Bakı Avrasiyanın nəqliyyat "qəlbi"nə çevrilir


Siyasət 21 İyn 2025 13:00:00 86 0

Bakı Avrasiyanın nəqliyyat "qəlbi"nə çevrilir

Köhnə dünya nizamı geosiyasi ziddiyyətlərin ağırlığı altında çökməyə doğru gedərkən, Avrasiyanın yeni konturu formalaşır - praqmatik, texnokratik və dayanıqlı.

Bu konturda Azərbaycan artıq sadəcə tranzit nöqtəsi deyil: o, XXI əsrin Böyük İpək Yolunun logistik, enerji və siyasi-iqtisadi arxitekturasının dayaqlı qovşağı, ayrılmaz tərkib hissəsidir.

Bakı və Pekin bunu sadəcə bəyanatlarla yox, iki ölkə arasında qarşılıqlı münasibətlərin mahiyyətini dəyişdirən konkret sazişlərlə təsdiqlədilər. Hadisələrin mərkəzində may və iyun aylarında imzalanmış iki sənəd dayanır: "Kəmər və Yol" təşəbbüsü çərçivəsində yenilənmiş əməkdaşlıq planı və beynəlxalq multimodal daşımalar haqqında saziş.

Sənədlərdiplomatik etiketə xidmət edən niyyət bəyanatları deyil. Onlar Azərbaycanın və Çinin sinxron və institusional şəkildə birləşməsini hüquqi baxımdan rəsmiləşdirən yol xəritələri və əməli mexanizmlərdir. Üstəlik, bu əlaqələr müstəqillik yox, maraqların ölçülüb-biçilmiş simmetriyası məntiqinə əsaslanır. Bakı artıq uzun müddətdir "tranzit ərazi" kompleksindən azad olub.

Bu gün söhbət Azərbaycanın Çin tərəfindən qurulan strateji infrastruktur matrisinə tam inteqrasiyasından gedir. Söhbət sadəcə keçid məntəqəsi olmaqdan yox, nəqliyyat-logistika proseslərinin, rəqəmsal, maliyyə və istehsal zəncirləri ilə əlaqəli əməliyyatların bərabərhüquqlu iştirakçısı olmaqdan gedir. İki ölkə arasında imzalanmış Fəaliyyət Planı təkcə mal dövriyyəsini yox, birgə istehsal, enerji və rəqəmsal platformaların yaradılmasını nəzərdə tutur. Azərbaycan "Kəmər və Yol" təşəbbüsünün texnoloji ekosisteminin bir hissəsinə çevrilir və bu çərçivədə Çinin institusional təcrübəsinə, investisiya resurslarına və yeni nəsil logistik arxitekturasına çıxış əldə edir.

Planın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, bu da layihənin dövlət prioriteti olduğunu və Bakı ilə Pekin arasında yüksək səviyyəli qarşılıqlı etimadı təsdiqləyir: Çin dialoqu birbaşa sistemli institutlarla aparır. İkinci əsas addım - 2025-ci ilin iyun ayında imzalanmış multimodal daşımalar haqqında Saziş - ilk dəfə olaraq Azərbaycanın ərazisindən keçən tranzit üçün vahid hüquqi, texniki və rəqəmsal standartlar müəyyən edir.

Məzkur sənəd elektron yük sənədləri, təhlükəsizlik standartları və məlumatların işlənməsi kimi sahələri əhatə edir və nəticədə Çinlə Xəzər regionu arasındakı yük çatdırılma müddətini 7 - 9 günə qədər endirir - bu, iki il əvvəlkindən təxminən iki dəfə sürətlidir. Artıq nəticələr hiss olunur: 2025-ci ilin birinci rübündə konteyner dövriyyəsi 42,3 faiz artaraq "Kəmər və Yol" marşrutları arasında mütləq rekord göstərdi. Qazaxıstan, Xəzər, Azərbaycan və Avropaya doğru davam edən Orta dəhliz artıq təkcə marşrut deyil, yeni Avrasiya iqtisadiyyatının əsas arteriyasına çevrilir.

