Xəbərlərin siyahısı
2025-05-10 23:24:00
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşıb.
2025-05-10 23:02:00
Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciət edərək Hindistanla yaşanan son qarşıdurma barədə danışıb.
2025-05-10 22:44:00
"Müğənni nümunə göstərin ki, ata-anasını qocalar evinə qoyub, övladlarını uşaqlar evinə atıb. Niyə yaxşı müğənni yoxdur?".
2025-05-10 22:31:00
Yatmazdan əvvəlki zaman sehrli sayılır. Qırmızı sap həqiqətən möcüzələr yaradır. Yatmazdan əvvəl sadəcə bu iki sehrli sözü de - və həyatına sevgi, bolluq və firavanlıq daxil olacaq. Yatmazdan əvvəlki anlar sehrli hesab olunur, çünki bu zaman insan şüuraltısına toxuna və taleyini dəyişə bilər. Pulun dərhal gəlməsi necə mümkündür - bunu molfar və ekstrasens izah edir.
2025-05-10 22:18:00
"Rusiya 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək".
2025-05-10 21:39:00
"2600-cü ilə qədər bəşəriyyət yox ola bilər" elmi fantastika seriyası üçün ssenari deyil, Stiven Hokinqin real açıqlamasıdır.
2025-05-10 20:50:00
Türkiyə Pakistan və Hindistan arasında alınan atəşkəs qərarından məmnundur.
2025-05-10 20:45:00
ABŞ-nin Tennessi ştatında 4.1 bal gücündə zəlzələ qeydə alınıb.
2025-05-10 20:43:00
May, bürcün bəzi əlamətlərinə təkcə xoş hadisələr deyil, həm də həqiqi daxili və xarici xoşbəxtlik hazırlayıb. Son.az-ın məlumatına görə, bu, sevgidə, çoxdan gözlənilən görüşlərdə, bir xəyalın yerinə yetirilməsində və ya hər şeyin, nəhayət yerinə düşdüyü hissində özünü göstərə bilər.
2025-05-10 20:21:00
Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.
2025-05-10 20:18:00
Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.
2025-05-10 20:12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdamda Muğam Mərkəzinin açılış mərasimindən görüntülər paylaşılıb.
2025-05-10 20:07:00
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı rəsmi olaraq şahmatı qadağan edib.
2025-05-10 19:49:00
"Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm".
2025-05-10 19:32:00
Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf iqtiqamətlərini özündə birləşdirməklə sözün əsl mənasında milli intibah dövrü kimi xarakterizə olunur. Heydər Əliyev XX əsr Azərbaycan tarixinin ən parlaq və dahi şəxsiyyətidir. Siyasi liderin dövlətçilik fəaliyyəti, strateji baxışı və xalqına olan sarsılmaz sevgisi Azərbaycan Respublikasının müstəqil, güclü və sabit dövlətə çevrilməsində həlledici rol oynayıb. Dövlət xadimi Heydər Əlirza oğlu Əliyev 1941-ci ildən etibarən təhlükəsizlik orqanlarında çalışaraq SSRİ dövlət aparatında mühüm vəzifələrdə çalışıb. 1969-cu ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi seçilməsi ilə onun Azərbaycan rəhbərliyində mühüm rolu başlayıb. 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilərək SSRİ-nin ən yüksək hakimiyyət orqanlarından birinə daxil olub. Bu dövrdə o, həm Azərbaycana, həm də digər Sovet respublikalarına yardım və dəstək göstərmək üçün geniş imkanlar əldə edib. O, 1987-ci ildə SSRİ rəhbərliyində baş verən dəyişikliklərlə əlaqədar olaraq vəzifəsindən istefa verib. 1993-cü ildə isə xalqın təkidi ilə Heydər Əliyev Bakıya dəvət olunub və ölkənin Prezidenti seçilib. Ümummilli Lider bütün imkanları səfərbər edərək ölkəni xaosdan, anarxiyadan, parçalanıb məhv olmaqdan qoruyub. O, müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə sənayeləşmə, təhsil, mədəniyyət və şəhərsalma sahələrində böyük irəliləyişlər əldə olunub. Onun təşəbbüsü ilə yüzlərlə zavod, fabrik, məktəb və mədəniyyət ocaqları inşa olunub. Ən əsası isə, azərbaycanlıların SSRİ-nin rəhbər strukturlarında təmsil olunmasına nail olub. Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulub. Həmçinin, XX əsrin sonlarından etibarən azərbaycançılıq ideyasının sistemli şəkildə dövlət ideologiyası səviyyəsinə yüksəldilməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev azərbaycançılığı yalnız bir ideya kimi deyil, eyni zamanda dövlət siyasətinin əsas istiqaməti kimi qəbul edib, bu anlayışı ölkənin daxili və xarici siyasətində əsas dayaq nöqtəsinə çevirib. Ümummili Lider siyasi fəaliyyətinin bütün mərhələlərində azərbaycançılıq ideyasına böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycançılıq bizim milli fəlsəfəmizdir. Əlbəttə ki, bu ideya milli həmrəylik, vətənə sədaqət, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması kimi prinsiplərə əsaslanır. Eyni zamanda, Azərbaycanda yaşayan müxtəlif etnik və dini qrupların vahid dövlətçiliyə sadiqliyini təşviq edən amildir. Fenomen şəxsiyyətin zamanı dərk və iti qərar qəbul etmək qabiliyyəti bir xalqın taleyini dəyişdi, dövləti və dövlətçiliyi aydın yola çıxardı. Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təhsil sistemində Azərbaycan tarixi və mədəniyyətinə dair fənlərin mövqeyi gücləndirildi, dövlət dili kimi Azərbaycan dilinin statusu möhkəmləndirilib. Şübhəsiz, Azərbaycanda fikir plüralizminin və söz azadlığının inkişafı Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik prinsiplərin gücləndirilməsinə yönəlmiş siyasətinin əsas prioritetlərindən biri idi. Milli mətbuatın məhz demokratik təməllərə əsaslanaraq inkişafı, gənc müstəqil Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirərək, dünyəvi dəyərlərə inteqrasiyasını sürətləndirdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bununla müstəqilliyini bərpa etmiş və yenidən azadlığına qovuşmuş Azərbaycanın mətbuat həyatında yeni dövrün başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına böyük diqqət və qayğı ilə yanaşırdı. Əlbəttə ki, azərbaycançılıq məfkurəsinin yaradılması və dövlət ideologiyasına çevrilməsi Heydər Əliyevin həyata keçirdiyi strateji dövlət quruculuğu siyasətinin ən əsas və ayrılmaz tərkib hissələrindən biri olub. Bu məfkurə onun rəhbərliyi ilə ölkədə milli birliyin, vətəndaş həmrəyliyinin və dövlətçiliyə sədaqət ruhunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks islahatların ideoloji əsası kimi çıxış etmiş, Azərbaycanın müstəqil, sabit və güclü dövlətə çevrilməsində həlledici rol oynamışdır. Həmçinin, Azərbaycanda fikir plüralizminin və söz azadlığının təşviqi və inkişafı Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi demokratik cəmiyyət quruculuğu siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. O, müxtəlif düşüncə və baxışların sərbəst şəkildə ifadə olunmasını, fərqli ictimai və siyasi mövqelərin cəmiyyətdə özünə yer tapmasını demokratik inkişafın fundamental şərti kimi qiymətləndirib. Məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə daha geniş imkanlar yaradılmış, senzura ləğv olunmuş, jurnalistlərin və vətəndaş cəmiyyətinin institutlarının inkişafına şərait formalaşdırılmışdı. Bu siyasət nəticəsində cəmiyyətdə sağlam tənqid mühiti, açıq dialoq və ictimai diskussiyalara şərait yaranmış, bu isə demokratik dəyərlərin möhkəmlənməsində və hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında və, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyev üçün Azərbaycanın gələcəyi məhz gənclərlə bağlı idi. Onun siyasi kursunun ən önəmli istiqamətlərindən biri gənclərin inkişafı, təhsili, vətənpərvər ruhda yetişdirilməsi və cəmiyyətin fəal
2025-05-10 19:20:00
Hindistanın Baş naziri Narendra Modinin yaxın komandirlərindən biri olan təqaüdə çıxmış general Qaqandip Bakşi Türkiyəni hədələyib.
2025-05-10 19:00:00
Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci ildir ki, 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə təbrikində Şuşanın adını çəkmir.
2025-05-10 18:46:00
Türkiyə və İsrail hərbi imkanları Cammu və Kəşmirdə üz-üzə gəlib.
