Bu ixtisaslarda keçid balı qalxacaq AÇIQLAMA
Digərləri 23 May 2025 08:48:00 55 0
"Bu il ali məktəblərə keçid balı artıla bilər".
Bu xəbəri də oxu: Sürücü başqadır, maşın başqa? – AYNA taksi saxtakarlıqlarına qarşı hərəkətə keçdi!
Son.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında artım var. Ona görə də rəqabət güclüdür.
Bəs hansı ixtisaslarda keçid balı yüksək ola bilər?
"Artım birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram mühəndisliyi, proqram təminat mühəndisliyi, süni intellekt ixtisası üzrə ixtisaslarda, ikinci qrupda maliyyə, logistika, iqtisadiyyat, üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tərcümə erməni dili, ispan dili, tərcümə koreya, çin, yapon dili, dördüncü qrupda stomatologiya, psixologiya, biotexnologiya tədris ingilis dilində ixtisaslarında artım ola bilər. Beşinci qrupda isə dizayn, təsviri incəsənət və fiziki tərbiyə müəllimliyi ixtisaslarında 3-5 bal artım gözlənilir".
Ekspert qeyd edir ki, bəzi ixtisas üzrə ballar aşağı düşə bilər:
"Məsələn üçüncü ixtisas qrupunda regionşünaslıq, rus dili ixtisasları üzrə ballar azala bilər. Buna səbəb isə Qarabağ universitetində plan yerlərinin artırılmasıdır. Birinci ixtisas qrupunda aqrar yönümlü ixtisaslar, ikinci ixtisas qrupunda biznesin idarə edilməsi və turizm, üçüncü ixtisas qrupunda sosial iş, muzeylərlə bağlı, dördüncü qrupda isə bağçılıq və tərəvəzçilik, baytarlıq və ekologiya istiqamətində olan ixtisaslardır. Bu ixtisaslarda keçid balı 150 baldır. Ən aşağı göstəricilər bu ixtisaslarda qeydə alınacaq".
Qeyd edək ki, 2025-ci il universitetə qəbul prosesi təkcə bal yarışı deyil, həm də gələcəyin peşə xəritəsini çəkmək üçün fürsətdir.
Aysel Əkbər Son.az
Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşl

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlan�

Bir çoxumuz bəzən heç düşünmədən dost-tanışımıza zaminlik edirik. K

Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxıb.

Texnologiya nəhəngi "Xiaomi" 2025-ci ilin iyun ayından etibarən ye

Kağız dəsmallar yalnız əlləri qurulamaq və təmizlik üçün deyil.

Yarığı olan cins ətək 2025-ci ilin yaz və yay mövsümünün əsas dəb tr

Şirəli gilas və ya onun şirəsi yuxusuzluq üçün təbii bir müalicə vasi

"Google" təxminən 2 milyard Gmail istifadəçisini xəbərdar edib.

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavabla

Gələn ay ABŞ-nin Texas ştatının Ostin şəhərində "Tesla" şir

Efirlərin birində qonaq olan müğənni Bəturə Hüseynovanın başına iş g

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərba
