Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür RƏSMİ
Digərləri 02 İyn 2025 12:27:00 88 0
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.
Bu xəbəri də oxu: Sabah Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq
Trend xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.
"Pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib. Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür."
E.Yusubov onu da bildirib ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır.
"Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab berən tikililər isə saxlanılır.Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub. Onun sözlərinə görə, Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir. Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb. E.Yusubov onu da bildirib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub", - deyə o qeyd edib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə vermək qərarına

Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şax�

"Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıye

Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçıları

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1

"Arka Sokaklar" serialı 19-cu mövsümünü başa vurmağa hazırlaş

31 may tarixində avtomobil dünyasının əfsanəvi brendi Jeep-in həvəskarla

Çinin cənubundakı Hainan əyalətində emosional anlar yaşanıb. Yerli sakin

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 g

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Hüquq və Ədalət

Son.az 2-8 iyun tarixləri üçün həftəlik bürc proqnozunu təqdim edir:

Bu gün səhər saatlarında İranın Çaharmahal və Bəxtiyari əyalətinin Bo
