Botoksla bağlı sos: İflic əlamətləri ilə xəstəxanalıq oldular
Digərləri 22 İyn 2025 12:20:00 76 0
İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma problemi və görmə pozuntuları kimi ciddi nevroloji əlamətlərlə xəstəxanaya yerləşdirilib.
Bu xəbəri də oxu: “Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!” TƏKLİF
Son.az xəbər verir ki, mütəxəssislər bu halların ölümcül nəticələrə səbəb ola bilən botulizmlə əlaqəli ola biləcəyini bildirirlər. Lakin təhlükə düşündüyümüzdən də böyükdür.
Son illərdə estetik müdaxilələrə maraq bütün dünyada sürətlə artır. Bu çərçivədə botoks inyeksiyaları ən çox seçilən prosedurlar arasında yer alır. Üz cizgilərinin vurğulanması, qırışların azaldılması və yaşlanma təsirlərinin gecikdirilməsi məqsədilə geniş istifadə olunan botoks ümumilikdə təhlükəsiz hesab edilsə də, qeyri-peşəkar şəxslər tərəfindən tətbiq edildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilir.
İngiltərədə son günlərdə müşahidə olunan botoksla bağlı hadisələr bu tətbiqlərin potensial risklərini yenidən gündəmə gətirib. Xüsusilə ölkənin şimal bölgələrində, Durham və Darlinqtonda azı 14 nəfər botoks inyeksiyası sonrası ciddi nevroloji simptomlarla xəstəxanaya müraciət edib. Bu simptomlara göz qapağının düşməsi, ikili görmə, udqunma çətinliyi, dodaqlarda şişkinlik, peltek danışıq və keyimə daxildir.
Hadisələrin ortaq nöqtəsi, estetik məqsədlə tətbiq olunan botoks inyeksiyalarından sonra yaranan simptomların nadir, lakin ciddi bir bakterial infeksiya olan botulizmlə əlaqələndirilməsidir. Bu xəstəlik sinir sisteminə təsir edərək əzələ iflicinə və həyati təhlükəyə səbəb ola bilir.
"Botulizm əlamətlərinə diqqət yetirilməlidir"
İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) hazırkı hallarda istifadə olunan məhsullarda hər hansı tanınmış çirklənmə aşkar edilmədiyini açıqlayıb. Lakin qurum son vaxtlar estetik əməliyyat etdirən şəxsləri ehtiyatlı olmağa və mümkün simptomlara qarşı diqqətli davranmağa çağırıb.
UKHSA-nın sağlamlığın qorunması üzrə məsləhətçisi doktor Coann Darke bildirib:
"Botulizm nadir görülən bir infeksiyadır, lakin çox ciddi nəticələrə səbəb ola bilər. Bu vəziyyət Clostridium botulinum bakteriyasının istehsal etdiyi toksinlərlə yaranır. Həmin toksin, 'Botoks' və ona bənzər məhsulların da əsas təsiredici maddəsidir".
Dr. Darke müalicələrin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yalnız lisenziyalı və təcrübəli şəxslərə müraciət olunmasının vacibliyini vurğulayıb.
Hadisələrin ictimailəşməsindən sonra botoks məhsulunun istehsalçısı olan "Allergan Aesthetics" də məsələ ilə bağlı açıqlama verib. Şirkət baş verənlərdən xəbərdar olduqlarını və yerli səhiyyə qurumları ilə birgə araşdırmalar apardıqlarını bəyan edib. Şirkətin açıqlamasında qeyd olunub:
İsrail Hərbi Hava Qüvvələri İranın qərb bölgəsində yerləşən hərbi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İranın qərbind�

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası sabah �

ABŞ Hərbi Hava Qüvvələrinin bu gün İranın Fordo, Natanz və İsfahandak�

Türkiyəli aktrisa Pelin Uluksar yeni sevgilisi ilə görüntülənib.

Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.

ABŞ-ın İran ərazisinə endirdiyi hərbi zərbələr beynəlxalq hüquq və B

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında ü

"ABŞ-ın İrana endirdiyi zərbələrdən sonra İrandan yeni raket atış

Son zamanlar falçı, ekstasenslər yanına gedənlərin sayı artıb. Hətta fa

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il iyunun 22-də dövl�

ABŞ-nin İsfahan, Nətənz və Fordo şəhərlərində yerləşən İranın mü

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə
