Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb"


Digərləri 05 İyn 2025 21:29:00 87 0

Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb"

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması Mikayıl Müşfiqin anadan olmasının 117-ci ildönümüdür. Müşfiq 30 yaşını tamamlamadan repressiya olunsa da, öz qısa həyatı boyunca poeziyamızın mövzu və üslubunu dəyişdirmiş, özündən sonrakı ədəbi nəsillərə mühüm təsir göstərmişdir. 

Son.az xəbər verir ki, Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə "Teleqraf"a müsahibə verib.

Həmin müsahibədən bəzi hissələri təqdim edirik:

- Leyla xanım, bu sualı cavablamaq sizin üçün nə qədər çətin olsa da, soruşmaq istəyirik. Deyilənə görə, ananızı həbs edəndə iki seçim qoyublar: ya həbs, ya Müşfiqdən boşanmaq. Bu haqda nəsə bilirsiniz?

- Bəli, deyəcəm. Ümmügülsümün xatirələrini oxumusunuzsa, xatırlayarsınız, orada da var. (Ümmügülsüm-şairə, Məmməd Əmin Rəsulzadənin əmisi qızı-red) Həbsdə əvvəlcə Dilbər xanımı ümumi kamerada saxlayıblar, sonra təkadamlıq kameraya keçiriblər. Xanım öz xatirələrində yazıb ki, kameradan Dilbərin səsini eşidirdik. Dilbər qışqırırdı ki, mən ölümə gedərəm, amma Müşfiqə yox demərəm. Yəni, həqiqətən də, o seçimi qoyublar qarşısına. Anamla Müşfiq ölənə qədər evli qalıblar. Nigah kağızları hələ də məndə qalır.

- Atanızla rəsmi nikahları olmayıb...

- Olmayıb, hə. Çünki anam Müşfiqdən boşanmayıb. Həyatın qəribəliyinə baxın ki, atam da tez rəhmətə gedir, anam yenə tək qalır. Üstəlik, balaca uşaqlarla. Atam anamı sevib. Bizi də sevib. Atam müharibə iştirakçısı olub. Ürək xəstəsi olub. Qəfildən rəhmətə gedib.

- Atanızla Dilbər xanım necə tanış olublar bəs?

- Qohumlar vasitəsilə. Anam həbsdən sonra ata evinə qayıda bilmir, analığı imkan vermir. Dilbər xanım öz anasının yanına qayıdır, onunla yaşayır. O dövrdə Dilbər xanıma yaxınlaşmaq təhlükəli olub. Hamı qorxurmuş. Çünki anam hələ bəraət almamışdı. "Xalq düşməninin arvadı" idi. Atam ikinci dünya müharibəsi iştirakçısı olub. Atamın onunla evlənməsi əsl qəhrəmanlıq idi. Atam olmasaydı, bəlkə də, anam da Balacaxanım kimi... Anam bəlkə də, atamın sayəsində həyatda qalıb. Atam anamla 1950-ci ilin əvvəlində evlənib.

- Müşfiq ölüb, yoxsa, öldürülüb, Leyla xanım, siz necə bilirsiniz?

- Müşfiq güllələnməyib. Məndə ölüm haqqında arayışı var. Ədliyyə Nazirliyi təqdim edib. Arayışda Müşfiqin Mərəzədə öldüyü yazılıb. Nömrəsi də var. 1939-cu il, mart ayında Mərəzədə ölüb.

- Müşfiq Mərəzəyə niyə göndərilib?

- Həbs edilənləri onsuz da ölüm hökmü gözləyirdi. Deyirdilər ki, onsuz da öləcək. Sənədə yazırdılar güllələndi, göndərirdilər xüsusi yerlərə işləməyə. Onsuz da bilirdilər ki, öləcək. Ola bilər, Müşfiqin də sənədi belə olub. Güllələnib yazıb, göndəriblər Mərəzəyə.

- Sənədi Dilbər xanıma vermişdilər?

- Hə. Dilbər xanım özü gedib Xalq Daxili İşlər Komissarlığına müraciət etmişdi. 1956-cı ildə Müşfiqin ölüm sənədini alıb. Son.az

Təcridxanada məhbusun ciyəri qanadı, vəfat etdi like
  • 05 İyn 21:04  
Digərləri Təcridxanada məhbusun ciyəri qanadı, vəfat etdi

Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü

arrow Ətraflı
Dünyanı gözləyən növbəti dəhşətli təhlükə like
  • 05 İyn 20:29  
Dünya Dünyanı gözləyən növbəti dəhşətli təhlükə

ABŞ, İsveçrə, Belçika və digər ölkələrdən olan beynəlxalq tədqiqat�

arrow Ətraflı
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı  Məhkəmə like
  • 05 İyn 20:02  
Siyasət Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı Məhkəmə

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirlə

arrow Ətraflı
"Uzak şehir"in aktrisası məşhur aktyorla sevgildir like
  • 05 İyn 19:47  
Şou-biznes "Uzak şehir"in aktrisası məşhur aktyorla sevgildir

Türkiyəli aktyor Burak Deniz şəxsi həyatı ilə gündəmə gəlib.

arrow Ətraflı
Bu dəfə maksimum balı onlar topladı  Siyahı like
  • 05 İyn 19:31  
Digərləri Bu dəfə maksimum balı onlar topladı Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-c

arrow Ətraflı
"Kişi ciddi, qadın boşboğaz olmalıdır" like
  • 05 İyn 19:20  
Şou-biznes "Kişi ciddi, qadın boşboğaz olmalıdır"

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı like
  • 05 İyn 19:07  
Digərləri Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı

2-4 iyun tarixlərində keçirilmiş Bakı Enerji Həftəsi bir daha nümayiş e

arrow Ətraflı
Azərbaycanda müəllim bıçaqlandı like
  • 05 İyn 18:54  
Kriminal Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Zülfüqar Xəlilov vəzifəsindən azad edildi like
  • 05 İyn 18:49  
Digərləri Zülfüqar Xəlilov vəzifəsindən azad edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin

arrow Ətraflı
Tramp Baydendən niyə əl çəkmir? like
  • 05 İyn 18:46  
Digərləri Tramp Baydendən niyə əl çəkmir?

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin səhhəti və qərarvermə qab

arrow Ətraflı
"Oğluma dedim ki, o qızı bədbəxt etmə" like
  • 05 İyn 18:30  
Şou-biznes "Oğluma dedim ki, o qızı bədbəxt etmə"

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amm

arrow Ətraflı
Dövlət büdcəsinin gəlirləri açıqlandı like
  • 05 İyn 18:18  
Digərləri Dövlət büdcəsinin gəlirləri açıqlandı

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 m

arrow Ətraflı
Tolikin uşağının anası görün kimdir?  özü açıqladı like
  • 05 İyn 18:04  
Şou-biznes Tolikin uşağının anası görün kimdir? özü açıqladı

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial

arrow Ətraflı
Bayramda rayona gedənlərin DİQQƏTİNƏ like
  • 05 İyn 17:50  
Digərləri Bayramda rayona gedənlərin DİQQƏTİNƏ

Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün av

arrow Ətraflı
Rəqsanəni "pul yağışı"na tutdular like
  • 05 İyn 17:37  
Şou-biznes Rəqsanəni "pul yağışı"na tutdular

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqq�

arrow Ətraflı