Avtomobillər isti mövsümə belə hazırlanmalı


Digərləri 09 İyn 2025 18:28:00 78 0

Avtomobillər isti mövsümə belə hazırlanmalı

Havalar getdikcə isinməkdədir və bu, avtomobil sahiblərindən daha çox diqqət tələb edir. Mütəxəssislər sürücülərə isti hava şəraitində nəqliyyat vasitələrinə xüsusi qayğı göstərməyi tövsiyə edirlər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, autonews.ru portalı mütəxəssislərlə danışaraq yay fəslində avtomobilin təhlükəsiz və funksional qalması üçün vacib tövsiyələri təqdim edib.

Soyutma sistemini yoxlayın

Yay mövsümünə başlamazdan əvvəl kondisioner və soyutma sistemləri mütləq texniki baxışdan keçirilməlidir. Radiatorun aralıqları çirk və tozla tıxanarsa, havanın dövranı pozular və salonun sərinlədilməsi çətinləşər.

Əyləc sisteminə diqqət yetirin

İsti havalarda əyləclər daha tez qızır və bu, onların səmərəliliyini azaldır. Bu səbəbdən, əyləc sisteminə profilaktik baxış vacibdir.

Partlayıcı və yanıcı əşyaları maşında saxlamayın

Alışqan, qazlı içkilər, sprey və digər yanıcı maddələr isti havada təhlükə mənbəyinə çevrilə bilər. Günəş altında bu əşyalar partlaya və avtomobildə yanğına səbəb ola bilər.

Filtrləri yeniləyin

Yayda artan toz və digər çirkləndiricilər səbəbilə hava və salon filtrləri daha tez tıxanır. Ekspertlər bu filtr elementlərinin mövsüm başlamazdan əvvəl dəyişdirilməsini tövsiyə edirlər.

Avtomobilin xarici və daxili hissəsini qoruyun

Günəşin təsirindən avtomobilin lak örtüyü solur, salon elementləri isə deformasiya ola bilər. Bu riskləri azaltmaq üçün qoruyucu örtüklər, mum və ya keramika qoruyucularından istifadə edilməlidir.

Maşını kölgədə saxlayın

İsti günlərdə avtomobili kölgədə park etmək, eyni zamanda günəşə qarşı qoruyucu ekranlardan istifadə etmək daxili temperaturun artmasının qarşısını alır və avtomobilə dəyən ziyanı azaldır.

Nəticə olaraq, yayda avtomobilin texniki və fiziki vəziyyətinə daha çox diqqət göstərmək vacibdir.

"Biz Putini ondan daha yaxşı tanıyırıq" like
  • 09 İyn 18:18  
Dünya "Biz Putini ondan daha yaxşı tanıyırıq"

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevin rəsmi şəxsləri

arrow Ətraflı
Qadın sərnişin DƏHŞƏT yaşatdı: taksinin şüşələrini daşla QIRDI  VİDEO like
  • 09 İyn 17:38  
Digərləri Qadın sərnişin DƏHŞƏT yaşatdı: taksinin şüşələrini daşla QIRDI VİDEO

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.

arrow Ətraflı
Bu müsəlman ölkəsi susuz qala bilər like
  • 09 İyn 17:24  
Dünya Bu müsəlman ölkəsi susuz qala bilər

Əfqanıstanın paytaxtı Kabil şəhəri 2030-cu ilə qədər susuz qala bilər

arrow Ətraflı
Sürücülərin DİQQƏTİNƏ: iyunun like
  • 09 İyn 17:19  
Digərləri Sürücülərin DİQQƏTİNƏ: iyunun

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

arrow Ətraflı
"Yarışmadan sonra bizə küçədə sataşırdılar" like
  • 09 İyn 17:09  
Şou-biznes "Yarışmadan sonra bizə küçədə sataşırdılar"

Avroviziya təmsilçilərimiz Tural və Turan qardaşları yarışmadan sonra on

arrow Ətraflı
Samirə Bağırovanın bu VİDEOsu müzakirələr yaratdı like
  • 09 İyn 16:54  
Digərləri Samirə Bağırovanın bu VİDEOsu müzakirələr yaratdı

Tanınmış psixoloq Samirə Bağırovanın görüntüsü diqqət çəkib.

arrow Ətraflı
Vüsalə tanınmış müğənni ilə elə rəqs etdi ki...  VİDEO like
  • 09 İyn 16:24  
Şou-biznes Vüsalə tanınmış müğənni ilə elə rəqs etdi ki... VİDEO

Aparıcı Vüsalə Əlizadə görüntüsü ilə gündəm olub.

arrow Ətraflı
“Opera Günləri” layihəsində “Şah İsmayıl” operası təqdim olunub  FOTO like
  • 09 İyn 16:23  
Kriminal “Opera Günləri” layihəsində “Şah İsmayıl” operası təqdim olunub FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "O

arrow Ətraflı
Kuklaçılar “DEMMENİFEST”də like
  • 09 İyn 16:10  
Kriminal Kuklaçılar “DEMMENİFEST”də

Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri 10-16 iyun tarixlərində Rus

arrow Ətraflı
Bir daha at belində görünməyəcək like
  • 09 İyn 15:59  
Dünya Bir daha at belində görünməyəcək

Böyük Britaniya kralı III Çarlz bundan sonra at belində hərbi paradlarda i

arrow Ətraflı
Tanınmış müğənni Nisə Qasımovanı "pul yağışı"na tutdu  VİDEO like
  • 09 İyn 15:44  
Şou-biznes Tanınmış müğənni Nisə Qasımovanı "pul yağışı"na tutdu VİDEO

Xalq artisti Nisə Qasımova məclislərin birində görüntülənib.

arrow Ətraflı
"Buna görə 20 milyard avro itirdik" like
  • 09 İyn 15:33  
Dünya "Buna görə 20 milyard avro itirdik"

Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı məhv edir. Sa

arrow Ətraflı