Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi
Siyasət 22 May 2025 15:55:00 47 0
Prezident İlham Əliyev "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Bu xəbəri də oxu: Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi Sevil Mikayılova
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna edilən dəyişikliyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər.
Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
"Reklam haqqında" qanuna edilən dəyişikliyə əsasən, bu Qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil edilir.
İstehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.
Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunmalıdır.
Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:
hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:
özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;
reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.
Bu Qanunda maddələrində nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.
Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu Qanunda göstərilən məlumatların qeyd edilməsi mümkün olmadıqda, reklam istehlakçısına həmin məlumatlarla tanış olmaq imkanı yaradılmalı və bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

Prezident İlham Əliyev "Mediasiya haqqında" Qanunda dəyişiklik ed

İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının

Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın pa

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m

Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyala

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl
