Bakı Enerji Həftəsində KOBİA tərəfindən KOBların yaşıl iqtisadiyyata keçidi və Bakı İqlim Bəyannaməsi təşviq olunur
Digərləri 03 İyn 2025 09:50:00 104 0
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas") öz işinə başlayıb.
Bu xəbəri də oxu: Bakıda qeyristeril şəraitdə prosedur: Həkim pasiyentinin elə görüntüsünü paylaşdı ki...
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) builki sərgidəki stendi KOB-ların yaşıl iqtisadiyyata keçidinin və COP29 çərçivəsində Agentliyin irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin təşviqinə həsr olunub. Bu məqsədlə stenddə Bakı İqlim Bəyannaməsi ilə bağlı yazılı və video materiallara yer ayrılıb. Qeyd edək ki, 20-yə yaxın yerli və beynəlxalq təşkilatın qoşulduğu bəyannamə KOB-ların yaşıl keçidinə dair ilk qlobal təşəbbüsdür. Bu sənəd qlobal səviyyədə kiçik və orta sahibkarların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsini nəzərdə tutan tədbirləri özündə ehtiva edir. Sərgi müddətində sahibkarlıqla bağlı yerli və xarici təşkilatlar bəyannamə barədə məlumatlandırılacaq və onların bu təşəbbüsə qoşulması istiqamətində təbliğat işləri aparılacaqdır.
KOBİA-nın stendində həmçinin, tekstil, enerji, İKT, sənaye avadanlıqlarının istehsalı, xidmət və logistika sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur. Bu dəstək KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqlar qurması məqsədi daşıyır.
Qeyd edək ki, "Caspian Oil and Gas" sərgisi iyunun 4-dək davam edəcək. Bu müddət ərzində KOBİA-nın stendi yaşıl keçidə maraq göstərən və bu istiqaməti dəstəkləyən sahibkarlar və digər maraqlı tərəflər üçün görüşlər, məsləhət xidməti və Bakı İqlim Bəyannaməsinin təşviqinə dəstək platforması kimi fəaliyyət göstərəcəkdir.
Hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Xəbər verdiyimiz kimi, Muğlada 5,8 bal gücündə zəlzələ baş verib.

Paytaxtda və bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova ağır itki ü

Yeni araşdırmalar və psixoloqların müşahidələrinə əsasən, sosial şə

Türkiyə istehsalı reytinqli "Uzak şehir" serialında Fidan Albora

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda ik

Əməkdar artist Gülüstan Əliyeva "Rəngarəng" verilişinə telefo

ABŞ-da 1920-ci ildə qüvvəyə minən "Quru Qanun" (Prohibition) spr

İsraildə ilk dəfə süni ürək transplantasiyası uğurla həyata keçirilib

Gecə saatlarında yediyiniz qidalar yuxu keyfiyyətinə, həzm sisteminizə və

50 yaşına gəlib çatmasına baxmayaraq fit və gözəl bədən quruluşu ilə

Müasir həyat tərzi və qidalanma vərdişlərindəki dəyişikliklər orqani

Dünya şöhrətli müğənni Rihanna kameraların obyektivinə yaxalanıb.

Əməkdar artist İlkin Əhmədovun üçüncü övladı dünyaya gəlib.
