Xəbərlərin siyahısı
2025-05-29 23:41:00
Ürək və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar bu qayadada veriləcək
2025-05-29 23:10:00
Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.
2025-05-29 22:42:00
Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma olsa da, satıcılar alıcı qıtlığından gileylənir.
2025-05-29 22:24:00
"Hudutsuz Sevda"nın Qamzesi Zehra Yılmaz Azərbaycanda böyüdüyünü açıqlayıb.
2025-05-29 22:03:00
Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyana qarşı 3 milyon dollara yaxın rüşvət alma ittihamı ilə cinayət işinə dair materiallar ittiham aktı ilə birgə məhkəməyə təqdim olunub.
2025-05-29 21:41:00
Xəbər verdiyimiz kimi, Neftçala rayonunda bədbəxt hadisə baş verib, iki qardaş yanğın nəticəsində həyatını itirib.
2025-05-29 21:26:00
Yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış...
2025-05-29 21:12:00
Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatının müzakirəsindən sonra Azərbaycanda qohum evliliklərinin sayındakı artım yenidən gündəmə gəlib. Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, insanların çoxu qohumlar arasında nikahlarının ləğvi ilə bağlı dəyişikliyə hazır deyil: "Bir il ərzində sürətli şəkildə evlənmə halları baş verdi".
2025-05-29 21:00:00
Müğənni Xatirə İslam qonaq olduğu efirdə çətin anlar yaşayıb. Son.az xəbər verir ki, o, mahnısını ifa edərkən geyimi "sözünə baxmayıb". Belə ki, canlı efirdə göbəyi açılan sənətçinin əli şalvarında qalıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub. Həmin kadrları təqdim edirik: Hüseyn Son.az
2025-05-29 20:41:00
Finlandiyanın Kotka şəhəri yaxınlığında yerləşən Kyumeneqorod qalası şəhər rəhbərliyi tərəfindən rəmzi qiymətə 1 avroya (təxminən 2 manat) alınaraq turizm və mədəniyyət mərkəzinə çevriləcək.
2025-05-29 20:27:00
Venesuela ABŞ-də yaşayan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
2025-05-29 20:20:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 29-da davam etdirilib.
2025-05-29 20:13:00
Rəqqasə Fatimə Fətəliyeva maraqlı açıqlamalar verib. Son.az xəbər verir ki, o, sosial şəbəkələrdə müğənni ilə eşq yaşamasını reklam edən iş adamını ad çəkmədən "yıxıb-sürüyüb". "İndiyənə qədər heç kimə şərh yazmamışam. Bu yaxınlarda birinə yazdım. Cavan oğlandı, kostyumda, gəzəndə fəxrlə gəzir. İş adamıdır. Kişi qadın sevər, pul xərcləyər, ayrılar, barışar da. Amma gəlin, Azərbaycan mentalitetinə uyğun hərəkət edin. Ayıbdır, bunları görəndə utanıram. Bizim Azərbaycan kişiləri var axı... Kostyum geyinirsən, yaraşıqlı adamsan, yaraşmır axı. Sizə sanbal yaraşar. Açırsınız TikTok-u ağzına gələni deyirsən: o xanım belə dedi, yalan danışdı. Xanım lap səhv edib... Tanınmış insanlara özünü sevdirirsən, sonra onların videosu ilə özünə reklam qazanırsan. Gül göndərirsən, bəsdir". Son.az
2025-05-29 19:59:00
"Hadisədən bir gün sonra evimə gəlib mənə 950 manat pul təklif ediblər".
2025-05-29 19:46:00
Avtomobilin pəncərəsini açmaq düşündüyünüz qədər zərərsiz deyil.
2025-05-29 19:32:00
Rusiyada azərbaycanlı bloqer Hüseyn Həsənovun qiyabi həbsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib. Moskva Şəhər Məhkəməsi ilkin instansiyanın qərarını qüvvədə saxlayıb.
2025-05-29 19:20:00
Mayın 29-da məhkəmə qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
2025-05-29 19:03:00
Müğənni Nadir Qafarzadə qonaq olduğu efirdə əsəbiləşib.
2025-05-29 18:50:00
Sabah səhər saatlarından axşam saatlarına qədər Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli suyun verilməsində fasilə yaranacaq.
2025-05-29 18:38:00
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində, 2020-ci il iyulun 14-də şəhid olan zabitlərimiz - general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən düşmən mərmisinin partlayışı nəticəsində xəsarətlər aldığını bildirib.
