Digərləri
2025-03-27 22:57:00
Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik.
2025-03-27 22:53:00
Bakıda daha bir dairə ləğv edilir. Eyni zamanda, ərazidəki məşhur restoran da söküləcək.
2025-03-27 22:31:00
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.
2025-03-27 22:06:00
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb.
2025-03-27 22:01:00
Ermənistanın Gümrü şəhərində seçki zamanı rüşvət vermək və almaq, həmçinin seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanı pozmaq ittihamı ilə 8 nəfər saxlanılıb.
2025-03-27 21:44:00
Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düşməsi ilə bağlı xəbərlər sosial mediada geniş yayılmışdı. İlk olaraq, onların evdən qaçdığı və ciddi narahatlıq yarandığı bildirilmişdi. Onlardan ikisi tapılsa da, üçüncünün taleyindən hələ də xəbər yox idi.
2025-03-27 21:32:00
Türkiyənin Radio və Televiziya Ali Şurası İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə törədilən kütləvi iğtişaşları işıqlandıran "Sözcü" telekanalına 10 günlük yayım qadağası tətbiq edib.
2025-03-27 21:22:00
"2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?"
2025-03-27 20:47:00
Sabah Ramazan ayının 28-ci günüdür.
2025-03-27 20:37:00
Tovuzda anasının imtina etdiyi 2024-cü il təvəllüdlü körpə, martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.
2025-03-27 19:43:00
Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.
2025-03-27 19:17:00
Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.
2025-03-27 19:06:00
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu ilk dəfə Neptunda parlaq aurora (qütb işıqları) aktivliyini müşahidə edib.
2025-03-27 19:00:00
Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos terminal ilə yox kartdan karta köçürməklə təklif olunur. Son dövrlər belə hallarda artım müşahidə edilir. Bu isə müşərilər üçün əlavə çətinlik yaradır. Bəs görəsən bu qanunsuzluqdan necə qorunmalıyıq? Mövzu barədə İR Master Group MMC-nin Baş Mühasibi İlham Vəliyev moderator.az-a danışdı.
2025-03-27 18:51:00
Vədlər verərkən, seçimlərimizi diqqətlə qiymətləndirin, əks halda digər insanları aldatmaq və ümidsizliyə salmaq riski böyükdür.
2025-03-27 18:49:00
Təzə tərəvəzlər, meyvələr və göyərti çox tez xarab olur, əgər onları vaxtında istifadə etməsəniz. Bu səbəbdən də, kifayət qədər baha başa gələn bu məhsulları bəzən atmaq məcburiyyətində qalırıq. Lakin təcrübəli evdar qadınlar bu problemi kağız dəsmalların köməyi ilə həll ediblər.
2025-03-27 18:41:00
Avtomobillərini yumşaq oyuncaqlarla bəzəyən sürücülər, çox vaxt fərdi və ya emosional bir ifadə kimi bunu edirlər. Bu cür bəzəklər, avtomobil sahiblərinin şəxsi zövqlərini, yaradıcı yanaşmalarını və ya bəzən nostalji hisslərini əks etdirə bilər.
2025-03-27 18:33:00
Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
2025-03-27 18:21:00
Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir.
2025-03-27 18:00:00
Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailə statusu yalnız beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin son illərdə bu tələbin yumşaldılması və 3 uşağı olan ailələrin də çoxuşaqlı hesab edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
2025-03-27 17:43:00
Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.
2025-03-27 17:35:00
Ramazanda kimlərin fitrə çıxarmaması günah sayılmır?
2025-03-27 17:06:00
Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.
2025-03-27 16:28:00
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
2025-03-27 16:24:00
Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilməsi daha da aydın görünür.
2025-03-27 15:20:00
Son illərdə Azərbaycanda daxili turizmə maraq əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin statistik məlumatlarına görə, ölkə daxilində həyata keçirilən turizm səfərlərinin sayı 5 milyon 691 min nəfərə çatıb ki, bu da 2023-cü illə müqayisədə 8,6% artım deməkdir.
2025-03-27 14:45:00
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
2025-03-27 14:21:00
Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.
2025-03-27 14:07:00
Cəlilabad rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
2025-03-27 13:45:00
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub. Körpələrdən biri qız, digəri isə oğlandır. Məlumatı ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulublar. Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır. Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
2025-03-27 13:15:00
Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.