Digərləri

Azərbaycanlı alim yoxa çıxdı aylardır xəbər yoxdur

2025-07-25 10:58:00

Tehrada həbsdə saxlanılan İsveç-İran ikili vətəndaşı Əhmədrza Cəlali barədə 1 aydır məlumat əldə etmək mümkün olmayıb.

Goranboyda 15 yaşlı oğlanın öldürdüyü ana və nənənin FOTOsu

2025-07-25 10:55:00

Goranboya 15 yaşlı yeniyetmə tərəfindən öldürülən ana və nənənin fotosu yayılıb.

Evdə pişik saxlayanların nəzərinə İflic riski var

2025-07-25 10:50:00

ABŞ-nin Miçiqan Universitetinin tanınmış nevroloqu Dr. Baibing Çen pişik cırmaqlaması ilə bağlı az bilinən, lakin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək təhlükələr barədə xəbərdarlıq edib.

Tanınmış iş adamı həbsdən buraxıldı

2025-07-25 10:40:00

Dələduzluq ittihamı ilə həbs olunan tanınmış iş adamı Rövşən Mehdiyev azadlığa çıxıb.

Merilin Monronun "yataqda seçimim odur" dediyi nə ətiri idi? Tanınmış əttardan açıqlama

2025-07-25 10:30:00

Ətir sənayesi əsrlər boyu fərqli dövrlərin zövqlərinə uyğun ətirlər təqdim etsə də, bəzi parfumlar zamanın sınağından uğurla çıxaraq "ən yaxşı qoxulu" ətir kimi tanınıb.

"Kia" zavodundan 900 mühərrik oğurlanıb

2025-07-25 10:15:00

Hindistanın Andhra Pradeş ştatında yerləşən Kia India zavodundan son beş il ərzində 900 mühərrikin oğurlandığı məlum olub.

Autizm Spektr Pozuntusu nədir və necə müalicə olunur? – Reabilitoloq izah edir

2025-07-25 09:51:00

Autizm Spektr Pozuntusu (ASP) insanın sosial qarşılıqlı əlaqə, ünsiyyət və davranış sahələrində inkişaf fərqlilikləri ilə xarakterizə olunan nevroinkişaf pozuntusudur. Son illər ASP diaqnozu qoyulan uşaqların sayı dünyada və ölkəmizdə artmaqdadır.

Avro, rubl və lirə ucuzlaşdı Dollar isə bu qiymətə satılır

2025-07-25 09:20:00

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bu məhsulları dənizə aparmayın SİYAHI

2025-07-25 09:10:00

Yay mövsümündə çimərliklər və dəniz kənarı ərazilər insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biridir. Havanın isti, günəşin parlaq olduğu günlərdə aclıq hissi daha tez yaranır. Bu səbəbdən bir çoxları çimərliyə yemək və içki götürməyi üstün tutur. Lakin bəzi məhsullar var ki, onları gün altında saxlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Türkiyədə partlayış 7 yaralı var FOTO

2025-07-25 09:04:00

Türkiyədə partlayış olub.

Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır?

2025-07-25 08:08:00

Yanğın hidrantından maşına doldurulan suyun daha sonra əhaliyə satıldığı iddia edilir.

Aqresiv davranan uşaqla necə yola getmək olar?

2025-07-25 07:07:00

Məktəb yaşlı uşaqların aqressiv davranışlar göstərməsi, valideyn üçün həm narahatedici, həm də yorucu ola bilər. Bu davranışların arxasında emosional, psixoloji və ya sosial səbəblər ola bilər. İlk növbədə, sizi dinlədiyiniz üçün təşəkkür edirəm. Bu, övladınıza kömək etmək üçün doğru və vacib bir addımdır.

