Yerli şirkətlərin sərgisi başa çatıb
Digərləri 21 İyn 2025 17:35:00 87 0
18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" başa çatıb.
Bu xəbəri də oxu: Sürücülərin nəzərinə! Bu xidmət bahalaşdı VİDEO
"Yerli şirkətlərin tanıtım sərgisi" artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Sərginin məqsədi yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı əməkdaşlığı təşviq etməkdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.
Builki sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Dörd gün ərzində sərgiyə 30 mindən çox ziyarətçi qatılıb. Mikro və kiçik sahibkarların iri şirkətlərin təchizat zəncirində iştirakının artırılması məqsədilə sərgi çərçivəsində KOB-ların 10-a yaxın iri şirkətlə "B2B" görüşləri təşkil olunub.
KOB-ların ixrac imkanlarının artırılmasına dəstək üçün sərgidə bir sıra xarici ölkələrin ticarət palatalarının və müvafiq təşkilatların iştirakı təmin edilib. KOB-lara dəstək məqsədilə builki sərgidə də ödənişsiz stend ayrılıb. "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilən sərginin bu ilki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) olub.
Tanınmış pedaqoq, əməkdar müəllim Cahangir İbrahimov vəfat edib.

Məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsait

Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə təbrik məktubu �

Abşeron rayonunda qaçırıldığı iddia olunan 17 yaşlı Nəzrin Babayeva vi

Aparıcı Zaur Baxşəliyev şair Nazilə Səfərliyə söz atıb.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respu

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana quru qoşunları ilə müdaxilə

"Real FM" radiosunda yayımlanan "Yoxsa" verilişinin budəf

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu

Prezident İlham Əliyevin islamofobiyaya qarşı mübarizə üzrə beynəlxalq

Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi m

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən klassik bale

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadı

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "�

ABŞ Prezidenti Donald Tramp İsraillə gərginlik fonunda Çin tərəfindən İ