2025-05-10 18:44:00
Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik.
2025-05-10 18:37:00
Bu, (Vətən müharibəsində Zəfər - red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi.
2025-05-10 18:24:00
Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır.
2025-05-10 18:24:00
Ötən günlərdə ata olduğunu açıqlayan aparıcı Tarix Əliyev qızı ilə paylaşım edib.
2025-05-10 18:18:00
Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır.
2025-05-10 18:12:00
Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir.
2025-05-10 18:11:00
Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.
2025-05-10 17:59:00
Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.
2025-05-10 17:51:00
"Evimdə çörək yeyən, ssenari yaan yaxın dostlarım bir dəfə məni axtarmayıblar. Həddindən artıq küskünəm".
2025-05-10 17:42:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində yeni çayxana tikilir. Modern.az-ın məlumatına görə, tikinti işləri bir müddətdir davam edir.
2025-05-10 17:38:00
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.
2025-05-10 17:33:00
09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
2025-05-10 17:30:00
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon tədbiri təşkil olunub.
2025-05-10 17:25:00
Yeni elmi araşdırma ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərinin torpaq səviyyəsinin ildə 2 ilə 10 millimetr arasında dəyişən sürətlə batdığını ortaya qoyub. Alimlərin peyk radar ölçmələrinə əsaslanan tədqiqatı Nyu-York, Çikaqo, Dallas, Denver və Hyuston da daxil olmaqla böyük şəhərlərdə ciddi çöküntü proseslərinin getdiyini sübut edib.
2025-05-10 17:14:00
ABŞ-da yaşamaq arzusu bir çox azərbaycanlının məqsədləri arasında olsa da, bu arzuya çatmaq üçün tək yol "qrin kart" deyil. ABŞ-da uğur qazanan azərbaycanlıların əksəriyyəti bu ölkəyə məhz alternativ yollarla köç ediblər.
2025-05-10 17:05:00
Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
2025-05-10 16:59:00
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 11-dən 13-dək külək güclənəcək.
2025-05-10 16:45:00
"Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıq Cənub-Şərqi Asiyaya qədər uzanır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika ilə inkişaf edir. Bu baxımdan mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri də böyük əhəmiyyət kəsb edir".
2025-05-10 16:35:00
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərdə olan Avropa liderləri ilə birlikdə ABŞ-nin Prezidenti Donald Trampla telefon danışığı aparıb. Danışıqlar nəticəsində Ukrayna tərəfi 30 günlük atəşkəs təklifinə açıq olduğunu bəyan edib.
2025-05-10 16:29:00
Baş nazir Nikol Paşinyan son zamanlar Ermənistan ilə Azərbaycan arasında müharibənin olmayacağını və sülhün təmin ediləcəyini bəyan edib. Lakin bu açıqlamanın arxasında bir neçə siyasi amil dayanır.
2025-05-10 16:19:00
Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır.
2025-05-10 16:06:00
Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük.
2025-05-10 16:06:00
Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.
2025-05-10 15:54:00
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Sözün gücü" layihəsi çərçivəsində Filarmoniyanın Urban Mərkəzində öz şeirləri ilə qəlbləri fəth edən şair Nüsrət Kəsəmənlinin 80 illiyinə həsr olunmuş qiraət gecəsi baş tutub.
2025-05-10 15:38:00
Böyük Britaniyada Şahzadə Ketrin (Uels şahzadəsi) şərəfinə yeni qızılgül növü təqdim olunub. Məqsəd təbiətin müalicəvi təsirinə diqqət çəkmək və xərçənglə mübarizədə dəstək göstərməkdir.
2025-05-10 15:32:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
2025-05-10 15:27:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
2025-05-10 15:23:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.
2025-05-10 15:18:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.
2025-05-10 15:18:00
Almaniyanın kansleri Fridrix Mertz rəsmi Moskvanın Ukraynada 30 günlük atəşkəs barədə təklifləri rədd edəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların kəskinləşdiriləcəyini bəyan edib.
2025-05-10 14:43:00
Erməni mediasının yaydığı məlumatda qeyd olunur ki, ""Məndə olan məlumata görə Hindistan Azərbaycandan malların ixracına qadağa qoyub. Bu, çox səhv bir qərardır." - APA məlumat verir ki, bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin mətbuat konfransı zamanı səsləndirib".