Bu fənn üzrə ya tədrisin səviyyəsi aşağıdır, ya da imtahan sualları çətindir Təhsil eksperti
Digərləri 19 İyn 2025 20:19:00 88 0
"Hər hansı bir fənn üzrə imtahan nəticələrinin aşağı olmasının iki səbəbi ola bilər. Ya ümumilikdə tədrisin səviyyəsi aşağıdır, ya da həmin fənn üzrə imtahan suallarının çətinliyidir".
Bu xəbəri də oxu: Bu meyvənin qabığını zibilə atmayın
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin "Riyaziyyat fənni üzrə nəticələr aşağıdır" fikrinə münasibət bildirərkən dedi.
"Mən doğrudan da hansı səbəblərdən riyaziyyat fənninin bu iki səbəbdən hansının təsir göstərərək nəticələrin aşağı olduğunu deyə bilmərəm. Yəni, ümumilikdə riyazi biliklər həm də məntiqi düşüncə təfəkkürünün formalaşması deməkdir. O baxımdan mən imtahan verən gənclərimizin riyaziyyat fənnini müəyyən səviyyədə bilməsinin tərəfdarıyam.
Fikirləşirəm ki, insanlarımız nə qədər riyazi biliklərə malik olsalar, bu, onların hansı sahədə çalışmasından asılı olmayaraq onlar üçün faydalıdır. Təsadüfi deyildir ki, həmişə riyaziyyat elmlərin şahı hesab olunub. Yəni, riyaziyyatı bilən adamın məntiqi və analitik təfəkkürü güclüdür. Onun eyni zamanda çevik qərarlar qəbul etmək imkanları kifayət qədər geniş olur", - deyə o əlavə etdi.
Ekspert hesab edir ki, riyaziyyat fənni üzrə tədris gücləndirilməlidir.
"Təbii ki, elə ixtisaslar var ki, onlar birbaşa riyaziyyat fənni ilə bağlı olurlar. O fənn üzrə əsas ixtisas fənni riyaziyyat olan ixtisaslarda oxumaq istəyən tələbələrin xüsusilə daha dərinləşmiş biliklərə malik olmasını faydalı hesab edirəm. Ona qoyulan tələblərin də eyni zamanda sərt olmasını düzgün hesab edirəm.
Fikirləşirəm ki, əsas fənni riyaziyyat olan ixtisaslarda daha dərinləşmiş biliklərə ehtiyac var. Amma digər ixtisaslar üzrə də qeyd etdiyim kimi, dediyim məqamlar nəzərə alınaraq hesab edirəm ki, nə qədər biliyə malik olsalar və nə qədər ətraflı biliklərə sahib olsalar, bu, onların gələcəyi üçün faydalıdır.
Amma imtahan nəticələrində vəziyyət niyə aşağıdır? Yəni qeyd etmək istəyirəm ki, bunun araşdırılmağa ehtiyacı var. O datalar mənim əlimdə olmadığı üçün dəqiq səbəbi izah edə bilmərəm", - deyə İlqar Orucov qeyd etdi.
Evdə milçək və böcək problemləri ilə mübarizə apararkən kimyəvi spre

Bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 10 milyon 363 min 108,

Nigar cazibədar görünüşü ilə göz qamaşdırdı

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin

Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşl�

Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosia

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 24-də bütün müavinət,

Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Horta Azərbayca

Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, S

Mozambikli sosial media fenomeni Ana Barbara Buhr Buldrini İstanbuldakı özəl

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasın�

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikas�

Soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri v
