Azərbaycanda qadınların pensiya yaşı dəyişir – FOTO
Digərləri 03 İyn 2025 13:12:00 106 0
Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.
Bu xəbəri də oxu: Çətinliklər bitir 5 BÜRC pul və karyera zirvəsinə yüksəlir
Milli.az modern.az-a istinadla xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq.
Nəhayət gələn il - 1 iyul 2026-cı il tarixindən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, yəni 65 olacaq.
Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.
"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Keniyada keçirilən dəbdəbəli toy mərasimində inanılmaz hadisə yaşanıb

Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz r

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Jomart Tokayevi t

Monteneqroda reklam çəkilişi zamanı 19 yaşlı serbiyalı model Tiyana Radon

Moldova aktiv şəkildə Azərbaycanla uzunmüddətli qaz tədarükü müqavilə

Qurban minimum xırdabuynuzlu heyvanlardan - qoç, qoyun, keçidən kəsilir.

Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək.

Meyxanaçı Pərviz Bülbülə keçirilən tədbirlərin birinə qatılıb.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icra

Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanl

Mobil rabitə operatoru olan "Azercell" şirkətinin yeni tarif siyas�

Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirz

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin q

Bakıda mağazaların birində paylaşılmış görüntülərdə şokoladın qiy

Ölkədə kiloqramı 11 manatdan başlayan sümüksüz mal əti satılır. Bazar