Narkoloq axşamlar "bir stəkan pivə"nin bədənə təsirini açıqlayıb

2025-07-25 04:04:00

Alkomed klinikasının narkoloqu Andrey Tyurin axşam saatlarında müntəzəm olaraq spirtli içki, xüsusilə pivə qəbul etməyin düşündüyümüz qədər zərərsiz olmadığını bildirib. O, alkoqolizmin başlanğıc mərhələlərinin çox vaxt məhz bu "günlük vərdiş"lə başladığını deyib.

Evinizin ətrafında bayquş varsa, sevinin: səbəbinə təəccüblənəcəksiniz

2025-07-25 03:03:00

Diyarbəkirin Bismil bölgəsində bir fermer bağçasında nadir görüntülənən bir bayquş ailəsi - kulaklı meşə bayquşu (Asio otus) - mobil telefon kamerası ilə müşahidə edilib.

Banan yeməzdən əvvəl mütləq bunu edin – Vacib xəbərdarlıq

2025-07-25 02:02:00

Banan faydalı meyvə kimi tanınsa da, onu yeməzdən əvvəl diqqət yetirilməli vacib məqamlar var.

Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?

2025-07-25 01:01:00

Yeni Zelandiyada, saf Vakatipu gölünün suları ilə ucalan Cənub Alpları arasında yerləşən Kvinstaun şəhəri öz gözəlliyi və sakitliyi ilə seçilir.

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

2025-07-25 00:15:00

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. 

Faciəvi şəkildə ölən meşə işçisinin “Maaş” mesajı ürək parçaladı

2025-07-25 00:12:00

Türkiyənin Seyitgazi rayonundakı meşə yanğınında şəhid olan meşə işçisi Eyüp Derelinin, yanğından qısa müddət əvvəl "Maaşımıza bu ay bonus ala biləcəyikmi?" məzmunlu mesaj göndərdiyi ortaya çıxıb.

Günün qoroskopu: Səyahət planları və gələcəyə dair hədəflər gündəmdədir

2025-07-25 00:01:00

Bu gün bürclər üçün introspektivlik, qərarvermə və münasibətlərdə dəyişikliklər günü ola bilər. Ulduzlar bəzi bürclərə xüsusi diqqət yetirir!

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

2025-07-24 23:41:00

İyulun 25-26-da Yer kürəsini maqnit qasırğaları vura bilər. 

Qusman işdən çıxarıldı

2025-07-24 23:02:00

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Onlar imtahanda 700 bal topladı

2025-07-24 23:00:00

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının  nəticəsini elan edib.

Bakının bəzi yerlərində içməli su niyə yoxdur?

2025-07-24 22:42:00

Son günlər Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə məlumatlar artıb.

Bu ərazilərdə işıq olmayacaq

2025-07-24 22:22:00

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində 25 iyul tarixində təmir və yenidənqurma işləri aparılacaq.

Yeni Ay iyulda 4 BÜRCƏ elə şans və zənginlik gətirəcək ki...

2025-07-24 21:40:00

İyulun 24-də Şir bürcündə Yeni Ay üç aylıq dəyişiklik dövrünə başlayır. 

Daha bir “plastik cərrah” qalmaqalı “Bədənim çürüyür”

2025-07-24 20:39:00

Fərizə Hacıyeva adlı vətəndaşı özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər

2025-07-24 19:53:00

Ermənistan hökuməti "Ermənistan Elektrik Şəbəkələri"ndə (EEŞ) konsorsium idarəetməsi təyin edə və ya şirkətdə pay almaq məsələsinə baxa bilər.

Bu il 89 uşaq ailələrinə qaytarılıb

2025-07-24 19:34:00

Bu il 89 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib.

Uşaqlar arasında yoluxucu xəstəlik Nazirlik məlumat yaydı

2025-07-24 19:21:00

Ölkə ərazisində uşaqlar arasında yoluxucu xəstəlik yayılıb.