Lakin Bakı və Pekin arasında strateji tərəfdaşlıq çoxdan logistik çərçivəni aşmışdır.

2025-ci ilin mayında "PowerChina" korporasiyası Cəbrayıl rayonunda gücü 500 meqavat olan günəş elektrik stansiyasının tikintisində iştirakını təsdiqlədi. Layihənin icrasına 2025-ci ilin avqustunda başlanacaq və bu, Azərbaycanın "yaşıl" enerji keçidinin flaqmanına çevriləcək.

Paralel olaraq, CNPC SOCAR ilə qaz emalının modernləşdirilməsi və Avropaya hidrogen ixracı perspektivləri barədə danışıqlar aparır. Bu təkcə ixrac deyil, artmaqda olan Avropa tələbatı fonunda dayanıqlı "təmiz enerji" marşrutlarının qurulması cəhdidir. Bütün bu proseslər Azərbaycanın may ayında təsdiq olunmuş yeni enerji strategiyasına daxil edilib.

Strategiya dayanıqlı infrastrukturun, şaxələndirilmiş təchizatların və Şərq-Qərb balansının sintezinə əsaslanır - məqsəd ölkənin sadəcə körpü yox, dəyişkən dünyada enerji mərkəzinə çevrilməsidir. Marşrutların dəyişməsi təkcə logistik optimallaşdırmanın deyil, siyasi dəyişikliklərin nəticəsidir.

2024-cü ildən sonra Çin ilə Qərb arasında sanksiya qarşıdurması yeni fazaya keçdi və Pekin Avropaya Rusiya ərazisindən yan keçən alternativ yollar axtarmağa başladı. Məhz Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan və oradan Avropaya uzanan Orta dəhliz indi alternativ deyil, yeni norma kimi qəbul edilir. Çin üçün bu, risklərin azaldılması və təchizat sabitliyinin təmin edilməsidir. Azərbaycan üçünsə bu, coğrafiya, infrastruktur və suveren siyasətin təsir formuluna çevrildiyi strateji güclənmə anıdır.

Bu gün Azərbaycan artıq "tranzit ölkə" deyil, yeni Avrasiya əlaqəliliyinin memarıdır. O, ittifaqları asılılıq üzərində deyil, praqmatik balans, hüquqi dəqiqlik və siyasi neytrallıq əsasında qurur. Pekin bunu anlayır və Bakı ilə ikinci dərəcəli tərəfdaş kimi deyil, öz qlobal layihəsinin tamhüquqlu elementi kimi işləyir.

Məhz bu, münasibətlərin yeni mərhələsinin əsl dəyərini təşkil edir: Azərbaycan Avrasiyanın geoiqtisadi transformasiyasının obyekti deyil, subyektinə çevrilir. Bakı dəyişikliklərin episentrindədir: Azərbaycan Avrasiyanın yeni geoiqtisadiyyatını formalaşdırır. Rəqəmlər yalan danışmır, əksinə, tendensiyaları təsdiqləyir. Beynəlxalq Dəmir Yolları İttifaqının məlumatına görə, 2024-cü ildə Orta dəhliz üzrə yükdaşımaların həcmi 552 min TEU təşkil edib.

2025-ci il üzrə proqnoz isə 730 min TEU-dur. Diqqətəlayiq haldır ki, bu yük axınlarının 63 faizdən çoxu Azərbaycanın ərazisindən keçir. Bu, sadəcə logistika deyil. Bu, Azərbaycanın əsas Avrasiya qovşağı, Şərqlə Qərb arasında vasitəçi kimi rolunun tanınmasıdır. Eyni zamanda isə bu, Türkiyə, Rusiya və Aİ də daxil olmaqla, artan maraqların, rəqabətin və təzyiqlərin göstəricisidir. Marşrutların siyasi bəyanata çevrildiyi, konteynerlərin isə strateji təsir alətinə dönməyə başladığı bir dünyada Azərbaycan artıq qlobal layihələrin obyekti deyil, onların həmmüəllifi və operatoruna çevrilir.

