Bu ödənişlər 10 dəfəyədək artırılır
Digərləri 30 May 2025 14:30:00 78 0
İcra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişləri 10 dəfəyədək artırılır.
Bu xəbəri də oxu: Mayamidə faciəli şəkildə ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İcra haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edəcək. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınacaq.Qüvvədə olan qanuna əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
Qeyd edilib ki, praktika mövud məbləğlər borclunu icra sənədini vaxtında icra etməyə təşviq etmir. Sözügedən dəyişiklik icra sənədini müəyyən olunmuş vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırılmaqla icra sənədlərinin vaxtında icrasını təmin etmiş olacaq.
Azərbaycan və Çin arasında vizasız gediş-gəliş razılaşdırılıb.

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçi

"Boşanma və yeniyetmələrin cinayətləri artır, ailə institutunu qoru

Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanu

Amerikalı aktrisa Sidni Svini çimdiyi sudan istifadə edərək sabun istehsal

"Toyota Prius" markalı avtomobillərin iştirakı ilə qəribə qəza

Bollivud ulduzu Ayşvariya Ray uzun ardan sonra tədbirlərin birində görünt

Xətai rayon Xudu Məmmədov 19 ərazisində sakinlər lift problemindən əziyy

Çində paraplanerist Pənq Yutszyan (Peng Yujian) təlim zamanı gözlənilməd

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi rus bəstəkarı P.

2021-ci ildə döş xərçəngini məğlub edərək sağlamlığına qovuşan t�

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makro

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident cənab İl