2025-05-29 18:37:00
Türkiyəli keçmiş model Deniz Akkayaya qızı ilə bağlı qəyyumluq işinə baxan hakimi təhqir və təhdid etdiyi iddiası ilə açılan məhkəmə işi yekunlaşıb.
2025-05-29 18:25:00
Bakı şəhəri Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
2025-05-29 18:12:00
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
2025-05-29 18:11:00
Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.
2025-05-29 18:10:00
Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
2025-05-29 18:00:00
Moskvada 17 yaşlı məktəbli qız tanımadığı oğlanın verdiyi siqareti çəkdikdən sonra özünü pis hiss etdi və xəstəxanaya yerləşdirilib.
2025-05-29 17:50:00
Məşhur cütlük Hakan Sabancı və aktrisa Hande Erçel Parisdən Romaya uzanan romantik səyahətlərini dünyanın ən prestijli qatarlarından biri olan Şərq Ekspresi ilə həyata keçiriblər.
2025-05-29 17:42:00
Göygöl rayonunda itinə zəncir almaq üçün 400 manat dəyərində göz muncuğu oğurlayan şəxs həbs edilib.
2025-05-29 17:29:00
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.
2025-05-29 17:23:00
"Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı torpaqların icarə müddəti 15 ildən 99 ilə qədər müəyyən edə bilər. Bu müddət ərzində icarəçi torpaqdan istifadə hüququna malikdir. Lakin torpağın mülkiyyəti dövlətə aiddir".
2025-05-29 17:17:00
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb.
2025-05-29 17:17:00
Hal-hazırda keçmiş "Sovetski" kimi tanınan ərazidə söküntü işləri aparılır.
2025-05-29 17:11:00
Türkiyənin ən məşhur seriallarından olan "Bahar"ın yaradıcı heyəti ilə birgə əyləncə gecəsi keçirilib.
2025-05-29 17:08:00
Doha'da "Süni İntellekt və İnsan Hüquqları: İmkanlar, Risklər və Daha Yaxşı Gələcək Naminə Baxış" adlı beynəlxalq konfrans keçirilib.
2025-05-29 17:02:00
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb.
2025-05-29 17:00:00
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsini dayandırmaq üçün vaxt verdiyini açıqlayıb, lakin Kreml Putinin Trampla danışmaq planının olmadığını bildirib.
2025-05-29 16:54:00
ABŞ-nin "Apple" şirkəti əməliyyat sistemlərinin adlarında dəyişiklik etməyi planlaşdırır.
2025-05-29 16:47:00
Beynəlxalq alimlər qrupu Yer kürəsindəki duzlu göllərdə aparılan tədqiqatlar nəticəsində litium hasilatı texnologiyalarına təsir edə biləcək mühüm kimyəvi xüsusiyyətlər aşkar edib.
2025-05-29 16:41:00
16:41
2025-05-29 16:33:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı bölgədə sülh və sabitliyin vacibliyinə toxunaraq qeyd edib ki, Cənubi Qafqazda artıq əmin-amanlıq və sülh görmək istəyirik.
2025-05-29 16:25:00
Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
2025-05-29 16:17:00
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
2025-05-29 16:15:00
Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rektorun müşaviri vəzifəsinə təyin olunub.
2025-05-29 16:10:00
Türkiyəli aktrisa Elçin Sanqu haqqında yayılan səhhətinə dair iddialar sosial mediada və mətbuatda geniş rezonans doğurub.
2025-05-29 15:57:00
Universitetlərə qəbul imtahanı ərəfəsində sosial şəbəkələrdə aktivləşən bəzi fırıldaqçılar abituriyentlərin çarəsizliyini fürsətə çevirməyə çalışırlar. Onlar imtahan nəticələrini dəyişə biləcəklərini iddia edirlər.
2025-05-29 15:46:00
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Embarcadero meydanında yerləşdirilən 14 metrlik çılpaq qadın heykəli ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
2025-05-29 15:31:00
Türkiyəli modelyer Gülşah Saraçoğlu yeni görüntüsü ilə diqqət çəkib.
2025-05-29 15:20:00
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının lideri Məhəmməd Sinvarın zərərsizləşdirildiyini bildirib.
2025-05-29 15:15:00
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.
2025-05-29 15:13:00
Ötən ilin fevral ayından itkin düşən 6 yaşlı qızın valideyni tərəfindən satıldığı üzə çıxıb.