"Kəmər və Yol" təşəbbüsü Bakı üçün artıq Çin layihəsi deyil: bu, Azərbaycanın bərabər hüquqlu memar olduğu birgə platformaya çevrilir. 2025-ci ilin aprel-iyun aylarında Bakı və Pekin arasında imzalanmış əməkdaşlıq planı və multimodal daşımalar sazişi dünya tərəfindən birmənalı qarşılanmadı.

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu iyunun 3-də Azərbaycanla dəmir yolu əlaqələrinin genişləndirilməsi və perspektivli Zəngəzur dəhlizinə qoşulma niyyətini elan etdi.

Beləliklə, Ankara - Bakı - Pekin strateji üçbucağı yaranır - bu format Avrasiya qitəsində oyunun qaydalarını radikal şəkildə dəyişə bilər. Amma Moskva və Tehran narahatdır. İranın XİN-i iyunun 5-də yeni marşrutların guya "regional tranzit sabitliyini pozduğunu" bəyan etdi.

Rusiya isə sözlə kifayətlənmədi, əmələ keçdi: RF XİN-in rəsmi bəyanatında "Şimal - Cənub" dəhlizində "prioritetlərin yenidən nəzərdən keçirildiyi" bildirildi - bu isə faktiki olaraq Cənubi Qafqaz üzərində əvvəlki nəzarətin itirilməsinin etirafıdır. 2025-ci il aprelin 23-də Pekində Azərbaycan və Çin arasında əməkdaşlıq planı və ona əlavə olaraq multimodal daşımalar haqqında saziş imzalanıb. Bu sənədlər təkcə rəmzi akt və ya logistika protokolu deyil, yeni Avrasiya infrastrukturunun memarlıq eskizlərinə çevrilib. Dünya etiraf etdi: Azərbaycanı kənarda qoymaq artıq mümkün deyil.

Bakı olmadan alternativ marşrutlar qurmaq cəhdləri uğursuzluğa məhkumdur. Tranzitin geosiyasi xəritəsi yenidən cızıldı və onun mərkəzi Xəzərdə yerləşir. Müasir Avrasiya əməkdaşlığının məntiqi formal rolları qəbul etmir. Azərbaycan artıq "yoldan keçən" deyil - o, trayektoriyanı və ritmi özü müəyyən edir. Bakı müşahidəçi rolundan çıxıb, koordinasiya funksiyasını icra edir.

Bu, konkret infrastruktur addımlarında əks olunur: ölkənin əsas daxili qovşaqları əsasında multimodal mərkəzlərin tikintisinə başlanıb, Bakı limanı genişləndirilir və miqyaslandırılır, Ələt nəqliyyat qovşağı modernləşdirilərək iri logistik və yükləmə mərkəzinə çevrilir, ixtisaslaşmış yük hava limanının yaradılması planlaşdırılır, yük axınlarının izlənməsi və idarə olunması üçün blokçeyn texnologiyaları daxil olmaqla rəqəmsal həllər tətbiq edilir. Bu transformasiya sadəcə "dəmir" və asfaltla məhdudlaşmır. Azərbaycan yeni tipli infrastruktur qurur - idarəolunan, avtomatlaşdırılmış və texnoloji suveren.

