İşdən çıxarılan müəllim 271 minə yaxın pul “atıb” Həbs olundu


Digərləri 17 İyn 2025 19:12:00 72 0

İşdən çıxarılan müəllim 271 minə yaxın pul “atıb”  Həbs olundu

Külli miqdarda dələduzluqda ittiham edilən riyaziyyat müəlliminə hökm oxunub.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Aqşin Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, 51 yaşlı A.Həsənov 1995-1999-cu illərdə Lənkəran Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb. 1999-2012-ci illərdə Lerik rayonu M.Qasımov adına Bibiyonu kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində müəllim işləyib. O, həmin vaxt müəllim yoldaşına xeyli pul "atdığına" görə işdən çıxarılıb və məhkəmə tərəfindən cərimə cəzasına məhkum edilib.

Azadlıqda qalan müəllim bundan sonra da oxşar əməllərinə davam edib. Belə ki, o özünü təhsil sistemində sözükeçən şəxs kimi tanıdıb və bir sıra vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyərək ali məktəblərə qanunsuz tələbə qəbulu və müəllim kimi işə düzəltmə imkanlarının olduğuna inandırıb.

Bu yolla o, Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə düzəldəcəyi abituriyentin valideynindən 74 900, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin yaxınından 70 000, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8000, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verdiyi şəxsdən 25000, İqtisadiyyat Universitetinin Kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini dediyin gəncin valideynindən 40 000, Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəllimi vəzifəsinə köçürəcəyini dediyi qadından 14 000, Sumqayıtda yerləşən orta məktəblərin birinə fizika müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi digər qadından 24 000, həyat yoldaşını Bakıda yerləşən orta məktəblərin birinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi kişidən isə 15 000 manat alaraq dələduzluq edib.

A. Həsənov qeyd edilən şəxslərin heç birinə verdiyi vədə əməl etməyərək 271 min pulun böyük hissəsini ələ keçirib.

Məsələ ilə bağlı müxtəlif şəxslər hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, aldığı pulların bir hissəsini geri qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Həsənova 7 il həbs cəzası verilib.

CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı oldu  VİDEO  FOTO like
  • 17 İyn 18:58  
Digərləri CELT Tədris və İnkişaf Mərkəzinin hazırladığı kitabın təqdimatı oldu VİDEO FOTO

Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmı

arrow Ətraflı
İranın İsrailə yeni raket hücumu başladı like
  • 17 İyn 18:48  
Dünya İranın İsrailə yeni raket hücumu başladı

İranın İsrailə yeni raket hücumu başlayıb.

arrow Ətraflı
Binəqədi yolunda ağır tıxac var  Avtobuslar ləngiyir like
  • 17 İyn 18:48  
Digərləri Binəqədi yolunda ağır tıxac var Avtobuslar ləngiyir

Bakıda 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobu

arrow Ətraflı
Zehni yorğunluğu azaldır  Dənəsi 70 qəpikdən satılır like
  • 17 İyn 18:40  
Digərləri Zehni yorğunluğu azaldır Dənəsi 70 qəpikdən satılır

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer

arrow Ətraflı
İran sərhədini keçən Azərbaycan vətəndaşlarının sayı açıqlandı like
  • 17 İyn 18:30  
Digərləri İran sərhədini keçən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsr

arrow Ətraflı
Ana qızını öldürübmüş  Azərbaycanda dəhşətli cinayətin üstü 23 il sonra açıldı like
  • 17 İyn 18:20  
Digərləri Ana qızını öldürübmüş Azərbaycanda dəhşətli cinayətin üstü 23 il sonra açıldı

23 il əvvəl baş verən dəhşətli cinayət hadisəsinin üstü açılıb.

arrow Ətraflı
Kəmaləddin Heydərov onu rəis təyin etdi like
  • 17 İyn 18:09  
Digərləri Kəmaləddin Heydərov onu rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin

arrow Ətraflı
Bu da Aşıq Əlinin heç kimin görmədiyi övladları like
  • 17 İyn 18:00  
Şou-biznes Bu da Aşıq Əlinin heç kimin görmədiyi övladları

Aşıq Əli Tapdıqoğlunun övladlarının ilk dəfə görüntüləri nümayi�

arrow Ətraflı
Azərbaycanda bir ildə 73 min abort...  Cəzalar sərtləşdirilir like
  • 17 İyn 17:50  
Digərləri Azərbaycanda bir ildə 73 min abort... Cəzalar sərtləşdirilir

Təkcə 2024-cü il ərzində ölkədə təxminən 73 min abort faktı qeydə al

arrow Ətraflı
Elektrik və su xərclərinə son – Paltaryuyanda bu düymə ilə.... like
  • 17 İyn 17:41  
Digərləri Elektrik və su xərclərinə son – Paltaryuyanda bu düymə ilə....

Paltaryuyan maşın istifadəçilərinin çoxu bu sadə, amma effektiv funksiyad

arrow Ətraflı
Bakıda ilin rəqs tədbirləri keçiriləcək WADF World Championships & World Cups 2025 – like
  • 17 İyn 17:33  
Kriminal Bakıda ilin rəqs tədbirləri keçiriləcək WADF World Championships & World Cups 2025 –

5-7 sentyabr tarixlərində Bakı şəhərində ilin ən çox gözlənilən rəq

arrow Ətraflı
Niyaməddin Musayevin qızı ilk dəfə efirdə  kövrək anlar like
  • 17 İyn 17:29  
Şou-biznes Niyaməddin Musayevin qızı ilk dəfə efirdə kövrək anlar

Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilk dəfə efirə qoşulub.

arrow Ətraflı
Bakının bəzi ərazilərində qaz olmayacaq like
  • 17 İyn 17:10  
Digərləri Bakının bəzi ərazilərində qaz olmayacaq

Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkə

arrow Ətraflı
"İsrailin hədəfində daha bir neçə alim var" like
  • 17 İyn 17:05  
Dünya "İsrailin hədəfində daha bir neçə alim var"

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əmə

arrow Ətraflı
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq like
  • 17 İyn 17:00  
Digərləri Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqəd

arrow Ətraflı