Müstəqillik günündə Novxanıda Aİ bayrağını kimlər niyə dalğalandırdı?
Siyasət 28 May 2025 19:36:00 99 0
Hər il olduğu kimi bu il də radikal müxalifət dairələrinin ənənəvi siyasi şousu 28 May - Müstəqillik Günündə səhnəyə qoyuldu. Səhnənin rejissoru isə dəyişməz olaraq qalıb - Əli Kərimli. Onun və başında dayandığı qruplaşmanın əsas məqsədi isə məlumdur: Azərbaycan xalqının müqəddəs bayram gününü siyasi manipulyasiya alətinə çevirmək, süni gündəm yaratmaq və özlərini cəmiyyətə "alternativ" kimi təqdim etmək. Amma bu "təqdimat"ın nə qədər saxta, nə qədər bayağı və nə qədər təhlükəli olduğu artıq cəmiyyətə aydın məsələdir.
Bu xəbəri də oxu: Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Əli Kərimli hər il Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət adı ilə "aksiya" təşkil edir. Fotoaparatlar, planlı kadrlar, sosial şəbəkələrdə paylaşılmaq üçün hazırlanan görüntülər və hazır ssenarilər. O, tükənmiş siyasi resurslarını və dağılan sosial bazasını hələ də varmış kimi göstərməyə çalışır. Halbuki Azərbaycan cəmiyyəti çoxdan bu cür siyasi "PR" oyunlarına inanmır, etibar etmir.
Ən acınacaqlısı isə odur ki, Rəsulzadənin adını dilə gətirərək onun irsindən bəhs edən bu qrup, eyni zamanda Avropa İttifaqının bayrağını qaldırmaqdan çəkinmir. Bəli, Azərbaycan xalqının müstəqillik günündə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun abidəsinə yürüş zamanı Avropa İttifaqının rəmzini nümayiş etdirirlər. Axı bu bayrağın bizim dövlət müstəqilliyimizlə, suverenliyimizlə nə əlaqəsi var? Əksinə, bu təşkilatın bəzi institutları illərdir Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən qüvvələrə açıq və gizli dəstək verir. Avropa Parlamentində separatçı rejimin "nümayəndələri" tribunaya çıxarılır, erməni terrorçuları "mülki fəallar" kimi təqdim olunur, Ermənistanın təcavüzkar siyasəti isə "insan haqları" adı altında ört-basdır edilir.
Əli Kərimli bu reallığı görmür? Təbii ki, görür. Amma onun üçün əsas olan xalqın maraqları deyil, şəxsi və siyasi ambisiyalarıdır. Onun üçün Avropa İttifaqı bayrağının Azərbaycan torpaqlarına hansı münasibətlə yanaşdığı maraqlı deyil. O, yalnız bu bayraq altında öz mövcudluğunu "legitimləşdirmək", xarici dairələrə sadiqliyini nümayiş etdirmək istəyir.
Daha da təhlükəlisi budur: həmin Avropa müşahidəçiləri bu gün Ermənistan ərazisində yerləşərək, Azərbaycanla sərhəddə kəşfiyyat xarakterli müşahidələr aparır. Əllərində binokl, kameralar, peyk vasitələri ilə hərbi mövqelərimizi izləyirlər. Topladıqları məlumatlar isə "obyektiv hesabatlar" şəklində deyil, birbaşa Ermənistanın və Fransanın müdafiə strukturlarına ötürülür. Bu isə artıq diplomatik maskalar arxasında gizlənməyən açıq hərbi təhdiddir.
Bəs Əli Kərimli bu bayraq altında nə axtarır? Niyə Azərbaycan xalqının qanı, canı bahasına qorunan müstəqilliyini Avropanın saxta "demokratiya" şüarları ilə dəyişməyə çalışır? Cavab aydındır - Əli Kərimli və onun kimiləri üçün müstəqillik anlayışı sadəcə bəhanədir. Onların gerçək arzusu ölkəmizdə xaos yaratmaq, qarışıqlıq salmaq və nəhayətində Azərbaycanı xarici dairələrin təsir zonasına salmaqdır.
Əli Kərimli nə qədər çalışsa da, köhnəlmiş siyasi nağıllarını bəzəyib yeni kimi təqdim etsə də, Azərbaycan xalqı artıq bu ssenarilərə inanmır. Xalq öz ordusuna, dövlətinə və liderinə güvənir. Müstəqillik yalnız 28 Mayda deyil, hər gün qorunur və hər gün möhkəmlənir. Bu yolda yer olmayanlar isə sönmüş ideyalarla, yalan vədlərlə, geridə qalmış ambisiyalarla birlikdə sadəcə tarixə qovuşurlar.
Sadiq QARAXAN Son.az
Metronun "Koroğlu" stansiyasında bəzi "Bakıkart" aparatl

Yay aylarında bol istehlak edilən və bir çox insanın sevimli mövsümi meyv

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İ

Çin avtomobilləri son illərdə sürətlə inkişaf edərək dünya avtomobil

Hanoi Opera Teatrında 28 May-Azərbaycanın Müstəqillik Gününə həsr olunm

Xəbər verildiyi kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı s

Bakıda 2 nəfəri elektrik cərəyanı vuraraq, öldürüb.

Müğənni Manaf Ağayev "Gün ortası" verilişində qonaq olub.

Çin ZTL-19 tipli yeni nəsil amfibiya döyüş maşınlarının - "təkər

Bu gün füsunkar məkanda, Laçında üç ölkənin bayraqları dalğalanır. B

Şəxsi gigiyena vasitələrinin seçimi zamanı ən çox verilən suallardan bi

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıç

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əl

"Əhalinin işğaldan azad edilmiş ərazilərə sevə-sevə qayıtmasını