Burada nəqliyyat, rəqəmsallıq və siyasət birləşir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının məlumatları baş verən proseslərin miqyasını təsdiqləyir. 2025-ci ilin birinci rübündə limanın yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıb. Bütün konteynerlərin 71 faizi Çindən gəlib. Bu o deməkdir ki, Azərbaycan artıq təkcə çatdırılma zəncirinin halqası deyil, Şərqlə Qərb arasında bütün logistik sistemin idarəetmə qovşağına çevrilib. Bakı təkcə malın hərəkət etdiyi marşrutu deyil, həm də ona çıxış şərtlərini, hərəkət ritmini və hətta tranzit dəyərini müəyyən edir. Bu isə infrastrukturun xidmət funksiyası olmaqdan çıxaraq siyasi alətə çevrildiyi strateji təsir səviyyəsidir.

Maliyyə axınları labüd şəkildə marşrutları izləyir. Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AIIB) Azərbaycanla Çin arasında imzalanmış sazişlərə demək olar ki, dərhal reaksiya verdi. Artıq 24 aprel tarixində bank Azərbaycanın logistik infrastrukturunun inkişafı üçün 1,2 milyard ABŞ dollarına qədər vəsait ayırmaq qərarını elan etdi.

İnvestisiyalar Yevlax və Gəncədə yeni yükləmə-stansiyalarının tikintisinə, logistik proseslərin rəqəmsallaşdırılmasına və ən əsası, Azərbaycanın "Rəqəmsal İpək Yolu"na inteqrasiyasına yönəldiləcək. Burada söhbət texniki iştirakdan yox, Bakı şəhərinin bu sistemin koordinasiya mərkəzinə çevrilməsindən gedir.

Məhz bu fərq həlledicidir. Məqsəd Azərbaycanın xarici qərarlardan asılı olmadan, Asiya ilə Avropa arasında rəqəmsal ticarətin qaydalarını və parametrlərini özü müəyyən etməsidir. Kaspiy, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən Orta dəhliz praktikada Rusiyadan keçən ənənəvi marşrutları kənarda qoyur - bu isə siyasi dəbə görə deyil, obyektiv səbəblərlə baş verir: bu yol daha sürətli, daha ucuz və daha etibarlıdır. Əgər Çindən Avropaya yükün Rusiya vasitəsilə çatdırılması 27 gün çəkirsə, Azərbaycan üzərindən cəmi 10,4 günə başa gəlir. Demək olar ki, üçqat fərqdir. 40 futluq konteynerin Rusiya marşrutu ilə daşınması orta hesabla 4870 ABŞ dolları olduğu halda, Azərbaycan marşrutu üzrə bu rəqəm 3420 dollardır.

Bu, sadəcə qənaət deyil - bu, düşüncə məntiqinin köklü dəyişməsidir: hesab ideologiyanı üstələyir, sürət bəyanatları əvəz edir, infrastruktur isə siyasəti müəyyənləşdirir. Azərbaycan artıq sadəcə ərazi deyil. O, bir sistemə çevrilir. Avrasiyanın yeni tranzit konfiqurasiyası bu sistem üzərindən keçir və burada hər bir infrastruktur elementi maliyyə, rəqəmsal texnologiya və siyasi qərarlarla dəstəklənir. Sanksiya təzyiqi, hərbi risklər, informasiya müharibələri və qlobal etimadsızlıq şəraitində şüarlar yox, marşrutlar qalib gəlir. Qalib gələn isə - zəmanət, sürət və çeviklik təmin edən marşrutlardır.

23 aprel tarixində Çinlə imzalanmış sazişlər sadəcə formal sənədlər deyil - onlar regional və qlobal aktorlar üçün artıq çoxdan aydın olan bir həqiqəti rəsmiləşdirdi: Bakıdan iştirak istənilmir - Bakı ilə razılaşma aparılır.

Çünki Avrasiyanın yeni logistik arxitekturasında Azərbaycan tranzit yox, nəzarət nöqtəsidir. Dünya dəyişir və onun qaydaları da dəyişir.

Köhnə marşrutlar öz əhəmiyyətini itirir, əvvəlki ittifaqlar isə monopoliyalarını.

