Yalta yaşayış məntəqəsi

ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirən B-2-lərin videosunu yayım

ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında gör

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində səfərə ha

"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KO

Xanəndə Kəmalə Nəsibova geyimi ilə yenidən gündəm olub.

Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun a

ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Türkiyə Prezidenti Rəcəb T