Hərbi xidmət keçməyənlərə bu status verilmir

2025-07-24 19:09:00

Hazırda ictimaiyyət arasında "ehtiyatda olan zabit" anlayışı ilə bağlı müəyyən anlaşılmazlıqlar mövcuddur. Bəzən bu ifadə hərbi xidmətdən keçməyən şəxslərlə də əlaqələndirilir.

Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olundu

2025-07-24 18:49:00

Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib

Əvəz Zeynallının “mənəviyyat” düsturu”: o, hansı əxlaqi dəyərlərə söykənir?

2025-07-24 18:02:00

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı  sonuncu dəfə 2022-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir etmə) maddələrilə təqsirli bilinib. "Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj etməkdə, 20 min manat pul almaqda ittiham olunub. Bu iddia əsasında Rasim Məmmədovun ailə üzvləri, həmçinin, vəkil Elçin Sadıqov və  digər şahidlər dindiriliblər. Əvəz Zeynallının rüşvət alması faktı mötəbər dəlillərlə təsdiqini tapıb.    Bu, Əvəz Zeynallının  adının rüşvət olayına qarışdığı ilk  insident deyil. 2011-ci ildə də eyni ittihamla həbsdə olub. Həmin dövrdə "5 min manatdan artıq məbləğdə  rüşvət almaq"da təqsirli bilinib. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra məhkəmə araşdırması ilə günahı sübuta yetirilib. "Hədə-qorxu tətbiq olunmaqla rüşvət alma", "təkrarən rüşvət alma", o cümlədən, "xeyli miqdarda vergiləri ödəməkdən yayınma" ittihamları ilə təqsirli bilinib. Yekun olaraq, barəsində həbs qərarı çıxarılıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əfv fərmanı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib, sərbəst buraxılıb.    "Xural" rəhbərinin adının qarışdığı, amma məhkəmə müstəvisinə çıxarılmamış nümunələr də mövcuddur. Bu nümunələrə baxanda aydın olur ki, rüşvət, pul, sərvət hərisliyi Əvəz Zeynallının həyat kredosu, ölçü meyarıdır.O, "jurnalistika fəaliyyəti"ni də bu xətt üzərində qurub. Məsələn, biznesmen Mübariz Mənsimovu özünün "dostu" adlandırır, təqdir və təbliğ edir.  İş adamı haqqında efir verərkən, onun adının qarışdığı insidentlərin üzərindən sükutla keçir. 2021-ci ildə Türkiyədə cəlb olunduğu qalmaqallı məhkəmə prosesləri, "Feto hərəkatı"nda şübhəli bilinməsi barədə danışmır. Əksinə, onun imicinin təmizlənməsi, bəraətedici fikirlər səsləndirməsi üçün tribuna verir. İş onda deyil ki, Mübariz Mənsimov bu proseslərin sonunda hüquqi bəraət alıb. Qeyri-adilik Əvəz Zeynallının ona yanaşmasındadır. İmicinin təmizlənməsinə  yardım göstərməsində, birtərəfli müsahibələr almasında, tribuna rolunda çıxış etməsindədir. O, Mənsimova yanaşmada jurnalistika prinsiplərini pozub, faktları birtərəfli qaydada təqdim edib. Bunu nə üçün edib?    Onların "dostluğunun" əsasında nəyin dayandığını hər kəs bilir. "Xural" rəhbərinin Türkiyəyə bütün səfər və istirahət xərclərinin Mənsimov tərəfindən qarşılanması, bahalı universitetlərdə oxuyan övladlarının təhsil haqlarının eyni mənbədən təmin edilməsi bilinən faktdır. Yəni, maddi dəstək varsa, skandallı imicin problem deyil. Sən "dostumsan", qəzetim səhifələrinə çıxıb istədiyini danışa bilərsən. Əvəz Zeynallının dünyagörüşündə bu, təkcə "dostluq nümunəsi" deyil, həm də "peşəkar jurnalistika prinsipi"dir. Hansı ki, peşəkar jurnalistika prinsipləri ilə daban-dabana ziddir.    "Xural" rəhbərinin qalmaqallı siyasətçi Fərman Dəmirqola yanaşması da bu kontekstdəndir. Onun Azərbaycanda dövlət çevrilişi təşəbbüslərinə qarışması, ölkəmiz üçün təhlükəli ssenarilərdə iştirak etməsi Əvəz Zeynallını qayğılandırmır. Əsas olan "ödənişdir".  "Pulunu ver, müsahibən Xuralda dərc olunsun" prinsipi öndədir. Belə davranış onun nəzərində "mükəmməl jurnalistika"dır.    Əvəz Zeynallı Azərbaycan jurnalistlərini bəyənmir. Hər gün verdiyi sərsəm açıqlamalarda ölkənin tanınmış qələm sahibləri barədə hədyanlar danışır. MirŞahin Ağayevi, Rauf  Arifoğlunu, Elbrus Ərudu "jurnalistika prinsipləri"nə və "dostluq dəyərləri"nə "zərbə vurmaqda" qınayır. Reaksiya verən yoxdur. Çünki, adam xəstədir. Zatən xəstə olduğu üçün saxlanıldığı cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azadlığa buraxılıb. Yəni, onun ikinci məhkumluq müddəti bitməyib, bəraət də almayıb. Əslində 2031-ci ilə qədər həbsdə olmalıydı. 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə həbs edilimişdi.  "4-cü dərəcəli xərçəng xəstəliyi" diaqnozu qoyulduğu üçün vaxtından əvvəl  həbsdən çıxmsına qərar verilib. Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Azərbaycan dövlətinin humanizm prinsiplərinə söykənərək,  aprelin 25-də bu qərarı çıxarıb.  Əgər xəstə olmasaydı, nə məhkəmə onu azad etməzdi, nə də barəsində hədyanlar söylədiyi şəxslər sakit dayanmazdı. Danışardılar, bircə feysbuk statusu ilə onun gününü qaraldardılar. Əvəz Zeynallı insanların bu mərhəmət duyğusundan, mənəvi dəyərlərə sadiqliyindən maksimum dərəcədə yararlanır.     Yeri gəlmişkən qeyd edək ki, bu cür humanist yanaşmalar Azərbaycanın dövlət strukturları, məhkəmə sistemi üçün xarakterik haldır. Məsələn, 2015-ci ildə həbsdə olan müxalif siyasətçi  Tofiq Yaqublu  aprelin 24-də qızının yas mərasimində iştirak etmək üçün azadlığa buraxılmışdı. Yaxud, 2008-ci ildə həbsdə olan jurnalist Qənimət Zahid atasının yas mərasimində iştirak üçün evə göndərilmişdi. Bu jest yüksək dəyərləndirilmiş, təqdir edilmişdi. Əvəz Zeynallıya yanaşma da həmin prinsipin davamıdır. Amma o, digərlərindən fərqli olaraq, məsələyə fərqli reaksiya verir. Son açıqlamalarından belə görünür ki, adamın humanizm anlayışı, minnətdarlıq  hissi yoxdur. Mərhəmət duyğusundan sui-istifadə edir. Açıqlamalarını dinləyəndə elə təəssürat yaranır ki, onu həbsdən azad edən, mərhəmət göstərən  Azərbaycan dövləti deyil, "xaricdəki söyüş müxalifəti"dir. Qurban Məmmədova, Qənimət Zahidə qoşulub Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırmağı gündəlik rutinə çevirib.    "Söyüş müxalifətinin tribunası"ndan çıxış edəndə dövlətin humanist jestini maddi dəyər kontekstindən şərh edir. Təlqin edir ki, məhkəmə onun xəstəliyini nəzərə alıb günahından keçəndə, həbsdən buraxanda maddi dəstək də göstərməliymiş. Pul verilməyibsə, "dövlət pisdir", onu "söymək lazımdır".   Əvəz Zeynallının insanlara, həmkarlara, dostlara yanaşması da