Yeni logistik və enerji rejimlərində öz yerini institusional şəkildə möhkəmləndirə bilənlər sadəcə diqqətçəkici olmur - onlar zəruri aktorlara çevrilir.

2025-ci ilin Azərbaycanı bu aktorlardan biridir.

Ölkəmiz artıq başqalarının yazdığı ssenarilərlə oynamır.

Bakı Avrasiyanın yeni kitabında fəsilləri özü yazır.

Elçin Alıoğlu TREND

 
Parlamentdə deputatlar arasında dava düşdü  FOTO like
  • 21 İyn 12:58  
Digərləri Parlamentdə deputatlar arasında dava düşdü FOTO

"Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu m�

arrow Ətraflı
İstirahət gününün hava proqnozu açıqlandı like
  • 21 İyn 12:55  
Digərləri İstirahət gününün hava proqnozu açıqlandı

İyunun 22-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı artırılır like
  • 21 İyn 12:52  
Digərləri Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı artırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

arrow Ətraflı
Tutduğu balıqla bir gecədə milyonçu oldu  FOTO like
  • 21 İyn 12:48  
Dünya Tutduğu balıqla bir gecədə milyonçu oldu FOTO

Hindistanın Odişa ştatında balıqçı kişi nadir rast gəlinən çox sayda

arrow Ətraflı
"Apple" Trampın bu tələbinə qarşı çıxdı like
  • 21 İyn 12:24  
Digərləri "Apple" Trampın bu tələbinə qarşı çıxdı

Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Appl

arrow Ətraflı
Bu şəxslər Şimali Makedoniyaya vizasız gedə biləcək like
  • 21 İyn 12:12  
Digərləri Bu şəxslər Şimali Makedoniyaya vizasız gedə biləcək

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasp

arrow Ətraflı
“Bu münaqişənin sona çatmasının yeganə yolu..." like
  • 21 İyn 12:00  
Dünya “Bu münaqişənin sona çatmasının yeganə yolu..."

Rusiya ilə Ukrayna arasındakı münaqişənin sona çatmasının yeganə yolu

arrow Ətraflı
Türkiyəda ardarda zəlzələ baş verdi like
  • 21 İyn 11:49  
Digərləri Türkiyəda ardarda zəlzələ baş verdi

Türkiyənin Samsun və Bodrum bölgəsində, arada kiçik fasilə ilə 3.5 güc

arrow Ətraflı
SEPAHın daha bir komandiri yatdığı yerdə öldürüldü like
  • 21 İyn 11:48  
Dünya SEPAHın daha bir komandiri yatdığı yerdə öldürüldü

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələsti

arrow Ətraflı
Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun uğur hekayəsi  VİDEO like
  • 21 İyn 11:40  
Digərləri Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun uğur hekayəsi VİDEO

Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun anası ilə müs

arrow Ətraflı
Yol kənarında meyvətərəvəz satanlar cərimələnəcək like
  • 21 İyn 11:24  
Digərləri Yol kənarında meyvətərəvəz satanlar cərimələnəcək

Sumqayıtda piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan s�

arrow Ətraflı
Ümumdünya Musiqi Günü münasibətilə DOST Mərkəzində musiqili təqdimat hazırlanıb like
  • 21 İyn 11:23  
Kriminal Ümumdünya Musiqi Günü münasibətilə DOST Mərkəzində musiqili təqdimat hazırlanıb

21 İyun - Ümumdünya Musiqi Günü münasibətilə DOST İnklüziv İnkişaf v

arrow Ətraflı
Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir like
  • 21 İyn 11:22  
Digərləri Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir

Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhad�

arrow Ətraflı
"Face Studio"ların rəhbəri keçmiş arvadından azyaşlı övladını alır  İDDİA like
  • 21 İyn 11:20  
Digərləri "Face Studio"ların rəhbəri keçmiş arvadından azyaşlı övladını alır İDDİA

"Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlərin

arrow Ətraflı