“Azərbaycan Rəqs Çempionatı”nın GRAND PRİX sahibi bəlli oldu FOTO
Kriminal 19 İyn 2025 21:36:00 99 0
Sərhədçi İdman Kompleksində "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə bir müsabiqə daha-"Azərbaycan Rəqs Çempionatı 2025" uğurla həyata keçirilib. Müsabiqəyə Bakı şəhərinin rəqs məktəblərindən, mədəniyyət evlərindən, respublikamızın regionlarından 50-ə yaxın rəqs kollektivi olmaqla 1000-dən çox iştitrakçı qatılıb. Azərbayaycan Rəqs Çempionatı 2025 müsabiqəsində iştirakçılar müxtəlif yaş qruplarına bölünərək Gimnastik\Akrobatik rəqs, Cheer dance, Estrada çıxışı, Para Dance, K-pop, Break dance, Hip-hop show, Show dance, Modern\Klassik, Bal rəqsinin stilizasiyası, Bollywood, Dünya Xalq Rəqsləri, Folklor Stilizasiyası, Folklor show növləri üzrə bir neçə hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər. Hər hissədə öz ixtisasında peşəkar olan, "Azərbaycan Rəqs Assosiasiyası"nın lisenziyalı 11 nəfərlik münsiflər heyətinin ədalətli dəyərləndirməsi nəticəsində iştirakçıların çıxışları qiymətləndirilib. İlk hissədə Günel Qasımlı, Nigar Əliyeva, Natəvan Əliyeva, ikinci hissədə Ətir İbrahimova, Lalə Hacıyeva, Dilarə Mürsəlova, Zəvvar Kərimov və Aslan Neymətov, üçüncü hissədə isə Cabir Rzayev, Ülviyyə Həsənova, Fərid İbrahimov münsif qismində əyləşiblər. İllərdir, təşkil olunan bu uğurlu layihələrin rəhbəri olan "Azərbaycan Rəqs Assosasiyası"nın prezidenti Əziz Əzizov müsabiqənin əhəmiyyəti barədə vurğulayıb: Məqsədimiz rəqs incəsənəti üzrə çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. İnanıram ki, bütün uşaqlar istedadlıdır və biz onlara yalnız özlərini ifadə etmək imkanı veririk. Keçiriləcək bu və digər bütün müsabiqələrdə yarışan hər bir iştirakçılara uğurlar diləyirəm". Mükafatlandırmada "Azərbaycan Gənclər İttifaqı"nın sədri Zakir Əliyev isə qaliblərin mükafatını təqdim edib və bildirib: "Bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm. Onlar bizim gələcəyimizdir və əminəm ki, ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər". Qeyd etmək lazımdır ki, müsabiqədə ən çox qalibiyyəti "Qaval", "Ümid" və "Gracia" rəqs ansamblları əldə edib, müsabiqənin sonuna qədər böyük rəqabət davam edib. Sonda isə 8 fərqli nominasiya üzrə qalibiyyətlə bədii rəhbəri Nigar Əliyeva olan "Gracia" rəqs ansamblı Grand Prix sahibi olub. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Bu xəbəri də oxu: Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana hökm oxundu
İran-İsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkə

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

"Ermənistanda saxlanılan Rusiya vətəndaşı, biznesmen Samvel Karapetya

"Hər hansı bir fənn üzrə imtahan nəticələrinin aşağı olmasının

Evdə milçək və böcək problemləri ilə mübarizə apararkən kimyəvi spre

Bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 10 milyon 363 min 108,

Nigar cazibədar görünüşü ilə göz qamaşdırdı

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşl�

Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosia

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 24-də bütün müavinət,
