Yay ayları başlayıb, bəs hava niyə hələ də sərin keçir? AÇIQLAMA
Digərləri 19 İyn 2025 12:45:00 61 0
Son bir neçə ildə ölkədə yay mövsümünün ilk ayında hava şəraiti nisbətən sərin keçir. Statistik məlumatlar da bunu təsdiqləyir. Bu il iyun ayında temperator 32 dərəcədən yuxarı qalxmayıb.
Bəs buna səbəb nədir?
Mövzu ilə bağlı Son.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.
O bildirib ki, buna səbəb ay ərzində xəzri küləyinin güclənməsidir. Şimal-qərb küləyinin güclənməsi havanın temperaturunun aşağı enməsi müşahidə olundu ki, bu da bir qədər havada sərinlik effekti yaratdı. Havada müşahidə olunan dəyişikliklər ətraf mühitə də təsir edir.
İqlimşünas mütəxəssis Fəridə Talıbovanın sözlərinə görə, bu məsələ iqlim dəyişiklikləri ilə əlaqədardır. Bu istiləşmə deyil. Sadəcə onun növlərindən biridir. Yəni bunlar ara-ara müşahidə olunan hadisədir. Bunun səbəbi atmosfer dövranı, lokal iqlim dəyişmələri ola bilər, eyni zamanda şimaldan gələn meridanal hava kütlələri də bunun səbəblərindən biri hesab edilə bilər.
Qeyd edək ki, iyun ayının 20-sindən mülayim cənub küləkləri müşahidə ediləcək. Havanın temperaturu günorta saatlarında 30-32 dərəcəyə yüksəlməsi gözlənilir.
Aysel Əkbər Son.az
İranın paytaxtı Tehranda MOSSAD-a məxsus baza aşkarlanıb.

Gürcüstanın İsraildəki səfirliyinin yerləşdiyi binanın yaxınlığına

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhə

Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika

Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üç

Bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa

Bakının Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmər

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Dünyanın hərbi balansında "var, amma istifadə olunmur" prinsipi i

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hüc
