"Bakıda 100 min manata qəbir yeri SATILIR"
Digərləri 24 May 2025 14:46:00 77 0
Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər... Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb. Bu bahalaşma nə ilə əlaqədardır?
Bu xəbəri də oxu: Qayınatanın toyda bəyə hədiyyəsi GÜNDƏM OLDU VİDEO
Son.az xəbər verir ki, deputat Ceyhun Məmmədov Trend-ə açıqlamasında qəbir yerlərinin tapılması və alınmasının getdikcə çətinləşdiyini bildirib.
"Qəbiristanlıqlarda yer tapılması getdikcə çətin prosesə çevrilir. Burada qiymətlər müxtəlifdir, yerdən asılı olaraq qəbir yerlərinin qiymətləri dəyişir. Hansı ərazilərdə artıq yerlər yoxdursa, biz oralarda qiymətlərin artdığını görürük. Bu tendensiya sürətli formada gedir. Bu hal insanlarımızı da müəyyən mənada narahat edir", - o deyib.
Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır:
"Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik".
İlahiyyatçı Tural İrfan bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur.
"Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.
Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin".
İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:
"Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır".
Rusiyada miqrantlara birdən çox telefon nömrəsi işlətmək qadağan edilə

Üç gün ərzində Konqres MərkəzindəkeçiriləntədbirAzərbaycanın və d�

Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək o

Uzun müddətdir ictimaiyyətin diqqətindən uzaq yaşayan Türkiyənin 11-ci p

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə d

Kiyev Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin

Monteneqro Rusiyanın tələbi ilə dələduzluqda şübhəli bilinən azərbayc

"Hollivud"un ən cazibədar və tələbatlı ulduzlarından olan Ancel

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Toyota Rusiyada satılmış bəzi Alphard mikroavtobuslarını geri çağırdı

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bu həftə sonu səma bəzi bürclərə sürpriz maliyyə fürsətləri vəd edi
