Əsgərin 40 dərəcə hərarəti olubmuş... Ölümü ilə bağlı həbs edilən var


Digərləri 23 İyn 2025 15:55:00 83 0

Əsgərin 40 dərəcə hərarəti olubmuş...  Ölümü ilə bağlı həbs edilən var

Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunun ölümü ilə bağlı hərbi-hissənin tibb məntəqəsinin rəisi cinayət məsuliyyətinə cəlb edilib.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.

Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib.

Mərhum əsgərin atası məhkəmədə ifadə verərək R.Mustafayevdən şikayətçi olduğunu, onun laqeydliyi ucbatından oğlunu itirdiyini deyib. Hüquqi varis təqsirləndirilən şəxsin qanunauyğun cəzalandırılmasını istəyib.

Müttəhim də ittihamla razılaşıb, özünü tam təqsirli bilib. Gizir Mustafayev deyib ki, Naxçıvan Tibb Kollecini bitirib. Məzun olduqdan sonra hərbi hissədə işə başlayıb. Bu hadisə vaxtı o, hərbi-hissənin tibb məntəqəsinin rəisi, feldşer işləyib. Hazırda isə yalnız feldşer kimi xidmət edir. Təqsirləndirilən şəxs əsgərin ölümündə günahkar olduğunu etiraf edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Mustafayev təqsirli bilinib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il 5 ay müddətinəazadlıqdan məhrum edilib. Hökmə kimi azadlıqda olan gizir məhkəmə zalında dərhal həbs edilib. 

Netanyahunun yoldaşından İran xalqına: "Biz düşməniniz deyilik" like
  • 23 İyn 15:50  
Dünya Netanyahunun yoldaşından İran xalqına: "Biz düşməniniz deyilik"

"İran xalqı möhtəşəm bir mədəniyyətin varisləridir" .

arrow Ətraflı
İrana hücumlar Azərbaycanla yükdaşımalara necə təsir edib? like
  • 23 İyn 15:41  
Digərləri İrana hücumlar Azərbaycanla yükdaşımalara necə təsir edib?

Hazırda İran və Azərbaycan arasında həm beynəlxalq, həm də iki ölkə a

arrow Ətraflı
İsrail Evin həbsxanasını vurdu like
  • 23 İyn 15:28  
Dünya İsrail Evin həbsxanasını vurdu

İsrail Tehrandakı Evin həbsxanasına hücum edib.

arrow Ətraflı
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı like
  • 23 İyn 15:21  
Digərləri Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı

Tanınmış həkim-kosmetoloq Elnarə Canlının rəhbərlik etdiyi kosmetoloji

arrow Ətraflı
XİN Suriyaya başsağlığı verdi like
  • 23 İyn 15:12  
Siyasət XİN Suriyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror

arrow Ətraflı
ABŞnin Suriyadakı bazasına hücum oldu like
  • 23 İyn 15:06  
Dünya ABŞnin Suriyadakı bazasına hücum oldu

ABŞ-nin Suriyanın şimal-şərqində Al Hasakah şəhərində yerləşən hər

arrow Ətraflı
İsrail Kirmanşaha zərbələr endirib like
  • 23 İyn 15:03  
Dünya İsrail Kirmanşaha zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hazırda İranın Kirmanşah

arrow Ətraflı
10cu sinif şagirdi vəfat etdi like
  • 23 İyn 14:54  
Digərləri 10cu sinif şagirdi vəfat etdi

Paytaxtın Suraxanı rayonundakı 282 nömrəli tam orta məktəbin 10-cu sinif

arrow Ətraflı
Bu həftə 4 gün iş olmayacaq like
  • 23 İyn 14:47  
Digərləri Bu həftə 4 gün iş olmayacaq

Azərbaycanda bu həftədən etibarən 4 günlük tətil başlayacaq.

arrow Ətraflı
Plastik əməliyyatlarının sayını açıqladı like
  • 23 İyn 14:41  
Şou-biznes Plastik əməliyyatlarının sayını açıqladı

Rəqqasə Fatimə Fətəliyeva etdirdiyi plastik əməliyyatlarından danışıb

arrow Ətraflı
İranla müharibə Azərbaycana təsir etdi – Bu məhsullar bazardan yoxa çıxır like
  • 23 İyn 14:27  
Digərləri İranla müharibə Azərbaycana təsir etdi – Bu məhsullar bazardan yoxa çıxır

İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana �

arrow Ətraflı
İran hücum hədəflərini genişləndirir like
  • 23 İyn 14:13  
Dünya İran hücum hədəflərini genişləndirir

Birləşmiş Ştatların son düşmənçilik hərəkətləri İran Silahlı Qüv

arrow Ətraflı
Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı like
  • 23 İyn 14:00  
Digərləri Bu meyvə şirələrini almayın! – Təhlükə aşkarlandı

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb

arrow Ətraflı