Müharibəyə ABŞ və Çin də daxil ola bilər
Siyasət 20 İyn 2025 11:55:00 61 0
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə ya İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə qoşula bilər, ya da problemin həlli üçün başqa yol seçə bilər.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev UFCnin prezidentini qəbul edib FOTO
O, bu barədə jurnalistlərə açıqlamasında bildirib:
"Siz mənim nə edəcəyimi bilmirsiniz. Bəlkə mən bunu edəcəm, bəlkə də yox".
Tramp vəziyyətin yaxın zamanda daha aydın olacağını vurğulayıb: "Növbəti həftə çox vacib olacaq". Davam edən İran- İsrail hərbi qarşıdurması fonunda ən çox maraq yaradan sual ABŞ-nin ortaya qoyacağı ritorika ilə bağlıdır. Bu, döyüşlərin perspektivi baxımından ən vacib məqamdır.
Vaşinqtonun bir neçə variantı olduğu halda Ağ Evin bu alternativlərdən hansını seçəcək?
Son.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov açıqlama verib:
"Məsələ burasındadır ki, İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi. Amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi. Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər.
İndi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir. Yeri gəlmişkən, qeyd edək ki, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı. Ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi. Daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi.
Proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi. Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var".
O qeyd edib ki, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də "B" variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək:
"Əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.
Müəyyən müddətdən sonra ABŞ-nin İsrailə açıq dəstək verməsi mümkündür. Amma Tramp əvvəlcə mümkün riskləri nəzərə almalıdır. Məsələ burasındadır ki, ABŞ-nin İsrailə dəstəyi Çinin də İrana hərbi yardımı ilə nəticələnəcək. Bu isə supergüclər arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər".
Aysel Əkbər Son.az
Tehranda ali rəhbər Əli Xameneinin bunkerinin yerləşə biləcəyi ərazidə

Rusiya Federasiyasının Şimali Osetiya Muxtar Respublikasında ağır yol qəz

"TTQ GRUP" MMC-nin direktoru, "Füzuli" futbol klubunun prez

Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, Təbrizdəki konsullu

Türkiyədə azərbaycanlı barmen qətl törədib.

İsrailin son iyirmi ilin ən böyük hərbi əməliyyatına start verməsindən

İsrailin Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən İsfahan �

Tovuz sakinləri mövsümü meyvələrdən qışa tədarük görmək istəsələ

İyun ayı bitməyə yaxınlaşdıqca bəzi bürclər üçün maliyyə baxımın

Qubadlıda insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarl

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkist

Biləsuvar rayonu və kəndlərində artıq bir müddətdir ki, yas mərasimlər

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova adını dəyişi

İsrail ilə İran arasında gərginlik artarkən Kremlin sözçüsü Dmitri Pes
