"Texpasport"da bu söz yazılıbsa... DİQQƏT!
Digərləri 20 May 2025 15:34:00 68 0
Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyyat şəhadətnaməsində bu söz yazılmış avtomobili isə digər şəxsin adına keçirilməsinə icazə verilmir.
Bu xəbəri də oxu: Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının bəyanatı
Son.az avtosfer.az-a istinadla xəbər verir ki, avtomobilin qeydiyyat şəhadətnaməsində "müvəqqəti" sözünün yazılması qanunda nəzərdə tutulub. Lakin qeyd edilən bu söz ilkin qeydiyyata alınmış bütün avtomobillərə şamil edilə bilməz. Ümumiyyətlə "müvəqqəti" sözünün nəyə görə yazıldığını izah edək. Sənədlərində bu söz yazılmış avtomobilin özgəninkiləşdirilməsi (digər şəxslərə satılması) qadağan edilir və 3 ay ərzində İnterpol vasitəsilə nəqliyyat vasitəsinin oğurluq olub-olmaması yoxlanılır. Amma ölkəyə gətirilmiş bütün avtomobillərə şamil edilməsi ona görə nəzərdə tutulmayıb ki, xarici ölkədən alınan avtomobil oradan rəsmi şəkildə qeydiyyatdan çıxarılır və ona rəsmi qaydada tranzit nömrə verilir. Əgər avtomobil oğurluq olsa xarici ölkənin qeydiyyat orqanı avtomobili qeydiyyatdan çıxarmaz və ona heç bir halda tranzit nömrə verməz. Onlar tranzit nömrə verərkən avtomobilin oğurluq olub-olmamasını, cinayətdə iştirak edib-etməməsini hər bir halda yoxlayırlar. Necə ki, bizim ölkədə kimsə digər şəxsə maşın satan zaman Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində və şöbələrində sistem vasitəsilə bunu yoxladıqları kimi, xarici ölkənin qeydiyyat orqanları da bu məlumatları yoxlayıb qeydiyyat əməliyyatlarını həyata keçirirlər.
Bəs "müvəqqəti" sözü hansı halda yazıla bilər?
Bir şəxs xarici ölkədə sürdüyü maşını qeydiyyatdan çıxarmayaraq həmin ölkənin nömrəsi ilə Azərbaycana gətirir və burada sürür. Sonradan fikrini dəyişib Azərbaycanda qeydiyyata qoymaq istəyərkən, həmin avtomobili qeydiyyata alırlar və qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazırlar. Bundan sonra isə İnterpol vasitəsilə həmin avtomobilin oğurluq olub-olmamsı, cinayətdə iştirak edib-etməməsi və ya üzərində hər hansısa bir axtarışın olub-olmaması araşdırılır.
Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri

Mayın 21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgəl

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bə

Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələri

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Re

Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakvera Prezident İlham �

Mayın 20 -də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macar

Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlha

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Azərbaycan Respubl

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevə təbrik

Avstriya Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əli
